Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                 

Yeniləşən ABŞ-Azərbaycan münasibətləri... - İNCƏLƏMƏ...
Tarix: 22-03-2022, 10:36 | Çap et
Yeniləşən ABŞ-Azərbaycan münasibətləri...
ABŞ lideri Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik zamanı bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Bayden “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir”,- deyib.

Baydenin Novruz bayramı münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi mühüm hadisədir. Bu, ilk növbədə rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Məsələ ondadır ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir.

Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.

Baydenin təbrik məktubunda bir sıra məqamlar diqqət çəkir:

Birincisi, məktubun Azərbaycan dili mətni ilə yanaşı ingilis dili mətnində də Novruz bayramı ifadəsi Azərbaycan dilində yazılıb. Bu, kiçik bir detal kimi görünsə də, bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Vaşinqton bununla bir daha göstərir ki, Bakı ilə əməkdaşlığa maraqlıdır və bu diplomatik yazışmalarda ən incə məqamda da özünü göstərir.

İkincisi, Bayden məktubunda bildirir ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Bayden regional sülhün təşviqi deyərkən ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyindən bəhs edilir. Vaşinqton iki ölkə arasında sülhün əldə olunmasına töhfə verə bilər. Bu zaman belə bir sual yaranır ki, Vaşinqton 27 il ərzində nə üçün bunu etməyib?

Keçən 27 ildə geosiyasi vəziyyətin dəyişməsi və Bakının 44 günlük müharibədə əldə etidiyi taixi qələbə Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib. Yəni ABŞ 44 günlük müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Vaşinqtonu Bakı ilə əməkdaşlığa sövq edən səbəblər

Prezident Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik etməsi bütün hallarda müsbət hadisədir, lakin iki ölkə arasında son illərdə münasibətlərin daha da yaxşılaşmasının başlıca səbəblər var.

Şübhəsiz ki, ABŞ maraqları olmadığı təqdirdə heç bir ölkə ilə münasibətləri göz görəcək səviyyətə inkişaf etdirməz. Hesab edirəm ki, bu, Azərbaycanla da belədir. Məsələ ondadır ki, Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir.

Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası, İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.

Mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda rəsmi Kiyevə humanitar yardımların edilməsi də Azərbaycanı etibarlı tərəfdaş halına gətirir. Hesab edirəm ki, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir.

Bakının Vaşinqton qarşısındakı strateji hədəfləri

İki ölkə arasında münasibətlərin artan tempdə inkişafı Bakını Vaşinqton qarşısında bir sıra strateji hədəflər müəyyən etməyə sövq edir. İndiki məqamda ABŞ qarşısında bir sıra hədəflərimiz olmalıdır:

Birincisi, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş hələ də qüvvədədir. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır.

İkincisi, qeyd etdiyim 907-ci düzəlişin ləğvi üçün ilk növbədə ABŞ-da lobbi və diaspor fəaliyyəti artırılmalı və bu, ilk növbədə dövlət xətti ilə həyata keçirilməlidir. Əgər ABŞ-da lobbi və diaspor fəaliyyətimizi inkişaf etdirə bilməsək nə Vaşinqtonla münasibətlərin inkişafı davamlı olacaq, nə də 907-ci düzəliş büsbütün ləğv ediləcək. Hər şeydən öncə Ermənistanın ABŞ-la münasibətlərinin təməli olan lobbi və diasporunun qarşısını almaq lazımdır.

Üçüncüsü, Azərbaycan öz imkanları ilə son illərdə regionda meqa enerji layihələr icra edir. Bu, ölkəmizi Avropaya alternativ enerji dayışıcısı ölkə halına gətirir. Lakin bununla belə görülən səylər Qərbin tələblərini tam ödəmir. Yəni Rusiya ilə müqayisədə Bakının Avropaya nəql etdiyi qaz və neft çox azdır. ABŞ-la bu istiqamətdə əməkdaşlıq genişləndirilə, həm lazımi texniki avadanlıqlar, həm də investisiya cəlb edilə bilər.

Dördüncü, ABŞ-la təkcə enerji sahəsində deyil, hazırda bir çox fərqli sahədə də əməkdaşlıq edilə bilər. Xüsusilə Qarabağın bərpası istiqamətində ABŞ şirkətlərini regiona cəlb etmək mümkündür. İxtisaslaşmış ABŞ şirkətlərinin Azərbaycanda, xüsusilə də Qarabağda fəaliyyəti regionda Ermənistanın təxribatlarının və ehtimal gərginlik səylərinin qarşısını ala bilər.

Turan RZAYEV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru