Cəlilabad sakini ACINACAQLI DURUMDA .....                     Kredit götürmək istəyənlər oxusun .....                     Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? .....                     Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib .....                     Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” .....                     Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır .....                     İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi .....                     İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar .....                     Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? .....                     Yeni direktor məktəbi telefonla idarə edir .....                     Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı .....                     Müharibə bitməyib .....                     Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA .....                     İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                 

Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb - Belə deyirlər...
Tarix: 5-03-2018, 08:53 | Çap et
Eldar Mahmudov yenidən vəzifə iddiasına düşüb
Milli Təhlükəsizlik Nazirliyini şəxsi cəza aparatına çevirmiş Eldar Mahmudov bu vəzifədən azad ediləndən və “MTN çetesi”nə qarşı məlum əməliyyatlar başlayandan sonra ölkədə xeyli insan rahat nəfəs almağa başlamışdı. Bunadək isə bəzi nazirlər, komitə sədrləri, icra başçıları, iş adamları, hüquq-mühafizə orqanlarında vəzifə tutanlar, yolu bircə dəfə Eldar Mahmudovun rəhbərlik etdiyi nazirliyə düşənlər daim qorxu altında olublar. 2015-ci ilin oktyabrında MTN-dəki qəfil əməliyyat, daha sonra adıçəkilən nazirliyin ümumiyyətlə ləğvi vəziyyəti dəyişdi, cəmiyyətdə, əsasən də qorxu altında yaşayanlarda ümid yarandı.

MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 20-dən çox MTN-çi həbs olunub, 57 nəfər zərərçəkən müəyyən edilib. Amma sonrakı dönəmdə “MTN çetesi”ndən zərər çəkənlərin ümidləri də tam doğrulmadı...

Ötən 30 ay ərzində zərərçəkənlərdən hər hansı birinin iş üzrə aparılan istintaq və məhkəmədən razılıq etdiyini eşidən olmayıb. Zərərçəkənlərə dəymiş ziyanı da ödəyən olmayıb. Eldar Mahmudov, onun müavini olmuş Hilal Əsədov, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev azadlıqdadırlar, “MTN işi” üzrə istintaqa çağırılsalar da, faktiki statusları bilinmir. İstintaqa təqsirləndirilən şəxs və ya şahid qismində çağırıldıqları belə sirr kimi ictimaiyyətdən gizli saxlanılır. Artıq “MTN işi” ilə bağlı inandırıcı olmayan proqnozlar da doğurulmaqdadır. Hələ iş üzrə istintaq yenicə başlayan günlərdə belə fikirlər dolaşırdı ki, bir müddət sonra həbs edilən MTN-çilər azad ediləcək. Hətta bu iddia da vardı ki, Eldar Mahmudovun özünə yeni vəzifə də verilə bilər. Qeyd edilirdi ki, Eldar Mahmudovu himayə edən güclər buna nail olmağa çalışacaq.

Hələlik bu planın ilkin mərhələsinə şahidlik edirik. Ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Vüsal Ələkbərovun cəzası 12 ildən birdən-birə 5 ilə endirilib. Azərbaycan məhkəmələrində ötən illər ərzində belə bir qərar olmayıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev hesab edib ki, Vüsal Ələkbərova qarşı birinci instansiya məhkəməsində olduqca sərt cəza verilib.

Hakim Vüsal Ələkbərov barədə belə bir yumşaq qərar verərkən nə düşünüb?
Ola bilsin ki, Qədim Babayev tərəzinin bir gözünə Vüsal Ələkbərovun əməllərini yığıb. Tərəzinin əks tərəfi cəmi 6 sahibkardan 5 milyondan bir qədər artıq rüşvət alma əməlinin ağırlığı altında yerə dəyib.

Bəlkə o düşünüb ki, Eldar Mahmudov, Hilal Əsədov, elə Vüsal Ələkbərovun birbaşa rəhbəri, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev azadlıqda gəzdiyi bir vaxtda Vüsal Ələkbərov niyə 12 il həbsdə qalmalıdır? 5 sahibkarın 5 milyonunu alıbsa, hər var-yoxdan çıxarılan 1 milyona görə 1 il kifayət deyil?

Fakt odur ki, türmə qapıları törətdikləri cinayətlərin ağırlığına baxmayaraq “mahmudovçu”ların üzünə açılmış kimi görünməkdədir.

İstintaq Vüsal Ələkbərovun sahibkarlar Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min dollar, Müsənnif Salahovdan isə 600 min manat məbləğində rüşvət almasını rəsmən sübut edib. Vüsal Ələkbərov isə azadlığın 1 addımlığındadır. Onu yaxın zamanlarda səssiz-səmirsiz, sakitcə azad edəcəklər. Əfvə də sala bilərlər, amnistiyaya da düşə bilər. Səbəbi də çox sadədir. Onun mənsub olduğu çete ayaqdadır, zəif durumdan çıxıb. Vüsal Ələkbərov isə həbsə düşəndən sonra məhkəmələrində təmsil olunduğu çetenin rəhbərliyinə açıq tektslə mesajlar yollayırdı.

Məsələn, ötən ilin sonlarında Bakı Hərbi Məhkəməsində Vüsal Ələkbərova prosesdə son söz deməsi təklif olunmuşdu. O da hakimə demişdi ki, son söz demək üçün ona 2 həftə vaxt lazımdır. Fikrini də belə əsaslandırmışdı.

Sitat: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”

Aydın idi ki, Vüsal Ələkbərov Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutur. Mətbuatı onlar da izləyirlər və Vüsal Ələkbərovun çıxışlarından özləri üçün nəticə çıxarıblar. Vüsal Ələkbərov ağzını açıb gözünü yumsa idi, ortaya xeyli kompromat çıxa bilərdi. Elə nüansları ortaya qoyardı ki, mənsub olduğu çete içəridən çox möhkəm çalxalanardı. Görünən odur ki, məhkəmədən düşünmək üçün istədiyi 2 həftə vaxt ona da, keçmiş rəhbərlərinə də kifayət edib. Odur ki, Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi elə də təəccüblü deyil. Kompromatlarla ayaqda qala bilən Eldar Mahmudov işçisinin əlində ona qarşı nələrin olduğunu da təxmin edə bilib. “MTN işi”nin ilk günlərində aydın olmuşdu ki, Eldar Mahmudovun çetesi ölkə rəhbərliyində, mühüm vəzifələrdə olan şəxsləri, onların yaxlınlarını öz məqsədləri üçün dinləyiblər. Bu dinləmə zamanı əldə etdikləri məlumatları kompromat kimi saxladıqları haqda dəqiq bilgi yoxdur. Ancaq ilk günlər MTN rəhbərliyində aparılan həbslərin davamının olmamasını, bu qədər ağır, dövləti cinayət faktları aşkarlandığı halda cəmi 21 nəfərin həbsə alınmasını bu materiallarla bağlayanlar da var. Elə Eldar Mahmudovun özünün həbs olunmaması, ev dustağına çevrilməsi də bu faktorla izah edilir. Məsələn, deputat Zahid Oruc açıqlamalarından birində buna açıq işarə vurub: “Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaqla məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq. Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanmaması üçün belə bir yol seçilib...”

Özünü sığortalamaq, uzunmüddətli həbslərdən qorunmaq üçün belə materialların yalnız Mahmudovda deyil, MTN-nin sabiq rəhbərliyində təmsil olunan, məlum çeteyə üzv bir çox şəxsdə olduğu da istisna edilmir. “MTN işi”nin qızğın çağlarında “Azpolitika.info”nun elektron poçtuna “MTN-in serverindən oğurlanmış 250 gb informasiyanın içindən” qeydi ilə səs yazıları göndərilmişdi. Həmin səs yazılarında, ölkənin bir sıra tanınmış şəxsləri, iri məmur və nazirlərinin ünvanına çox ağır ifadələr, söyüşlər işlədildiyi bildirlirdi. Bununla keçmiş MTN rəhbərliyində təmsil olunan şəxslər əllərində hər kəs barədə kompromat olduğunu nümayiş etdirirdilər. Təsadüfi deyil ki, Eldar Mahmudova xərac verən məmurların bir çoxu bu faktları danmaq yolunu tutublar. Onlar Eldar Mahmudov və dəstəsindən bu gün də ehtiyat edirlər. Bunun üçün ciddi səbəbləri də var. Bilirlər ki, Eldar Mahmudovda onlar barəsində kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Eldar Mahmudovun həbsdə olmamasının da, onun çetesinə daxil olanların cəzalarının minimuma endirilməsinin səbəbi də bununla əlaqələndirilir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar - AHİK-də saxtakarlıq
Bu gün, 06:30
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:22
Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:18
Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı - KİV
Bu gün, 06:12
Müharibə bitməyib – hər an dəhşətli proses başlaya bilər
Bu gün, 06:09
Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA - "Əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür"
Bu gün, 06:06
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Xameneyi xalqa müraciət edəcək
Dünən, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Dünən, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Dünən, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Dünən, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Dünən, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Dünən, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Dünən, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Dünən, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Dünən, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Dünən, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Dünən, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Dünən, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Dünən, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru