Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                 

Sumqayıt gömrüyünün də bulaşdığı şin biznesi... - İlginc iddialar
Tarix: 20-05-2016, 08:05 | Çap et
Sumqayıt gömrüyünün də bulaşdığı şin biznesi...
Azərbaycanda bir sıra sahələrin inhisarda olması, bəzi sahibkarların hansısa əlaqələrə görə “xüsusi status” qazanaraq monopolistə çevrilməsi cəmiyyətdə heç kimə sirr deyil. Bu işbazlar bəzi dövlət sifarişləri və tender icralarında da ortaya çıxır, müəyyən himayədarların yardımıyla milyonlarla vəsait qazanırlar. Bu qazanc qanuni yollarla olsa, dövlətə də vergi verilsə, dərd yarıdır… Lakin təəssüflər olsun ki, daha artıq qazanmaq ehtirası bir sıra iş adamlarını müxtəlif maxinasiyalara, çirkin oyunlara sövq edir. Bu işdə də istər gömrük orqanlarında, istərsə də başqa dövlət strukturlarında özlərinə yetərincə “ortaq” tapa bilirlər.

Qafqaznews.az olaraq, biz də vaxtaşırı olaraq bu cür halları tənqid etmiş, ayrı-ayrı faktları üzə çıxararaq, qanunsuz əməlləri ifşa etmişik. Son zamanlarda SOCAR vitse-prezidenti Mikayıl İsmayılovla və onun protejesi Ceyhun Canıyevlə bağlı Qafqaz Xəbər Agentliyinin apardığı araşdırmalar geniş rezonansa səbəb olmuşdu.

Qafqaznews.az-a müraciət edən gənc iş adamı Samir Verdiyev bildirmişdi ki, M.İsmayılovun “sağ əli” Ceyhun Canıyev ondan böyük məbləğdə pul alaraq, onu SOCAR-dakı tenderlərə salacağını vəd edərək aldadıb, aldığı 365 min manat puldan 115 Bezy-myanny-j-copy-18-1min manatı hələ də qaytarmayıb. Bundan sonra Qafqaznews.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, M.İsmayılovun sabiq iş ortaqları tərəfindən açılan məhkəmə iddialarında cavabdeh şəxslər olaraq Şamaxılı iş adamı Əmir Bəkirov, Müşfiq İsmayılov (SOCAR vitse-prezidentinin qardaşı) və Vaqif Canıyev (Ağsunun sabiq bələdiyyə sədri, Ceyhunun atası) göstərilib. Bu isə M.İsmayılova məxsus olan şirkətlərin məhz bu şəxslərin adına keçirilməsi barədə bəzi şübhələr yaradır.

Xatırladaq ki, Qafqaznews.az saytında Ceyhun Canıyevdən şikayətlər, SOCAR vitse-prezidenti və onun yaxın ətrafı ilə bağlı yazılar gedəndən sonra, Ceyhun Caniyev DİN Baş MCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilərək Az. Res. CM-nin 178-ci maddəsi ilə cinayət işi açılıb. Bütün bunlar onu göstərir ki, Mikayıl İsmayılov ictimaiyyətə bu işdən xəbəri olmadığını sübut etmək, Ceyhun Canıyevi isə “dələduzluq” ittihamı ilə qurban vermək niyyətindədir.

Aprelin 20-də Qafqaznews.az-da M.İsmayılovun çevrəsində olan daha bir iş adamı, “Araz İstilik Servis Xidmətləri” MMC-nin “Azəriqaz”ın layihələrində subpodratçı olması və “Global Services” MMC-yə verilən tender layihələrinin “ikinci əl” icraçısı kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc olunmuşdu. Mayın 14-də isə Qafqaznews.az-a məlumat daxil olub ki, M.İsmayılov Ceyhun Canıyevi qurban verdikdən sonra sığortalanmaq məqsədi ilə öz ətrafında “kadr islahatları” apararaq, Ədalət Abbasovu irəli çəkib. Bu günlərdə adı Mikayıl İsmayılovun biznes şəbəkəsində hallanan daha bir iş adamı – Xaliq Abbasov haqqında Qafqaznews.az-a məlumatlar daxil oldu.

Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov iki ildir Mikayıl İsmayılovla yaxın dost olan bir məmurun yardımı ilə SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır. Həmin məmurun adı və hətta yüksək rütbəli qaynatasının adı da bizə məlumdur. Sadəcə bəzi araşdırmaların sonunacan həmin şəxslərin adlarını açıqlamırıq.

Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da şirkətin sahibi Xaliq Abbasov haqqında heç bir məlumat yoxdur. “İki ildir SOCAR-ın Nəqliyyat İdarəsini müxtəlif avtomobil şinləri ilə təmin edən “Şurataz LTD” əslində, məhsulu dövlətə 80-100 faiz baha qiymətə satır. Məsələn, 315-80R-22,5 ölçülü şinin bazar qiyməti 300 manatdır, lakin bu, SOCAR-a 500 manata satılır. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir.

Bundan başqa, X.Abbasovun “İFO Tires” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tires” ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.

Həmçinin, qeyd olunur ki, “Şurataz LTD” dünyada məşhur təkər istehsalçısı olan “Goodyears”, “Michelin”, “Rosava” və “Continental”ın Azərbaycandakı distribüteridir.

“Xaliq Abbasov “İFO Tires” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul “itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğuldur. Müqavilə bağladığı xarici şirkətlər ona Azərbaycanda satmaq üçün ucuz qiymətə mal verirlərsə, Xaliq Abbasov “İFO Tires” vasitəsilə bu təkərlərin böyük hissəsini Poti limanındaca re-eksport edərək, başqa ölkələrə göndərir.

Distribüter “Şurataz LTD” olduğu halda, “İFO Tires” tranzit şirkəti olaraq, bütün əməliyyatları həyata keçirir və Azərbaycan üçün nəzərdə tutulan təkər partiyasının böyük qismini Sloveniya, Türkiyə, Almaniya, Niderlanda re-eksport edir”, – deyə mənbə qeyd edir. İlk baxışdan, re-eksportda pis heç nə yoxdur, lakin məsələ ondadır ki, Xaliq Abbasovun sahibi olduğu “Şurataz LTD” şirkəti “Goodyear”, “Michelin” və “Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir.

“Lakin Xaliq Abbasov istehsalçıların məlumatı olmadan, onlardan aldığı məhsulları kiçik partiyalarla başqa ölkələrə aparır və Azərbaycan üçün nəzərdə tutulan qiymətdən də baha satmaqla külli miqdarda pul qazanır. Halbuki, istehsalçının xəbəri olmadan, bir ölkənin distribüteri başqa ölkəyə re-eksport etməklə beynəlxalq iqtisadi cinayət törətmiş olur”.

Mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”. Məlumat üçün bildirək ki, keçən il oktyabr ayının 17-nə qədər Xaliq Abbasovun “krışa”sı Akif Çovdarovun kürəkəni keçmiş MTN-nin şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov olub. Ancaq sonradan bu şəxs özünə “krışa” qismində Sumqayıt BGİ-nin maliyyə şöbəsinin rəisi Əhmədin vasitəsilə Vəzir Həsənovu tapıb.

Sumqayıt BGİ-nin dəhlizlərində gömrük əməkdaşları arasında ancaq Xaliq Abbasovun Vəzir Həsənova verdiyi bahalı hədiyyələrin söhbəti gedir. Çünki sonuncu onun üçün Sumqayıt gömrüyündə təkər monopoliyasını yaradıb. Son vaxtlar təkər işinə baxan digər sahibkarlar Xaliq Abbasovla görüşüb, onların da idxal etdikləri malların “invoice”i ni aşağı salmaqla Sumqayıt BGİ-də gömrük olunmasında ondan yardım istəyirlər.

Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru