Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                 

DAHA BİR SƏNƏTÇİ ƏLİ KƏRİMLİYƏ DƏSTƏK VERDİ
Tarix: 25-08-2012, 12:50 | Çap et
DAHA BİR SƏNƏTÇİ ƏLİ KƏRİMLİYƏ DƏSTƏK VERDİ

"BU ÇOX İYRƏNC KAMPANİYADIR"

AXCP sədri Əli Kərimli hələ seçkiyə bir il qalmış hakimiyyətin hədəfinə tuş gəlib. Əbülfəz Elçibəyin zəhərlənməsiylə bağlı Hafiz Hacıyevin prokurorluğa müraciətini ictimai-siyasi xadimlər, ziyalılar hakimiyyətin Əli Kərimliyə növbəti çirkin kampaniyası kimi dəyərləndirir. Artıq neçə gündür ki, oxucularımızın diqqətinə bu çirkin kampaniyaya cəmiyyətin tanınmış simalarının münasibətini təqdim edirik. Bu gün də münasibətini öyrəndiyimiz şəxslərin fikrincə, iqtidar bu addımı ilə qarşısına qoyduğu məqsədlərə nail olmayacaq.

Əli Kərimli hakimiyyətin eybəcərliklərini ifşa etdiyinə görə hədəfdədir

Xalq artisti Flora Kərimova bildirdi ki, başladılan çirkin kampaniya yalnız ikrah hissi doğurur:
- Hafiz Hacıyev iddia edir ki, guya Elçibəyin ən yaxın adamlarından biri olub. Bu yalandır. Hafiz Hacıyev Elçibəyin kürəyinə xəncər vuranlardan biri olub. O, şəxsən Elçibəyin arxasınca danışanlardan biri olub. Bu çox çirkin, iyrənc kampaniyadır. Əli Kərimlinin adı heç zaman bu cür məsələlərdə hallanmayıb. Heç olmasa bunu edənlər bir ağıllı ssenari quraydılar. Bu, çox cılız, ağlasığmaz, gülməli bir şoudur. Prokurorluq bu işə əl qoymaqla özünü biabır edir. Səbəbi də bəsitdir, Əli Kərimli bu hakimiyyətin eybəcərliklərini çılpaq şəkildə ifşa edir. Əli Kərimli perspektivli siyasətçidir. Ona görə də hakimiyyət onu gözdən salmağa çalışır.

Cəfəng iddianın sonu yoxdur

VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, tarix boyu dövlət başçılarının, perspektivli siyasətçilərin, tanınmış şəxslərin, sənət adamlarının qəfil dünyasını dəyişməsi bir qayda olaraq diqqətdə olub və onun səbəbləri ilə bağlı müxtəlif fikirlər söylənilib:
- Əgər Əbülfəz bəyin zəhərlənməsi hadisəsi olubsa belə, bu, onun yaxın ətrafı tərəfindən törədilməzdi. Mən Əli Kərimlinin adının burada hallanması ilə razılaşmıram. Taleyi Elçibəylə bağlı olan adamların belə bir addım atması ağlabatan görünmür.

Əli Kərimli diktaturaya qarşı mübarizənin ön cərgəsindədir

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, Elçibəyin ölümü ilə bağlı cinayət işi və onun ətrafında baş verənlər bir daha göstərir ki, hakimiyyətin çox ciddi əxlaq problemi var. Bu mənada cəmiyyətdəki reaksiya da baş verənlərə adekvatdır və toplumun beyni zəhərlənməyən hissəsində haqlı olaraq ikrah hissi doğurur:
- Normal ölkələrin hamısında cinayət hadisəsi barədə məlumata, ərizəyə, şikayətə reaksiya verirlər. Azərbaycan o ölkələrdəndir ki, burada prezidentin, nazirin və ya hər hansı dövlət məmurunun milyonlarla ölçülən mülkləri ilə bağlı iddialar hüquq-mühafizə orqanlarında, parlamentdə, məhkəmədə bir kimsənin diqqətini çəkməz. Jurnalistin, siyasətçinin, QHT fəalının polis idarəsində, həbsxanada, etiraz edən vətəndaşın toplantıda döyülməsi, işgəncəyə məruz qalması, öldürülməsi ilə bağlı şikayətlərə görə paqonlu-paqonsuz hər hansı dövlət görəvlisinə kimsə gözünün üstdə qaşın var deməz. Elmar Hüseynovun və Rafiq Tağının qatilləri hələ də azadlıqda gəzdiyi halda buna görə prokurorluqda bir kimsəyə tənə edilməz...
Əgər Elçibəy zəhərlənib öldürülübsə, normal məntiq onu deyir ki, bunu edənləri tamam başqa yerdə axtarmaq gərək, onun dostları, əqidə və mübarizə yoldaşları arasında yox.
Əli Kərimlinin isə bu məsələdə hədəf seçilməsi təsadüfi deyil. Çünki Əli bəy son illərdə diktatura əleyhinə gedən mübarizənin ön cərgələrindədir. Onun mütəmadi olaraq hakimiyyətin təşkil etdiyi iyrənc kampaniyaların hədəfində olması da burdan qaynaqlanır. Bu ittihamlar təkcə hakimiyyətin özünə təhlükəli rəqib saydığı bir siyasətçini nüfuzdan salmaq, qarşıdan gələn ölkə üçün çox əhəmiyyətli siyasi hadisə ərəfəsində onu zərərsizləşdirmək məqsədi güdmür, həm də demokratik düşərgəyə qarşı yönəlib, toplumun bu kəsiminin daxilində və ona qarşı etimadsızlıq mühiti yaratmağa köklənib. Bu dəfə də alınmadı. Bundan sonra da alınmayacaq. Bunlar bumeranq kimi bir şey. Onlar bu hakimiyyətə nifrəti artırır, onun sonunu yaxınlaşdırır.
Hakimiyyət son dövrlərdə artan fəallığı yatırmaq üçün siyasi partiyalara, mediaya, qeyri-hökumət təşkilatlarına, gənclərin hərəkatlarına, sosial şəbəkələrə qarşı basqıları gücləndirmək əvəzinə, cəmiyyətdə narazılıq və etiraz doğuran problemlərin həlli istiqamətində real addımlar atmalıdır. Hökumət fərqli fikirlərə, o cümlədən tənqidə qarşı dözümlü olmalı, ölkənin siyasi, iqtisadi, sosial və digər sahələrində hüquq və azadlıqlarını, o cümlədən demokratiyanın təməl prinsiplərindən plüralizmi, siyasi rəqabəti təmin etməlidir.
Hakimiyyət heç cür anlamaq istəmir ki, yumruğa, zora söykənən sabitlik bir gün mütləq dağılacaq. O zaman nəticələr həm ölkə üçün, həm də insanları, cəmiyyəti mübahisələri sivil yolla deyil, dubinka ilə həll etməyə alışdırmış hakim elita üçün çox ağır ola bilər.

Bu bir siyasi şoudur

Hüquqşünas Əyyub Kərimov da hazırda səslənən ittihamların və yürüdülən kampaniyanın heç bir perspektivinin olmadığını xatırlatdı:
- Hazırda baş verən proseslər mənim yadıma 99-cu ildə Elçibəyə qarşı irəli sürülən ittihamları saldı. O zaman da Əbülfəz Elçibəy barəsində cinayət işi başlanmışdı. Ədliyyə nazirliyi PKK-nı Heydər Əliyevin yaratdığına dair ittihamlar irəli sürdüyünə görə Elçibəyi məhkəməyə vermişdi. Həmin cinayət işi Bakı Şəhər Məhkəməsində idi. Elçibəy o prosesi gözləyirdi və məhkəmənin tribunasından istifadə etsin. Amma həmin məhkəmə müəmmalı şəkildə ləğv edildi. Hazırda da Əli Kərimliyə qarşı irəli sürülən ittihamları eyni aqibət gözləyəcək. Bu bir siyasi şoudur.

Gündəmin dəyişdirilməsinə cəhd

Tanınmış telejurnalist Qulu Məhərrəmli hesab edir ki, əslində belə bir iddianın gündəmə gətirilməsi nəticəsində ölkənin başqa vacib, çözülməsi zəruri olan problemləri arxana plana keçmiş olur:
- Bu, reallıqdan uzaq və cəfəng bir iddiadır. Ona görə bu cür qeyri-ciddi məsələlərin geniş müzakirəsinə lüzum görmürəm. Bu cür məsələlərin ortaya atılması ilə əslində gündəmin zəbt olunmasına çalışılır. Əslində isə hazırda ölkənin inkişafı, xalqın gələcəyi ilə bağlı çox mühüm məsələlər var ki, onların çözülməsi daha vacibdir. Hər kəsə bu yürüdülən siyasətin məqsədinin nə olduğu yaxşı bəllidir. Reallıqdan uzaq bu kimi iddialar ictimai əxlaqı pozan məsələlərdir.

Hakimiyyət Əli Kərimlinin addımlarından narahatdır

Hüquqşünas Osman Kazımov da vurğuladı ki, baş verən olaylara prokurorluğun qanuni deyil, siyasi qiymət verməsi bu strukturun adına ləkə gətirir:
- Bu cəfəngiyyata, uydurmaya prokurorluğun şərik çıxması qeyri-ciddi addımdır. Burada kifayət qədər təzadlı məqamlar var. Tutalım ilk olaraq Hafiz Hacıyevin hərəkətinə diqqət yetirək. Hazırda Hafiz Hacıyev Elçibəyi Əli Kərimlinin zəhərlədiyini bildirir. Bəs yaxşı, axı Hafiz Hacıyev bir müddət əvvəl Əli Kərimli, Isa Qəmbər və Rauf Arifoğludan atdığı iftiralara görə üzr istəmişdi. Əgər Elçibəylə bağlı belə iГІformasiyası var idisə, niyə üzr istəyirdi? Bu, müxalifətə qarşı bir kampaniyadır. Səbəb də bəsitdir. Əli Kərimli etdiyi kəskin çıxışlarına, verdiyi bəyanatlara görə hakimiyyətin hədəfinə çevrilib. Bu isə hakimiyyəti düşündürür və narahat edir. Eyni zamanda “Azərbaycan saatı” da hakimiyyətin eybəcərliklərini ortaya çıxarır. Bütün bunlara isə hakimiyyət özünə məxsus formada cavab verir.

Əli Kərimlinin 2013-də əsas rəqibləri ola biləcəyini anlayırlar

İslam Partiyasının sədr müavini Rövşən Əhmədov da başqaları ilə razılaşaraq irəli sürülən iddianı iyrənc siyasi oyun adlandırdı:
- Əbülfəz Elçibəyin vəfatından bu çirkin oyunlarda, siyasi mübarizədə istifadə etmək təqdir oluna bilməz. Bu çox iyrənc kampaniyadır. Bu cür mübarizə yaxşı nəticə verməyəcək. Ona görə Hafiz Hacıyev kimi “nadir” şəxsə müraciət olunması təsadüfi deyil. Əli Kərimlinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə artan nüfuzu onu bu cür təbliğata tuş gətirib. Çünki Əli Kərimli qarşıdan gələn prezident seçkilərində bu hakimiyyətin əsas rəqiblərindən biri olmağa iddialıdır. Elə buna görə də bu cür addımlarla Əli Kərimlinin və onun rəhbərlik etdiyi siyasi təşkilatın fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Yəni bu sırf 2013-cü il seçkiləri ilə bağlı aparılan bir kampaniyadır. Bu kampaniya isə nə hakimiyyətə, nə də onların əlaltılarına fayda verəcək.

Əli Kərimlinin nüfuzu bu kampaniya ilə daha da artacaq

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvü Nurəddin Mustafayev da hesab edir ki, hazırda hakimiyyətin sifarişi ilə başladılan kampaniya absurd fikirlərə əsaslanıb:
- Bu iddia ilə çıxış edən şəxsi heç kim ciddiyə almır. Onun bu addımı da hakimiyyətin bu məmləkətdə növbəti oyunu kimi qəbul edilir. Əgər bu addım Əli Kərimlinin nüfuzunu aşağa salmağa xidmət edirsə, əks-proses baş verəcək və AXCP sədrinin reytinqi daha da artacaq. Nə qədər aşağı düşüncə sahibi olmalısan ki, bu cür iddialarla çıxış edəsən. \ azadlıq.info \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru