“Baş” akademikin Baş direktoru fəlsəfə doktorunu aşağılayıb... - Təzyiqlərə boyun əymədiyi üçün...
Tarix: 31-01-2022, 10:36 | Çap et
 “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktorluğu üzrə qəbul olunmuş dissertanta elmi məsləhətçi təyin olunması ilə bağlı təzyiqlər edilir. Belə ki, dissertantın birlikdə işləmək istədiyi, elmi məsləhətçi olaraq təklif etdiyi dilçi-alim "məsləhət görülmür", ancaq Elmi Şuradan kənarda, yəni hələ Elmi Şuranın iclası keçirilmədən küncdə-bucaqda dissertanta təzyiq edib dostbazlıq prinsipi əsasında elmi məsləhətçi təyin etmək istəyirlər”. DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Yusifovanın email ünvanımıza göndərdiyi məktubunda belə deyilir: Müəllif şəxsən üzləşdiyi qeyri-etik davranış barədə yazır:
 “Halbuki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsində elmlər doktorluğu üzrə dissertanta mütləq şəkildə elmi məsləhətçi təyin edilməsi qeyd olunmamışdır. Dilçilik İnstitutuna akademik Ramiz Mehdiyev tərəfindən yenicə Baş direktor göndərilmiş Nadir Məmmədli bir dissertant olaraq qanunsuz hərəkətlə barışmamağımı, kimisə zorla mənə elmi məsləhətçi təyin etməyin düzgün olmamasını dilə gətirməyimi tərbiyəsizlik kimi qiymətləndirib: "Sən kimsən ki, etiraz edəsən? Tərbiyən olsun! Deyəsən, sən də İdrisin (Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasov nəzərdə tutulur) yolunu gedirsən" – deyə məni bu cür təhqir edib hədələməyə başladı. Mən haradan biləydim ki, institutdakı qanunsuzluğa etiraz etmək hörmətli professor və Baş direktor Nadir Məmmədlinin dünyagörüşünə görə tərbiyəsizlikdir, ancaq küncdə-bucaqda dissertanta təzyiq göstərmək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz dostlarını elmi məsləhətçi kimi götürməyə məcbur etmək, dost olmayan elmlər doktorlarını savadsız saymaq, “dost”ların diktəsini qəbul etdirməyə çalışmaq, dissertantı "sən kimsən" deyib heçə saymaq, aşağılamaq tərbiyəli davranış imiş! Maşallah, elmdən başqa hər fəndi yaxşı bilirlər. Hətta bu həqarəti dissertanta kömək və yaxşılıq kimi qəbul etdirmək istəyirlər. Sual olunur: nəyə görə elmi şura olmadan Nadir müəllimin təhsil şöbəsinin müdiri təyin etdiyi dosent Rasim Heydərov 27 yanvar 2022-ci il tarixdə mənə filologiya elmləri doktoru Gülsüm Hüseynovanı yox, Nadir Məmmədlinin yarımştat işə götürdüyü filologiya elmləri doktoru Həbib Zərbəliyevi elmi məsləhətçi kimi qəbul etməyim üzərində israr edir? Bu məsələyə aydınlıq gətirmək üçün 28 yanvar 2022-ci ildə Baş direktor Nadir Məmmədliyə müraciət etdim. Sərt və təhqiramiz münasibətlə qarşılaşdım. Direktorun alim adına və direktorluq vəzifəsinə yaraşmayan qeyri-etik davranışı gənc bir alim kimi məni sarsıtdı. Qarşılaşdığım səhnəyə hələ də inana bilmirəm. Axı ixtisas indeksləri eyni olan Həbib Zərbəliyevin Gülsüm Hüseynovadan nəyi artıqdır ki? Birincisi indoneziya dilində saylardan müdafiə edibsə, ikincisi müqayisəli aspektdə tat dilinin leksikasından müdafiə edib. Üstəlik, özünüreklama meyilli olmayan Gülsüm xanımı bir çox cəhətləri ilə Həbib müəllimdən üstün saymaq olar. Bu məsələdə Həbib müəllimin yeganə üstünlüyü Baş direktorun dostu olmasıdır. İndi Gülsüm Hüseynovadan imtina edib Həbib Zərbəliyevi özümə elmi məsləhətçi götürməyimə məcbur edilməyimi hansı direktivlərlə izah etmək olar? Baş direktor Nadir Məmmədlinin qanunsuz olaraq məni hədələməsi, təhqir etməsi heç bir çərçivəyə sığmır. Hətta sabiq direktor akademik Möhsün Nağısoylu qadın əməkdaşlara qarşı bir dəfə də olsun, belə neqativ davranmamışdı. Vacib xatırlatma: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.3. bəndinə əsasən, elmi rəhbərlər (fəlsəfə doktoru dissertasiyası üzrə) və ya iddiaçının istəyinə uyğun olaraq elmi məsləhətçilər (elmlər doktoru dissertasiyası üzrə) müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatın, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq edilir...”. Düşünürəm ki, artıq şərhə ehtiyac yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
|