"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                 

"Çıxdı efirdə yarım saat məni və ailəmi təhqir etdi"
Tarix: 13-02-2016, 09:25 | Çap et
"Çıxdı efirdə yarım saat məni və ailəmi təhqir etdi"
Müğənni Nazənin lent.az-a müsahibə verib. diaaz.space həmin müsahibəni təqdim edir:

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Maşallah olsun ki, hər il bir yeni mahnı oxuyuram, həmin bəstə də hit olur. “Dostlar, məni unutmayın”, “Çıxaq gedək buralardan”, “Ay ürəyim”, “Küsülü qalmayaq”, “Sənə qurban”, “Evimi yıxma gülüm” kimi mahnılarım bu gün də toylarda səslənir və sevilir. Tərif kimi çıxmasın, mən nə oxuyuram, dillər əzbəri olur. Tamaşaçı sevgisini Allah mənə nəsib edib. Bu sevginin toylarda, tədbirlərdə şahidi oluram. Yeniliyə gəldikdə isə hazırda bir özbək mahnısı var, həmin bəstəyə sözlər yazdırıram. Bu musiqiyə hələlik üç şair söz yazıb. Hələ ki, o sözləri nota oturda bilmirik. Yaxın müddətdə bu mahnı da hazır olacaq.

- İfa etdiyiniz “Ay ürəyim” adlı bəstə toylarda daha çox səslənir. Yeni ifa edəcəyiniz mahnı onu keçəcəkmi?

- Bunu öncədən demək çətindir. Amma “Küsülü qalmayaq” adlı mahnım artıq “Ay ürəyim”dən çox radiolarda səslənir. İfa etdiyim mahnıların sevilməsi məni çox məmnun edir. Bir çox müğənnilər el şənliklərində mənim mahnılarımı oxuyurlar.

- Repertuarınıza daxil etdiyiniz mahnıları özünüz seçirsiniz? Yoxsa....

- Bəli, hər zaman mahnıları özüm seçirəm. Mətbuat katibim Tahirə Məmmədqızının və prodüserim Pərviz Fəqan vasitəsi ilə mənə mahnılar göndərirlər, amma baxıram ki, həmin bəstələr mənim ruhuma yaxın deyil. Onu da deyim ki, “Ay ürəyim” adlı mahnını yazan Sevinc Mansurova mənə “Unutdun” adlı yeni mahnı yazıb.

- Müğənniliklə yanaşı, “Dünya TV” telekanalında aparıcılıq edirsiniz. Çətin deyil ki?

- Asan bir iş yoxdur. Hər bir işin öz məsuliyyəti var. Verilişim 1 saat yarım davam edir. Həmin verilişin bir çox işlərini özüm həyata keçirirəm. Hətta düşmənlərim proqramımı izləyir ki, bəlkə Nazənin onlara söz atdı. Amma düşünmürlər ki, mən onların səviyyəsinə enən deyiləm.

- Devalvasiyanın sizə təsiri oldumu?

- (Bir az düşünür...) Nə deyim? Mən toylara getdim, getmədim fərqi yoxdur, həmin Nazəninəm. Amma danılmaz faktdır ki, mənə də təsir edib. Məsələn, kiməsə maddi yardım edirdimsə, indi edə bilmirəm. Bu günə qədər toydan qazandığım pulları hər zaman etirafımdakılarla bölmüşəm. Məni tanıyan hər kəs bunu bilir.

- İndi müğənni olmaq üçün səs əsasdır, yoxsa pul?

- (Gülür) İndiki dördə pul və səmimiyyət əsasdır. Əvvəllər isə daha çox sənətə dəyər verirdilər. Bir çoxları populyar ola bilirlər, amma sevilə bilmirlər. Tamaşaçı tərəfindən sevilmək çətindir. Mən özümü öymürəm. Amma etiraf edəkki, “Ay ürəyim” mahnısı məni tamaşaçıya sevdirdi.

- Hazırkı dövrdə şou-biznesdə baş verən qalmaqallara münasibətiniz?

- Elə də vaxtım olmur ki, o qalmaqalları izləyəm. Amma arada xəbərdar oluram. İstəməzdim ki, həmkarlarımın arasında bu cür qalmaqallar olsun.

- Amma sizin də Təranə Qumralla qalmaqalınız mətbuatda çox müzakirə olundu.

- Mən istəməzdim ki, belə qalmaqal olsun. Adını çəkdiyiniz müğənni bilsəydi ki, biabır olacaq, heç nə deməzdi. Bu, onun cahilliyindən irəli gəlirdi. Çıxdı efirdə yarım saat məni və ailəmi təhqir etdi. Buna görə də bu iş məhkəməlik oldu. Onunla mübahisə etmək mənə yaraşmaz. O danışdı, mən susdum. Sadəcə, ona hüquqi yolla cavab verdim. Aramızda fərqim çoxdur. Bizim ailədə böyük və söz sahibi kişidir. Onunla qalmaqalda itiriləcəyim çox şey var idi. İlk öncə abrımı, həyamı, övladlarımı, nəslimi düşünüb, susmağa üstünlük verdim. Amma məhkəmədə hər şeyi hüquqi şəkildə sübut etdik. Buna görə də həyat yoldaşım çox pis oldu. Dedi ki, “Nazənin, səni bu cür məsələlərdə tək buraxa bilmərəm. Ona hər şeyi hüquqi şəkildə sübut edəcəyəm”. Həyat yoldaşım sağ olsun ki, mənim arxamda durdu. Yoldaşım etiraf etdi ki, içkili vəziyyətdə olduğuna görə, Təranə ilə münasibətə girib. O da elə bilirdi ki, yoldaşım bunu heç zaman açıqlamaz. Amma anlamadı ki, o, bizim ailəmizə toxunub.

- Təranə Qumralla məhkəmədən sonra da söz-söhbətiniz səngimir.

- Həyat yoldaşım məhkəmədə sübut etdi ki, Təranə Qumralla mənim ərim cinsi əlaqədə olub. Görüşdüyü yerlər və onun mənim yoldaşıma yazdığı intim mesajlar da aşkar edildi. Məhkəmədə bütün bunlar sübut olunduğuna görə, o, indi əsəbidir. Bilirsiniz, gülməlisi nədir? Çıxıb efirdə dedi ki, məhkəməni udmuşam, filan qədər cərimə ödəyəcəyəm. Bu necə olur? Məhkəməni udan adam cərimə ödəyir? Bildi ki, onun səviyyəsinə düşüb, cavab verməyəcəm, ona görə də elə açıqlama verdi.

- Təranə Qumral məhkəmənin qərarına əsasən sizə 500 manat cəriməni ödədimi?

- Onun ödəyəcəyi cəriməsi mənə maraqlı deyil. Bilirsiniz məndən nə istəyir? Sənət, efir, hörmət, toy yox, əl atıb qalmaqala. Bir insan yıxılanda qalxmaq üçün nəsə axtarır.

- Bu qalmaqaldan öncə Təranə Qumralla münasibətiniz necə idi?

- Bir sənət yoldaşı kimi salamımız vardı. Onun mənim yoldaşımla necə tanış olmasını ilk dəfə sizə danışacam. Hər dəfə mənə zəng edirdi ki, qızımın krediti var, toylarım yoxdur, məni bir toya göndər. Mənim də yazığım gəldi. Deməli, mən Masallıda toyda idim. Yoldaşımın da bir qohumunun toyu var idi. Yalvardım ki, o toya Təranəni də salın. Razılaşıb, öz əlimlə Təranə Qumralı Bakıda toya göndərdim. Bu da toya Musa Musayevlə getməli idi. Yoldaşım da məni yığdı ki, bu toya tək gəlib, çıxsın getsin. Bir sözlə girib toyu oxuyub, oradan çıxanda yoldaşımın nömrəsini alıb və deyib ki, bundan sonra toylar olanda siz mənə deyin. Nazənin deməsin. Həmin toydan sonra hər gün yoldaşımın telefonuna mesajlar yazıb. Yoldaşım da cavab verməyib ki, bəlkə Nazənin öyrədib. Təranə də yoldaşıma deyib ki, Nazənin haqqında sənə deyəcəyim sözlər var. Yoldaşımın da içkili vaxtına düşüb və gedib Təranə ilə görüşür ki, Nazənin barədə nə bilirsənsə danış. Təranənin də yoldaşıma cavabı olur ki, Nazənin kimdi ki onun haqqında da nə də deyim. Mənim səndən xoşum gəlib, ona görə də sənə qarşı bu cür variant işlətdim ki, görüşək. Yoldaşım da içkili-içkili onunla görüşüb. Kişidir, ona olar. Düzdür, mən demirəm ki, yoldaşım yaxşı iş görüb. Amma hər halda hadisə olub, keçib. Əslində qapalı qalmalı idi. Amma o Təranə elə bir həddə çatdırdı ki, hər şeyi açıq deyəsi olduq.

- Bir xanım mətbuata açıqlama verərək deyib ki, sizin oğlunuz Fəxrəddinin nikahdan kənar 2 yaş 3 aylıq Aylin adlı qızı var. İstərdim bu xəbərə münasibətinizi bildirəsiniz.

- Öncə deyim ki, mənim oğlum kişidir. Subay vaxtı bir çox qadınlarla gəzib. Etiraf edib ki, mətbuata çıxıb açıqlama verən qadınla münasibətləri olub. Üç il öncə oğlum mənə dedi ki, ana, belə bir səhv etmişəm. Bilirsiniz, oğlum yüngül həyat tərzi keçirən bir qadını evinə gətirə bilməz. Oğluma xəbər göndərmişdi ki, hamilədir. Bu xəbəri eşidən zaman qardaşımın həyat yoldaşı bu qadına zəng etdi ki, belə bir xəbər eşitmişik, doğrudur? Bu qadın da dedi ki, harada istəyirsiz, yoxlatdıraq. Mən Fəxrəddindən hamilə deyiləm. Daydayım var, ondan hamiləyəm. Amma daha sonralar söylədi ki, uşaq mənim oğlumdandır. DNT testi verildi və sübut olundu ki, uşaq mənim oğlumdandır. Amma mən o uşağı nəvə olaraq qəbul etmirəm, etməyəcəm də. Bu qadın mətbuata yaydığı sənədlərdə mənim oğlumun və özünün təvəllüdünü gizlədərək, qaraldıb. Bu iddiaları irəli sürüsənsə, bəs niyə özünü və təvəllüdünü gizlədirsən? Hər şeyi özüm açıqlayacağam. Bu qadın mənim oğlumdan 9 yaş böyükdür. Deyib ki, neçə il mənim oğlum onun yanına gəlib, gedib. Gətirsin, şəklini göstərsin. Yeni İl günü oğluma yalvarıb ki, “Gəl heç olmasa uşaqla şəkil çəkdir, gələcəkdə göstərim”. Sən demə, bunlar plan qurublarmış. Oğlum da gedib, bunlarda şəkillərini çəkib, veriblər sayta. Mən bu qadını gəlin kimi qəbul etməmişəm. Etməyəcəm də. Çünki mən bunun qapısına elçi getməmişəm. Hansı valideyn yüngül həyat tərzi keçirmiş qadını oğluna alar? Bilməyənlər də bilsinlər ki, bu qadının mənim oğluma qarışacağı yoxdur. Oğlum bir il öncə el adəti ilə ailə qurub. İndi həyat yoldaşı da hamilədir. Yəni bu ailəni heç kim dağıda bilməz.

- Qadın iddia edir ki, oğlunuz aliment ödəmir.

- Mənim xeyriyyəçilik etdiyimi də bilirsiniz. Mənim üçün ayda 103 manat nədir ki? Yadıma düşmüşkən deyim, yazıblar ki, 50 yaşında ərə getmişəm. Mənim 50 yaşım olanda, həmin günü onlar görməyəcək. Bu qadın bizdən nə istəyir? Oğlumun ailəsini dağıtmaq istəyirsə, mümkün deyil. Aliment istəyir, ödəyirik. Hətta oğlumun dostlarına zəng edib deyirmiş ki, gəlin, uşağıma soyadınızı verin. Mənim alnım dikdir. Bu cür şeylərlə məni yıxa bilmərsiniz. Oğlumu tora salmaq üçün uşaq doğub, amma özü tələyə düşdü.

- Xanım söyləyir ki, balaca oğlunuzu 50 yaşında dünyaya gətirmisiniz.

- Bu qadın məni özünə tay tutmasın. Nazənin övlad doğduğu şəxsdən zaqsı və kəbini olub. Hər kəs də məni qəbul edib. Məsləhətim odur ki, gedib özünü özünə yaraşan adamlarla müqayisə etsin. Onu da deyim ki, əgər bu xanım mənə qarşı iddialar irəli sürürsə, nə üçün gedib bu ittihamları müğənni Təranə Qumralın mətbuat katibinə yazdırır? Bütün bunlar araşdırılacaq. Necə olar ki, oğlumun subay vaxtı gəzdiyi bir xanımdan müsahibə alır, məndən yox? Birtərəfli açıqlama olur? Mənim abrıma qısılmağımdan istifadə etmək lazım deyil. Bu qadını da ortalığa salıb, qızışdıran da Təranə Qumraldır. Bu insan məhkəmədə biabır olandan sonra hər şeyə əl atır. Artıq bununla bağlı vəkilimə müraciət etmişəm. Bu insanların arxasında kimlər durur? Azərbaycan Respublikasının qanunlarına güvənirəm. Sonda hər şey məlum olacaq.

- Əlavəniz varmı?

- Son sözüm media nümayəndələrindir. Hər zaman mənə hörmətlə yanaşdığınıza görə, sizə minnətdaram. Bu günə qədər susmuşam, elə buna görə də mətbuatda barəmdə əsassız məlumatlar dərc olunub. Amma bu mənim həm xahişim və xəbərdarlığımdır. Mənim icazəm olmadan barəmdə əsassız məlumatlar dərc etməyin. Əgər dərc etmisinizsə, qarşı tərəfin, yəni mənim də münasibətimi öyrənib, xəbərə əlavə edin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru