SABİRABADDA MİTİNQ GÖZLƏNİLİR
Tarix: 1-09-2012, 12:53 | Çap et
MÜXALİFƏT İCRA BAŞÇISINA VAXT VERDİ
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayonundakı büstünün götürüldüyü barədə məlumat vermişdik. Büst Sabirabad Rayon Icra Hakimiyyətinin binası qarşısında idi və ora 92-ci ildə AXC hakimiyyəti zamanı qoyulmuşdu. Bir neçə ay idi ki, ərazidə təmir-tikinti işləri aparılır, elə o vaxtdan da Rəsulzadənin büstünün götürüləcəyi haqda məlumatlar yayılırdı.
Rayon sakinləri büstün hara aparıldığını bilməsələr də, olayı narazılıqla qarşılayıblar. Sakinlərin sözlərinə görə, ərazi hasara alınıb və ora heç kim buraxılmır. Camaatın büstün götürülməsinə etiraz olaraq aksiya keçirəcəyindən ehtiyat edərək ərazini polis nəzarətinə götürüblər.
Dünən AXCP və Müsavatın Sabirabad rayon təşkilatları məsələ ilə bağlı icra hakimiyyətinə rəsmi müraciət ünvanlayıblar. Onlar büstün götürülmə səbəbinin onlara bildirilməsini, təmirdən sonra yerinə qaytarılmayacağı təqdirdə isə etiraz aksiyalarına başlayacaqlarını bəyan ediblər.
Dünən gün ərzində Sabirabad Icra Hakimiyyətinin rəsmiləri ilə telefon əlaqəsi saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Sabirabaddan olan keçmiş millət vəkili Pənah Hüseyn deyir ki, qeyri-rəsmi məlumatlara görə, büstün götürülməsini icra hakimiyyətinin qarşısındakı meydanda aparılan təmir işləri ilə əlaqələndirirlər: “Lakin ciddi narahatlıq var ki, təmir işləri başa çatdıqdan sonra büstü yerinə qaytarmayacaqlar. Həm indiki, həm də bundan əvvəlki icra başçısının dövründə Rəsulzadənin büstünün götürülməsinə cəhd edilmişdi. Səhv etmirəmsə, bu, Rəsulzadənin rəsmi qurumların qarşısındakı yeganə büstü idi. Rəsulzadənin ad günündə və Respublika Günündə müxalifət fəalları o büstün qarşısına yığışır və güllər qoyurdular. Hazırda rayonda ciddi narazılıq yaranıb. Əlaqə saxladığım ictimai-siyasi fəallar məsələ ilə bağlı rayon rəhbərliyinə müraciət etdiklərini, lakin hələlik bir cavab ala bilmədiklərini bildirirlər”. P.Hüseyn bildirir ki, büstünü götürməklə Rəsulzadəni insanların qəlbindən çıxara bilməyəcəklər: “Baş verən olay bu hakimiyyətin Rəsulzadə irsinə, onun xatirəsinə olan münasibətin göstəricisidir. Amma şübhəsiz ki, büstünü götürməklə onu milyonlarla insanın qəlbindən, şüurundan çıxara bilməyəcəklər”. \ Azadlıq \


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
|