FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                 

“İlham Əliyev kimlərin hədəfindədir?” – Millət vəkili sensasion bəyanatı şərh edir…
Tarix: 2-06-2016, 12:01 | Çap et
“İlham Əliyev kimlərin hədəfindədir?”
Zaman: 27 may. Məkan: “Buta Saray”. Məram: Respublika günü. Eyni adlı salonu heç vaxt həmin emosiyada görməmişdim. Sürəkli alqışların da bu həddinə rast gəlməmişdim. O an etibarilə ki, nöqtə-vergülünə qədər son dərəcə korrektə olunmuş və bəlli ünvanlara mükəmməlcə hesablanmış çıxışının zirvə hissəsində Prezident qəfil bir pauza verib: “Hədəfdə mənəm”- söylədi...

Bəzi diplomatlar təəccüb və heyrət içində, ölkə başçısına sidq ürəkdən bağlı olanlar qürur hissi və dəstək amacı ilə, söhbətin məğzini tuta bilməyənlər isə elə bizlərəcə qoşulub əl çalırdılar.

Qəribə situasiya idi. Gerçəkdən.

***

Ölkə başçısı haqqında xoş və ya qeyri-xoş mülahizə yürüdənlərin heç biri onun yerində deyil. İçi mən qarışıq. Yəni ən uzağı ehtimal edə bilərik. Nə baş verir, güc və təzyiq balansının yerdəyişməsi hansı civardadır deyə. Bunu da əgər bacarsaq.
Əvvəla ondan başlayaq ki, bu qədər strateji, kritik məkanda yerləşməmiz bizim bəxtimiz deyil, bəxtsizliyimizdir. Təxminən bığ və saqqal arasında qalma məhkumiyyətidir. Özünü və xalqını qorumaq naminə paralel olaraq həm də kənar təsirləri neytrallaşdırmaq, böyük güclərin ayağını heç bir halda tapdalamamaq məziyyətidir. Leksikonda buna “balanslı siyasət” deyirlər.

Qərb tərəfdaşlığımızı yüksək qiymətləndirir, ərazi bütövlüyümüzü dəstəkləyir. Elə son “aprel döyüşlər”i kontekstində nümayiş elətdirdikləri mövqe nəyə desən dəyər. Avropa Şurasının Prezidentindən tutmuş ATƏT-in, BMT-nin rəhbər şəxslərinə qədər hər kəs açıq mətnlə yanımızda olduqlarını bəyanladılar. Fəqət! – yenə abstrakt formada. Söz və kağız üzərində. Üstəlik, “gözü çıxmış qardaşlarımızın” – Ukraynanın, Gürcüstanın fonunda. Mövzunun kökü və qayəsi bax budur. Və ya məsləhət, yön, istiqamət, tövsiyyə verməyə hamı “bir can”dır. Amma harda ki, təxirəsalınmaz icraat lazımdır, harda ki BMT-nin ard-arda sıralanan 4 qətnaməsini realizə etmək zərurəti var, harda ki Kosova və Küveytlə, öz maraqlarının cəm olduğu ərəb ölkələri ilə bağlı sərgilədikləri sərt mövqenin eynisinin Ermənistan üzərindən də tətbiqinə ehtiyac var, o məqamda gözəgörünməzə, sülh tərəfdaşına, demokratiya çarçısına çevrilirlər.

Kiçik Buş Gürcüstanın milli bayramında tvist oynayacaq qədər var idi, bu ölkənin yanında. Amma paralel olaraq Saakaşvilinin üzərinə olmazın öhdəliklər qoymuşdu. Ki, məsələn hər bəyənatında Putinə hədə-qorxu gəlsin, ağır atmacalar atsın, kənardan sanki Gürcüstanın deyil də, Rusiyanın Prezidenti kimi davransın. Sonuc? Nəticə? - Müharibə başladı,
Prezident devrildi, yeni qurulan iqtisadiyyat məhv oldu, Gürcüstanin illər boyu həsrətində olduğu demokratiya beşiyindəcə boğuldu. Yekunda isə Cənubi Osetiya və Abxaziyanın müqəddəratı abstrakta girdi.

Alın, bu da sizə Qərb dəstəyi!

Ayrıca, qəribə olan bilirsinizmi nədir? – Qərbin bu qədər “beyin institutları”nın var olmasına rəğmən yalnızca “A” variantı üzərində mühakimə yürütməkliyi. Və ya həmin dairələr ərazi məsələsində, digər prinsipial mövzularda Rusiyanın mövqeyinin heç bir işə yaramayacağını israrla qeyd edirlər. Anlaşıldı. Orası qismən doğru. Amma bununla iş bitirmi?. Baxın, bir neçə həftə öncə Gürcüstan öz ərazisində NATO təlimlərini düzənlədi. Guya Rusiyaya demarş məqsədi ilə. Və hadisənin üzərindən 3 gün keçməmiş, yəni NATO tanklarının torpaq üzərindən hələ izi getməmiş bir baxdıq, Cənubi Osetiya və Abxaziya əhalisindən təşəbbüs gəlib. Ki, bəs biz Rusiyaya birləşmək istəyirik. Tez bir zamanda referendum keçirilsin.

Alın, bu da sizə - Putini həfifə almağın doğurduğu nəticə kabusu!

Hələ mən skinxedlərdən-filandan, dövlətin alternativ variantlarından, süni ajiotajla bir an içində yaradılması mümkün olan qaçqın problemindən, əlqərəz “c”, “d”, “e” variantlarından danışmıram.

Ya da olsun Ukrayna. Gül kimi dövləti, xalqı öncədən ölkə daxilinə yeridilmiş xüsusi missioner qrup vasitəsilə siyasi zombiyə çevirib nə kökə saldılar. Yenə də Rusiyaya görk məqsədilə. Oysa, hal-hazırda duruma baxın: Krım tamamən unudulub. Müzakirə mövzusu belə deyil. Artıq masa üzərində Donbasın söhbəti gedir. Yəni, təyinat, fabula bax bu qədər istiqamət dəyişikliyinə uğrayıb...

***

Rusiya isə bizim sərhəd qonşumuzdur. SSSR -i dövründən içimizdə qalmış psixoloji sarsıntılara, Qarabağ döyüşlərində erməni şərəfsizə vermiş olduğu dəstəyə, 20 yanvar qırğınındakı roluna, ara-sıra üzərimizə yönləndirdiyi təzyiqlərə rəğmən qapımızın düz kandarında qərarlaşan sərhəd qonşumuzdur. Üstəlik, söhbəti hara və necə fırlasaq da faktiki gücü görməzdən keçmək də mümkün deyil. Gücü və xisləti...
Qarabağ düyünündə də “açar fiqur”dur Rusiya. Üstəlik, ATƏT-in mənasız “Minsk Qrup”unun həmsədri və bu illər ərzində başımız altına yastıq qoyanlardan biri. Amma neyləyək? Söylədiyim fakt və məntiq hicabilə hədəfəmi alaq qarşı tərəfi? Yox, təbii. Olmaz. Fəqət açıq ritorikaya gedilmədiyi kimi, bu dövlətin yedəyinə də çevrilmək olmaz. Necə ki, çevrilmirik. Baxin, Türkiyə ilə kritik münaqişə dövründə açıq Türkiyə mövqeyi sərgilədik, Avrasiya, Gömrük İttifaqında yoxuq, Qərbin, konkret olaraq Avropa Şurasının sanksiyalarına qarşı xüsusi münasibət sərgiləmirik. Amma yenə də münasibətlərimiz rentabellidir. Niyə? Çünki ayaq da tapdalamırıq, içimiz yana-yana da olsa, başqa dövlətlərdən alma mümkünatımız da olsa ən ağır artileriya silahlarını yenə ölkəmizə Rusiyadan dövr edirik. Vassal olmasaq da, düşmən də deyilik. Yenə də sırf siyasi balans, dövlət maraqları xətrinə.

***

Dünyanın hazırda bizdən istədiyi odur ki, Dağlıq Qarabağ mövzusunda çox dərinə getməyək. İlham Əliyev isə onları dinləmir və israrla Azərbaycan ərazilərini geri istəyir. Aprel döyüşlərindəki qətiyyətin də əsas məğzi ermənini, onun dəstəkçilərini, sabit status-kvo aludəçilərini ayıltmaq idi. Ki, bunu ən mükəmməl formada bacardıq. Mövcud hakimiyyəti irəli geməməkdə günahlandıranların isə arqumenti zəifdir:
Əvvəla, erməni özu belə etiraf edir ki, işğal altında olan ətraf rayonlar sadəcə Dağlıq Qarabağı əldə saxlamaq üçün sığorta variantıdır. Yəni 5+2, 6+1 kimi səciyyələnən mərhələli ya da “paket” formatında təqdim olunan sənədlərin hamısında ən az 7 rayondan erməninin dəf olub getməsi nəzərdə tutulur. Buna görə yüzlərlə şəhid verməyə, ordunu, əsgəri tarım, gərgin vəziyyətdə saxlamağa dəyməz. Və bir daha təkrar edirəm: Aprel döyüşlərinin əsas məqsədi güc nümayişi, göstərgisi və barışmaz mövqeyimizi dünyaya bəyan etmək idi.

Son 24 ildə ilk dəfə idi ki, Rusiya Dağlıq Qarabağ məsələsində neytral mövqeyi ilə diqqət çəkdi. Pərdəarxası müzakirələrdə qabaqcıl rolunu saxlasa da Azərbaycanın əvvəlki mövqelərinə çəkilməsi üçün erməni tərəfin etdiyi yalvarışları qulaq ardına vurdu.

Sarkisyan tamamən qorxu içindədir. İşğal olunmuş rayonlarda demək olar əhali qalmayıb. Ən böyük eyforiya isə hətta Rusiyanın qeyri-rəsmi himayəsində olan Türkmənistan və Belarus kimi neytral dövlətlərin də aprel döyüşlərindən sonra Azərbaycana vermiş olduğu açıq dəstəklə bağlıdır. Belə davam edəcəyi təqdirdə təbii ki, Sarkisyanın hakimiyyətdə qalma perspektivi, şansı, sıfırın altına düşəcək. Ya da 1999-cu ilin 27 oktyabrında Petrosyanı devirmək üçün hazırladığı Parlament qətliamının oxşar variantı öz başına gələcək.

Hər kəs əmin olsun: Sülh danışıqlarının uzanmasının yeganə səbəbi Azərbaycan tərəfinin zərrə qədər güzəştə getməməsidir. Qeyri-rəsmi məlumatlara görə Rusiya artıq mərhələli həll variantında “sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi”-bəndinin belə ixtisarına razılıq verib. Yerdə qalır son kritik məsələ: rayonlar qaytarıldıqdan sonra Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli. Dirənmə bax bu nöqtədədir. Sanki Sarkisyanın əlinə silah verib deyirlər ki, vur başına. Vurmasan biz vuracayıq.

İlham Əliyev zərrə qədər şəxsi və hakimiyyət marağını güdsəydi, danışıqlar əsla və əsla bu qədər uzanmazdı. Status məsələsini abstrakta buraxaraq 7 rayonu çox rahat qaytarıb, ardınca da elə bir təbliğat qurmaq olardı ki, kimsənin ruhu belə inciməzdi. Amma hakimiyyət buna getmir və təbii getməyəcək. Çünki ölkə Prezidenti və movcud iqtidar üçün milli maraqlar bəzi müxalif qüvvələr kimi sövdələşmə predmeti deyil. (Bu fikri - 2011-ci ildə, eks-deputatın ofisində diplomatik korpus nümayəndələrinin hazırladığı yazılı sənədə gözüyumulu imza atan Əli Kərimliyə nəzərən deyirəm. Hansı ki, hakimiyyətə gələcəkləri təqdirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yetərli və absurd yumşalmanı özündə ehtiva edirdi)

Ölkə prezidenti bütün prinsipial addımları öz fərdi nüfuzu və rəhbəri olduğu dövlətin gücü sayəsində (müqabilində) atır. Paralel olaraq da (eyni adlı fəaliyyətlə) bəlli dairələri qıcıqlandırır. Çün, əksər dünya güclərinin hazırda arzuladıqları tipaj İlham Əliyev tipajı deyil. Onlar sözəbaxan, vassal və yedək olmağı bacaran, bütün tövsiyyə və təlimatları birnəfəsə icra edən Prezidentlərlə işləməyə daha çox üstünlük verirlər. Maraqları təmin olunmadıqda isə klassik, ənənəvi təzyiq metodları işə düşür: Demokratiya, insan hüquqları, azad seçki və s ilaxır. Və bu riyakar mexanizm o dövlətlərin mətbəxində hazırlanır ki, həmin dövlətlər bəşəriyyəti qan gölünə çevirmək, dini, siyasi, irqi diskirminasiyanı dərinləşdirmək, azad seçki adı altında ard-arda dövlət çevrilişlərini sıralamaq, “insan hüquqları”, “demokratiya” – fonunda hüquqi nihilizmi, faktiki diktaturanı bərqərar etmək üçün əllərindən gələni əsirgəmirlər.

***
Bu yerdə sual edilə bilər: Madam ki, Gürcüstan, Ukrayna kimi tərəf olanda da təzyiq və təsirə məruzsan, olmayanda da. O zaman fərq nədir? Dəyişən nədir?
Yazının motivi də əslində bu suala cavab üzərində qurulub:

Bir var gədə olub, əl buyruğu olub hədəfə gələsən, bir də var kişi kimi var olub!
Bir var, kiminsə ətəyində, qucağında oturaraq hədəfə gələsən, bir də var bütün müştəbehləri, özünü ağsaqqal sayanları gərəkən məqamda yerində otuzduraraq!
Bir var rədd edildiyin üçün hədəfə gələsən, bir də var rədd etdyin üçün!
Bunlar çox fərqli şeylərdir, əzizlərim.

İlham Əliyev öz KİŞİLİYİNƏ və millətinə sahib çıxan lderdir. Hədəfdə olmasının da səbəbi budur.

P.S Madam ki, yazımı “Buta” fraqmenti ilə başladım, elə bir başqa “Buta” fraqmenti ilə də bitirim. Məclis başlayan kimi ali dövlət mükafatlarının təqdim edilmə mərasimi oldu. Ədəbiyyat üzrə mükafat Fikrət Qocaya verildi və şair mikrofon alıb iki kəlmə söz dedi: “Allah sizi qorusun cənab Prezident. Allah qorumağına qorusun e....amma imkan düşəndə biz də qoruyaq”
Nöqtə!

Elşən Musayev, Milli Məclisin deputatı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru