"Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                 

İkibaşlı səhiyyəmizin Göygöldəki EYBƏCƏR TƏZAHÜRÜ - İLGİNC FAKTLAR
Tarix: 31-03-2022, 09:22 | Çap et
İkibaşlı səhiyyəmizin Göygöldəki EYBƏCƏR TƏZAHÜRÜ
Son dövrlər Göygöl MRX PHŞ-də qəribə canlanma, daha dəqiqi, tənəzzülə təkan olacaq növbəti olaylar baş verir. Biz deyirik, yoruluruq, məqsədli şəkildə şərlənir və məhkəməyə də verilirik, lakin, yuxarıların cəza çəkici əyrilərin ənginə dəymir ki, dəymir!
Əhalinin sağlamlığının qayğısına qalmalı olan, dövlət və millətin ümid bəslədiyi "TƏBİB"-in tövsiyyə və tapşırıqlarını icra etməli olan səhiyyə ocağı bəzi şəxsi məqsədlərdən əziyyət çəkir. Böyük mənfəət və maraqların peşincə isə sabiq "TƏBİB" rəhbərinin sözügedən PHŞ-yə konkret maraq müqabilində direktor təyin etdiyi Vasif Əliyev gedir. Xəstəxanada köklü problemlər var ki, başda (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov, eləcə də dövlətin qanunlarının keşiyini çəkən xüsusi dövlət qurumu yetkililəri diqqəti aşağıdakı dəlillərə də ayırsalar, ölçü götürsələr faydalı olar.

Bilirsiniz ki, 2020-ci ilin fevralından Azərbaycanda koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Və post-pandemiya dövründə səhiyyənin - "TƏBİB"-in qarşısına əhalinin səlamətliyinin təmin olunması yönündə konkret tələblər qoyuldu. Lakin, TƏBİB-in qanundankənar etimadını doğruldan Göygöl Mərkəzi Xəstəxanası koronavirusa qarşı mübarizə prosesindəki bəzi manevrlərindən üzüqara çıxdı. Bir Vasif Əliyevin varlanması, öz kənd-kəsəyinin adamlarını kütləvi halda xəstəxanaya işə götürüb onlayn korrupsiya icad etdiyi iddiası trend oldu.

Konkret olaraq, pandemiya dönəmində Göygöl MRX PHŞ-də nələr baş verdi?

"Demokratik.Az" saytı bu acı suala cavabı Göygöl rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin təsərrüfat tibb bacısı işləyən Məmmədova Leyla Ramiz qızının hələ bir il öncə “Hürriyyət”ə şikayəti əsasında araşdırmağa çalışıb və ciddi nöqsanların olduğu qənaətinə gəlib. Şikayətin dərcindən xeyli müddət keçməsinə baxmayaraq, sadalanan ittiham və iddiaların araşdırılması üzrə nəticəsizlik, aşağıdakı açıqlamaların təkzib edilməməsi diqqəti yenidən həmin müraciətin məğzinə yönəldə bilir.

“Kimlərin ki, adamları var idi, tapşırılmışdı, onlara 3, 5 misli maaş yazıldı”

L.Məmmədova şikayətində bildirirdi ki, xəstəxanada problem pondemiya yayılandan sonra başlayıb:
“Mart ayından bu günə qədər pandemiya ilə əlaqədar fasiləsiz, bazar, bayram günləri işlədik. Tibb bacıları, həkimlər hamı öz işinin öhdəsindən gəldi. Sonradan bəzi insanlara, yəni kimlərin ki, adamları var idi, tapşırılmışdı, onlara 3, 5 misli maaş yazıldı. Onunla əlaqədar işçilərlə müdiriyyət arasında narazılıq oldu. Kimlər ki, maaşının 3, 5 mislini almamamışdı, biz 14 nəfər ərizə yazdıq, qol çəkdik, hələ ardı da gəlirdi. Sadəcə, bizim baş həkim-Əliyev Vasif bir nəfər diş həkimi Əliyev Əliköməyi səhv etmirəmsə koronavirusa görə xəstəxanada sədr seçib. O, biz ərizə yazdığımıza görə, qadınlara gəldi ağzına gələn dedi, həkimə, kişiyə yaraşmayan sözlərlə hamını təhqir etdi. Dedi ki, “hamınızı yazıb prokurorluğa yazıb vermişəm, orada cavab verərsiniz, kimsə Vasif həkimdən şikayət etsə, qarşısında məni görsün”. Əlikömək həkim əlində telefon xəstəxanada gəzir, işçilərdən kim nə danışır, onların səslərini yazır, aparıb Vasif həkimə və bizim şöbə müdirimiz Qələndərova Vüsalə həkimə verir ki, belədir. Əgər həqiqətən 3-5 misli maaş verilirsə, hamıya yazılsın, verilmirsə, niyə seçilib işçilərə verilir? Əlikömək həkim “ Vasif həkimdən şikayət etsə, qarşısında məni görsün” deməklə, qadınları şantaj edir. Dünən qızlarımızdan 1-2 nəfər tibb bacısı dedi ki, “verilmir, eybi yoxdur”, ərizəni götürdülər cırdılar ki, “biz məhkəməyə çağırılsaq, ya yoldaşımız bizi boşayar, ya da ailədə narazılıq olar”. Biz cənab prezidentə müraciət etmək istəyirdik ki, bu məmur özbaşnalığına, haqsızlığa son qoyulsun. Bizim əməyimizin müqabilində maaşımız yazılsın. Quldarlıq dövründə yaşamırıq ki. Dayanmadan səhər saat 8-dən 4-ə qədər hamı işləyib. Bizim iş saatımız 6 saatdır. İş saatından əlavə xadimələr 2 saat artıq işləyir. O da yazılmır. Bir də ki, bizim şöbə müdirimiz Qələndərova Vüsalə bir stat yarım maaş alır. O, saat 9-da gəlir, 4-də gedir. Amma saat 8-də gələn işçilərimiz də 4-də gedir. Buna görə, kollektiv arasında narazılıq var ki, iş saatını işləyiriksə, maaşımızı alaq”.

“Bu qədər haqsızlıq olmaz, buna son qoyulsun.. !”

L.Məmmədova deyib ki, poliklinika şöbəsində 25 nəfər xadimə var: “Onların siyahısını da göndərirəm. Birincisi, poliklinkaya 25 nəfər xadimə nəyə gərəkdir? Üstəgəl də bunların iş rejimi nədən ibarətdir, nə iş görürlər? Bu xadimələrin biri də keçmiş icra başçısı Arif Seyidovun qudası Fikrət İsmayılovun qardaşı qızı- İsmayılova Xəyalə Çapay qızıdır. Nə cür olur ki, o, həm Göygol rayonunda litseydə katibə, həm də bizdə xadimə işləyir? Əslində, xadimə kimi adı gedir. Dünənə kimi qeydiyyatda oturub anket paylayırdı. Yəni iş saatını nəzərə alsınlar. Necə ola bilər eyni saatda iki yerdə işləyir? İndi də kompyuterə keçiriblər, koronavirusla əlaqədar orada işləyir. İkinci-Əlikömək həkimin yoldaşı Cəlilova Dilarə ümumi xəstəxanının xadiməsidir. Hazırda qeydiyyat otağında oturur, üstəgəl də başqa bir xadiməmizə-Fətullayeva Zərnişana pulla otağını təmizlədir. Ehtiyacı yoxdursa, evində otursun. Ehityacı olan o qədər analar var ki, uşağını məktəbə yola sala bilmir. Nə qədər işsiz insan iş üçün yalvarır. Sadəcə, baş həkim deyir ki, yerimiz yoxdur. Üçüncü xadiməmiz də İsayeva Dilbər kecmiş məhkəmə sədri Həsənova Elmira xanımın gəlinidir, diş həkimi Kazımova Billurun yanındaca oturub eyni maaşı alırlar. Yəni narazılığımız ondan ibarətdir ki, xəstəxanada o qədər özbaşına işlər var-birinə 2 otaq veriblər, təmizlətdirir, birinə bir otaq veriblər, xanım kimi oturub pulla təmizlətdirir, o biri xadiməyə də 5-7 otaq verib təmizlətdirirlər. Xadimələrin siyahısına baxın, İsmayilova Xəyalə, Zeynalova Qənahət, Rzayeva Ruhiyyə, İsmayilova Pərvanə, Cəlilova Dilarə, Məmmədova Sudabə, Alıyeva Sevil, Əliyeva Rubabə, Mustafayeva Mənzərə, Huseynova Elmira, Fətullayeva Zərnişan, Məmmədova Nailə, Səfərova Qaratel, Qurbanova Guləndam, Humbətova Mahirə, İsayeva Dilbər, Məhərrəmova Məlahət, Əliyeva Zulfiyyə, Cəfərova Hürü, Abbasova Billurə, Atayeva Türkan, Yusibova Svetlana, Cəfərova Ulviyyə, Haciyeva Əminət, Mürsəlova Nuriyyə. Hüseynova Elmira 1 diş otağını təmizləmək üçün qeydə alınıb, hazırda 5 otaq təmizləyir. Məmmədova Südabə 1 diş otağını təmizləmək üçün qeydə alınıb, inzibati binanı təmizləyir. Bu qədər haqsızlıq olmaz, buna son qoyulsun, xahiş edirəm araşdırılısın!..".

Müraciət müəllifi bir neçə sitatla bəzi işçilərin nüfuzlu şəxslər tərəfindən tapşırıldığına da diqqət çəkib.

Şikayətçi də hesab edir ki, "TƏBİB" doğrudan işini görə bilmədi...

“Prezidentimizi sağ olsun, TƏBİB işini yerinə yetirə bilmədiyinə görə, poliklinika şöbəsini Səhiyyə Nazirliyinə verdi. Mən təsərrüfat tibb bacısı olduğuma görə, 25 nəfər işçiyə söz deyib iş gördürə bilmirəm. Deyəndə deyirlər ki, “niyə o biri bir otaqda oturub pulla iş gördürür, mən də 7 otağı onun əvəzinə işləməliyəm?” Xahiş edirəm, mənim adımdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə müraciət olunsun, araşdırma aparsınlar, bu haqsızıqlara son qoyulsun. TƏBİB doğrudan işini görə bilmədi. Ona görə də səlahiyyəti əlindən alındı. Mənim kabinetimlə koronavirus otağı üzbəüzdür. Dəfələrlə müraciət etmişəm, TƏBİB-ə zəng etmişəm ki, araşdırma aparsınlar. Sarğı otağı, şəkər xəstələri, bir də KOVİD otağı yanbayandır. Mən şöbə müdirimizdən, baş həkimdən xahiş etdim ki, KOVİD xəstələrinin analizi infeksion şöbəsində götürülsün. Oradan yaxma Gəncəyə, Şəmkirə gedir. Oradan cavab gəlincə, o xəstədə şübhə varsa, infeksion şöbədə yatızdırın. Cavab gələndən sonra aidiyyatı xəstəxanaya yönəldin, sağlamadırsa, evinə yola salın getsin”,-deyə şikayətçi əlavə edib.

“Bilmək istəyirəm ki, həqiqətən poliklinkanı təsərrüfat tibb bacısı açmalıdır?”

L.Məmmədovanın sözlərinə görə, təsərrüfat tibb bacısı, həm də mühafizəçi kimi 17 il ərzində poliklinikanı səhər saat 8-də açıb, axşam da 8-də gəlib bağlayıb (əvvəllər axşam saat 8-ə kimi işləyirdi): “Amma bu işi gördüyümə görə, mənə maaş yazılmayıb. Mühasibatlıqdan soruşanda deyirlər ki, “işin odur, etməlisən”. Maaş da kimlərə yazılıb, onu bilmirəm. Mən bilmək istəyirəm ki, həqiqətən poliklinikanı təsərrüfat tibb bacısı açmalıdır? Xahiş edirəm kimsə mühafizəçi kimi qeydə alınıbsa, araşdırsınlar”.

“Bizim xəstəxanda haqsızlıqlar çoxdur”

L.Məmmədova nəzər çatdırıb ki, terapevt Həsənova Sevda həm xəstəxanda, həm də poliklinika şöbəsində işləyir: “Xəstəxanada yerlər dolub. Xəstəxanda olan həkimlərimiz xəstələri artıq poliklinikada qəbul edirlər. O Sevda həkimə haqsızlıq edirlər. Ona maaşından əlavə bir manat qonarar yazılmayıb. Mart ayından bu günə qədər fasiləsiz çalışır. Sevda həkim dəfələrlə müraciət edib, deyiblər “o qonarar sizə düşmür”. Niyə evində oturub müftədən pul alanlara, kimisə qabağında işlədənlərə qonarar düşür, Sevda həkim qızdırmalı xəstələrə baxıb, ona düşmür? Yəni bizim xəstəxanda haqsızlıqlar çoxdur. Elə həkimlərimizə də, tibb bacılarına da, qeyri-tibb işçilərinə də haqsızlıq edilir. Mən müraciət etdim, dedi “sən təsərrüfat başçısısan sənə düşmür”. Amma dünənki hay-küydən, ərizəni biləndən sonra dedilər ki, iyul ayı üçün sənə qonarar yazılacaq. Mən də baş həkimə, şöbə müdirinə sual verdim ki, əgər düşürdüsə, indiyə kimi niyə vermirdiniz? Düşümürsə də, niyə ərizədən sonra verirsiniz?”.

Demokratik.Az xatırladır ki, şikayətçinin şikayəti koronavirus pandemiyasının şıdırğı dönəminə təsadüf edirdi və o vurğulanırdı ki, xəstəxana direktorunun özfəaliyyəti diqqıtsizliyi ucbatından nə işçilərə, nə də xəstələrə yetəri qədər dırman preparatları, maska və əlcək belə verilməyib. Həmin dövr ərzində çarpayıların stasionar müalicələr adı altında tamamən dolu olduğu sənədlərdə varsa, ayrılan dərman vasitələrinin və digər zəruri təminat, maaş artımlarının kimlərə və niyə çək-çevir edilməsi halları ciddi araşdırılmalıdır.
Onu da bildirək ki, ötən ilin iyununda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar zamanı Göygöl Rayon Xəstəxanasınnda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu fakta hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Təəssüf... Demokratik.Az saytı son yazıları ilə Göygöl PHŞ MRX-nın direktoru Vasif Əliyevin fəaliyyətindən irəli gələn nöqsanları ictimaiyyətə və aidiyyatı dövlət qurumlarına çatdırsa da cəzasızlıq müşahidə edilir. Necə ki, yuxarıdakı qeydlər və şikayət də öz araşdırmasını və nəticəsini almayıb...

Demokratik.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru