Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                     Yasamalda “Avant” MTK özbaşınalığı… .....                     Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi .....                     Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır .....                     Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb .....                     Azərbaycanda bu nazirliklərin birləşəcəyi .....                     “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir .....                     Yaslarda ehsan ləğv edilir .....                     Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb .....                     Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR .....                 

Təhsil sistemini nazirin özümü idarə edir? - Məsələn, Gədəbəydə yox...
Tarix: 9-09-2015, 12:28 | Çap et
Təhsil sistemini nazirin özümü idarə edir?
Gədəbəy rayonunun bir çox sahələrində durğunluq və hətta tənəzzül aşkar müşahidə olunmaqdadır. Yerli mənbələrdən aldığımız məlumatlarda isə xüsusi olaraq vurğulanır ki, rayon ictimaiyyətini daha çox narahat edən məqamlardan biri də məhz Gədəbəyin təhsil sisteminin acınacaqlı durumu ilə bağlıdır. Həmin məlumatlarda bir daha təsdiq olunur ki, bu gün Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət bərqərar olub. Ramiz Yediyarov icra başçısı təyin edildiyi vaxtdan bəri Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bütün məktəb direktorları təhsil qanunlarına uyğun deyil, yalnız Ramiz Yediyarovun qaydalarına uyğun məktəbi idarə edirlər. Hətta Gədəbəy rayonunun əksər kəndlərində olan məktəblərin qapısı aylarla açılmır. Şagirdlər isə başqa-başqa yerlərdə öz günlərini keçirirlər. Eyni zamanda da Gədəbəy şəhər 1 nömrəli orta məktəbində yer almış özbaşınalıqlar, bu təhsil müəssisəsinə bilavasitə Ramiz Yediyarovun səyləri nəticəsində direktor təyin edilmiş Sevda Musayevanın yol verdiyi qanun pozuntuları açıqlamalarda xüsusi olaraq diqqət mərkəzinə çəkilir. Yeni aldığımız məlumatlarda bildirilir ki, 2013-2014-cü tədris ilində Gədəbəy şəhər 1 saylı orta məktəb üzrə dərslərə davamiyyətin göstəricisi 50%-dən də aşağı olub. Hətta dəfələrlə məktəbdə belə hallar da müşahidə olunub ki, bu və ya digər fənn müəllimi tamamilə boş sinif otağında 45 dəqiqə vaxtını keçirməli olub. Yeri gəlmişkən, mənbə bildirir ki, bir müddət əvvəl belə vəziyyətlərdən bir neçəsini məktəbin fiziki tərbiyə müəllimi Abbas Məmmədov telefon vasitəsilə qeydə alıb. İşlədiyi təhsil müəssisəsində yer almış özbaşınalıqlardan hiddətlənən müəllim bildirib ki, qeydə aldığı görüntüləri Təhsil Nazirliyinə təqdim edəcək. Bir müddət sonra isə, Abbas müəllim Gədəbəy Rayon Məhkəməsindən bildiriş vərəqəsi alıb. Məlum olub ki, Sevda Musayeva bir neçə müəllimənin adından məhkəməyə müraciət edərək, onların guya ki, Abbas Məmmədov tərəfindən təhqir olunduqları barədə iddia qaldırıb. Çox maraqlıdır ki, bu müəllimələrin bəziləri həmin iddiadan hətta cavabdehin özündənm belə sonra xəbər tutublar. Belə ki, “tədbirli” tərpənən direktor, məlumatları Təhsil Nazirliyinin bazasına təqdim etmək bəhanəsilə müəllimlərdən şəxsiyyət vəsiqələrini alıb. Bundan sonra isə, həmin vəsiqələrin seriya nömrələrini göstərməklə məhkəməyə ərizə yazıb. Ərizələrə atılan imzalara gəlincə isə, mənbə hətta bildirir ki, “şikayətçi” müəllimələrdən biri, Fəridə Qasımova ümumiyyətlə xəstəlik səbəbilə həmin ərəfədə məktəbə gəlməyib. Amma buna baxmayaraq, onun da imzası ərizədə öz əksini tapıb...Daha sonra təqdim olunan açıqlamalarda, yeni tədris ili ərəfəsində Sevda Musayevanın məktəbin müəllimləri arasında dərs saatlarının bölgüsünü necə apardığından bəhs edilir. İlk növbədə bildirilir ki, direktor bu prosesi tamamilə özbaşına həyata keçirir. Bu zaman hər müəllim üçün müəyyən olunmuş 12 saatlıq dərs yükündən artıq yazılan hər bir saata görə, Sevda Musayeva müəllimlərdən illik 50 manat pul tələb edir. Bundan başqa isə, direktorun qazancı məktəbin ştat cədvəlində saxlanılan “ölü canlar”ın və əvəzçilik dərsləri ilə törədilən maxinasiyaların da hesabına təmin olunur. Məsələn, mənbə bildirir ki, ötən tədris ili ərzində adı 1 saylı məktəbin ştat cədvəlində gedən, özü isə Bakıda yaşayan müəllimə Arifə Vəliyevanı məktəbdə ümumiyyətlə görən olmayıb. Onun maaşını isə, təbii ki, yenə də Sevda Musayeva alır. Ən son aldığımız məlumatda isə bildirilir ki, yenə də dərs bölgüsü xüsusunda, dünən məktəbin dil-ədəbiyyat müəllimi Sahib Camalla direktor arasında xoşagəlməz insident yaşanıb. Açıqlamaya görə, Sevda Musayeva Sahib müəllimdən onun adına əlavə dərs saatlarının yazılmasına razılıq verməsini xahiş edib. Bu şərtlə ki, həmin saatların pulunu direktor özü götürəcək. Müəllim bu saxrakarlıqdan imtina etdikdə isə, tərəflər arasında münaqişə yaranıb. Həm də bu xoşagəlməz insidenr çoxsaylı şahidlərin gözü qarşısında baş verib. Mənbə bildirir ki, əgər Abbas Məmmədovla bağlı təcrübəsinə və əlbəttə ki, icra başçısının hərtərəfli dəstəyinə güvənən Sevda Musayeva bu yaxınlarda Gədəbəy Rayon Məhkəməsində Sahib müəllimə qarşı da bir iddia qaldırarsa, buna heç kim təəccüblənməz...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Bu gün, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Bu gün, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Bu gün, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Bu gün, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Bu gün, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Bu gün, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Bu gün, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Bu gün, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Bu gün, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43
Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36
Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32
Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51
Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49
Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25
Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21
Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru