Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                 

"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..." - GİLEY
Tarix: 15-02-2022, 08:42 | Çap et
"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..."
Astaranın Kolatan kənd sakini Yaqut Cəfərova elefantiaz (fil xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyini deyir.

O, Meydan TV-yə bildirib ki, on dörd ildir ki, həm də şəkərli diabetlə mübarizə aparır.

Səhhətilə əlaqədar əllillik dərəcəsi almaq istəsə də, Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayevin ona müxtəlif maneələr törətdiyini iddia edir: "Gözlərim görmür, mirvari suyu var. Fil xəstəliyi ilə əlaqədar çəkim gündən-günə artır. Ayaqlarımın arasından irin axır. Xəstəxanada isə buna imkan vermirlər”.

"Camaatın xəstəlik anketlərini oğurlayırlar ki, pensiya işi düzəlməsin. Mənim də anketimi guya itiriblər, illərlə toplanan xəstəlik kağızlarım yoxdur. Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram. Get, hara istəyirsən, şikayət et”, – o belə deyir.

Yaqut Cəfərova bildirir ki, səhhəti ilə əlaqədar işləyə bilmir. Hər ay müalicəsinə və iynə-dərmanına iki yüz manat pul xərcləyir: "Qardaşımla həyat yoldaşı vəfat edib. Onların dörd övladını zülm-müsibətlə böyütmüşəm. Həyətdə tərəvəz əkirəm, birtəhər dolanırıq. Bütün kənd bilir ki, Oktay Əmənulayev mənə qan uddurur. Xəstəxanaya gedirəm, məni necə əsəbləşdirirlərsə, şəkərim qalxır. Dilim qatlanır, qaşığı ağzıma salıb dilimi çıxarırlar. Bəs yaxşı, mən necə dolanım? Acından ölüm?”

Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayev Meydan TV-yə deyib ki, Yaqut Cəfərovanın sənədləri qaydasında deyil: "Vətəndaşa xəstəxana tərəfindən heç bir maneə yaradılmır. Elefantiaz xəstəliyini təsdiq edən sənədlər olmalıdır. İxtisaslaşmış xəstəxanadan sənəd gətirməlidir. Ambulotar müayinə və stasionar müalicə keçməlidir, xəstəxanada yatmalıdır. Bunlar hamısı olduqdan sonra biz sənədlərini sistemə vura bilərik”.

Qusarın Kuzun kənd sakini Aydın Qırxlarov isə 2014-cü ildə keçirdiyi avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin travması alıb, koma vəziyyətinə düşüb.

Vətəndaş Meydan TV-yə deyir ki, 2002-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.

Keçirdiyi qəzadan sonra ərizə yazaraq işdən uzaqlaşıb: "Səhhətimlə əlaqədar mənə verilən sosial müavinət dayandırılıb. Özbaşınalıq edirlər, II qrup əlilliyi III qrupla əvəzləmək istəyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir neçə dəfə olmuşam, şikayətimə baxılmayıb. Nazirlikdə mənə dedilər ki, Sahil Babayev pensiya alanların sayının azaldılması ilə bağlı göstəriş verib. Ona görə də qrupumu dəyişdirmək istəyirlər”.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Aydın Qırxlarovun əlillik müddətinin uzadılması ilə bağlı tibb müəssisəsi tərəfindən "Əlillik” altsisteminə göndəriş daxil edilib.

Onun sözlərinə görə, şəxsin əlilliyi hərbi səbəblə əlaqədar olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib: "Müayinə zamanı Aydın Qırxlarovun diaqnozu ilə bağlı ixtisaslaşmış həkim rəyi və müayinəsi olmadığı müəyyən edilib. Buna görə də o, müvafiq rəy və müayinə üçün göndərilib. Həmin sənədlər təqdim edildikdən sonra onun əlilliyi ilə bağlı yekun qərar veriləcək”.

Bakı sakini Tamara Əsədova şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Meydan TV-yə dediyinə görə, diabet xəstəliyi ayaqlarında ciddi problem yaradıb.

İkinci qrup əlilliyə görə aldığı müavinətin vaxtı 2021-ci il mayında bitib.

1953-cü il təvəllüdlü qardaşı Rauf Nəsirova hemiparez (nevroloji sindrom) xəstəsidir.

Dediyinə görə, qardaşının bir ayaq və bir qolu işləmir, yataq xəstəsidir. Tamara Əsədova qardaşına qulluq etdiyi üçün xəstəxanaya yatıb, təkrar pensiya ala bilmir.

"Mənə deyirlər ki, xəstəxanada yatmalıyam. Mən xəstəxanada yatsam, evdəki xəstəmə kim baxacaq?”, – şikayətçi deyir.

Məsələ ilə bağlı Meydan TV-nin sorğusunu "DOST” Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktor müavini Teymur Hacıyev cavablandırıb.

Tamara Əsəsdovanın əlillik müddətinin 31.05.2021-ci il tarixində bitdiyini, vətəndaşın həmin vaxta qədər xəstəliyi ilə əlaqədar hər hansı bir ixtisaslaşmış müalicə müəssisəsində müalicə almadığını bildirib: "Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, diaqnozuyla əlaqədar stasionar müalicənin, eyni zamanda müayinə və müalicə müddətinin yetərli olmaması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilib. Sağlamlıq vəziyyətinin dəqiqləşdirilməsi üçün Respublika Kardiologiya İnstitutunda müayinə və müalicə keçməsi məsləhət görülüb”.

Teymur Hacıyev həmçinin bildirib ki, mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumata əsasən, Rauf Nəsirova bacısı Tamara Nəsirova deyil, digər şəxs qulluq edir. Həmin şəxsə aylıq təqaüd ödənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib.

Nazir 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini deyib.

Bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.

Nazir həmçinin deyib ki, 2021-ci ildə bir nəfərin də əlilliyi nə kəsilib, nə də dayandırılıb.

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edilib.

Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru