Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi .....                     Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi .....                     Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb .....                     Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... .....                     `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... .....                     NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ .....                     Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! .....                     Zelenski Putinin arzusunu açıqladı .....                     “Onlara oxumağı qadağan edirəm” .....                     "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" .....                     Paşinyan "B" planına keçdi .....                     Qərv Universitetində ŞƏRQ ÜSULU .....                     ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... .....                     Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... .....                     Cəlilabad sakini ACINACAQLI DURUMDA .....                     Kredit götürmək istəyənlər oxusun .....                     Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? .....                     Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib .....                     Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” .....                     Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır .....                     İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi .....                     İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar .....                     Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? .....                     Yeni direktor məktəbi telefonla idarə edir .....                     Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı .....                     Müharibə bitməyib .....                     Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA .....                     İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                 

Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ START GÖTÜRƏCƏK
Tarix: 10-03-2018, 09:33 | Çap et
Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ
Sabiq vergilər naziri Fazil Məmmədovun və onun komandasında təmsil olunmuş vergi məmurlarının taleyi bu ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra həll ediləcək.

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hazırda Fazil Məmmədov və onun komanda üzvlərinə qarşı müşahidə edilən hərəkətsizlik əslində “tufanqabağı sakitlik”dən başqa bir şey deyil. Fazil Məmmədovun rüşvətxor, koorrupsioner kadrlarının siyahıları hazırdır. Onların sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə bağlı çoxlu dosyelər tutulub. Bildirilir ki, bəzi vergi məmurları onlarla bağlı gizli bir prosesin aparılmasından xəbərdardırlar. Odur ki, vəzifədə olarkən qan uddurduqları, böyük rüşvətlər aldıqları sahibkarlarla münasibətlərini düzəltməyə çalışırlar. İstəkləri də budur ki, istintaq orqanlarına çağırılan sahibkarlar onların qanunsuz əməlləri haqda məlumat verməsinlər. Bunun əvəzində sahibkarlara əvvəllər onlardan rüşvət olaraq alınan pullar geri qaytarılır.

Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm səngimiş kimi görünür. Əslində isə proses davam edir. Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları siyahıya alınıb. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması üçün də çox ciddi işlər görülür. Sabiq nazirin gizlədə bildiyi, ilkin qeydiyyatdan keçirib çıxarış almadığı obyektlərin isə axtarışları davam edir. Belə məlumat var ki, hələ 2015-ci ilin oktyabrında Eldar Mahmudov “vurulan” günlərdə Fazil Məmmədov çamadanlarını yığıb gözləmə mövqeyində dayanıb. Həmin dövrdə hələ bir müddət vəzifəsində qalacağını yəqinləşdirəndən sonra ehtiyatlı davranmağa başlayıb. Ətrafındakılara inamsızlıq nümayiş etdirib, aldığı mal-mülklərin ilkin qeydiyyat sənədlərini götürsə də, çıxarış alınması üçün müraciətlər etməyib. Fazil Məmmədov bunu ona görə etməyib ki, onun əmlakları ilə bağlı araşdırma aparanlar mal-mülkünün tam siyahısını müəyyən edə bilməsinlər. Yəni dövlət qurumlarına Fazil Məmmədovun, onun ətrafının adına olan əmlaklarla bağlı sorğu verilərsə, bu halda yalnız çıxarışla olan əmlaklar haqda məlumat verilir. Çıxarışsız əmlaklar isə bir növ kölgədə qalmış olur. Fazil Məmmədov bu kələyi ilə mal-mülkünü gizlətməyə çalışıb. Özü haqda fikir formalaşdırmağa çalışıb ki, nazir olaraq elə də böyük pulları qamarlamayıb. Hazırda Fazil Məmmədov qeyri-müəyyənlik içərisindədir. O, düşdüyü sıxıcı durumdan can qurtarmaq üçün günlərlə içir.

Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Fazil Məmmədovun Eldar Mahmudovla aşkar-gizli əlaqələri hələ də qalmaqdadır. Sabiq nazirlərin bir müddət əvvəl görüşmələri, bir neçə şüşə spirtli içki boşaltdıqları haqda da xəbər var.

Yada salaq ki, Eldar Mahmudov işdən çıxarıldığı günlərdə xəbər yayılmışdı ki, Fazil Məmmədovu işdən çıxarıblar. O dövrdə Vergilər Nazirliyi “Fazil Məmmədov kabinetindədir” açıqlaması verməklə onun işdən çıxarılması xəbərinə reaksiya vermişdi. Amma Fazil Məmmədovun ətrafında körükləmə işlərinin aparıldığı da bilinirdi. 2016-cı il yanvarında prezidentin keçirdiyi ilk müşavirədə məmurları sərt tənqid etməsi də bu baxımdan diqqət çəkirdi. Prezident konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid edərkən Fazil Məmmədovun adını çəkmişdi. “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” - deyə, prezident bildirmişdi.

Prezidentin o dövrdə Vergilər Nazirliyinə yönəlik çıxışında dedikləri də yaddaşlardan silinməyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”...

2016-cı oktyabrında keçirilən müşavirədə isə F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Fazil Məmmədov 2017-ci ilin dekabrına qədər fəaliyyəti ilə göstərdi ki, sərt tənqidlərdən nəticə çıxarmır. Rəhbərlik etdiyi qurumun bu çıxışlardan sonrakı fəaliyyətinə nəzər saldıqda aydın olur ki, nəinki nəticə çıxarmayıb, hətta sahibkarların sıradan çıxarılmasına yönəlik addımlar daha da sistemli şəkil alıb. Belə iddialar var ki, hətta bir çox sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Sanki Fazil Məmmədov pulları alıb və aradan çıxmağa hazırlaşırmışE Eldar Mahmudov “vurulandan” sonra MTN-də baş verən sahibkarla bağlı cinayətlərin bir ucunun da Vergilər Nazirliyinə uzandığı üzə çıxdı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır.

V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinirdi. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqda məlumatlar MTN-ə ötürülürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Bu şərikli “biznes”dən Fazil Məmmədovun bixəbər qalması inandırıcı da deyildi. İnandırıcı deyildi ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan milyonlar qoparmasından Fazil Məmmədov xəbərsiz olub. Artıq onun da cəzalandırılacağı gün uzaqda deyil. Sadalanalar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm sona çatmayıb, sabiq nazirlə haqq-hesab çəkiləcəyi günləri irəlidədir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14
“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10
Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08
Qərv Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar - AHİK-də saxtakarlıq
Bu gün, 06:30
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:22
Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:18
Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı - KİV
Bu gün, 06:12
Müharibə bitməyib – hər an dəhşətli proses başlaya bilər
Bu gün, 06:09
Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA - "Əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür"
Bu gün, 06:06
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru