Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... .....                     122 min manat vergi borcu olan şirkət kimindir? .....                     Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ .....                     İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: .....                     “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” .....                     Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı .....                     Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... .....                     Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır .....                     "Aş gətirə-gətirə nələr etmişəm" .....                     "“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" .....                     Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb .....                     Tanınmış jurnalist vəfat etdi .....                     Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? .....                     Azərbaycanlıları qeydiyyata saldığı üçün .....                     Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı .....                     Arvadına mütəmadi olaraq işgəncə verən şəxs .....                     Ötən il 1 milyon pul qazanıb .....                     “SON ZƏNG” YIĞIMI... .....                     Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı .....                     “Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb .....                     DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı .....                     Marukyan baş nazirə “əlcək” atdı .....                     "SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" .....                     Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... .....                     Qısqanc ər arvadını döyərək işgəncə verdi: .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     "Bu MTK-dan ev almağa dəyməz" .....                     MSK üzvünə ağır itki üz verib .....                     AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR... .....                     Avropanın təhlükəsizliyi dönüş nöqtəsindədir .....                     Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir .....                     Həmkarlar İttifaqları əslində işçi üçün... .....                     Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir .....                     ABŞ Ukrayna məsələsinə qarışmamalı idi .....                     Xəlil Arslanovu 19 il həbs gözləyir .....                     Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu .....                     Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər .....                 

Marukyan baş nazirə “əlcək” atdı - Kreml Köçəryanı “xərcləyir”?
Tarix: Bu gün, 09:16 | Çap et

Ermənistanda hakimiyyət uğrunda mübarizə yavaş-yavaş yeni və daha kəskin fazaya keçir. Belə ki, az öncə hakim “Mülki Müqavilə” Partiyasından xaric edilən deputatlar - Akop Aslanyan və Ovik Ağazaryan Ermənistan baş naziri vəzifəsinə Paşinyanın sabiq silahdaşı, ötən il xüsusi səfir vəzifəsindən istefa vermiş Edmon Marukyanın namizədliyini irəli sürüblər. Bu barədə Ağazaryan öz Facebook səhifəsində yazıb.

“Birləşmiş Milli Sosialist Partiyasının İdarə Heyətinin üzvü kimi bəyan etməyə səlahiyyətliyəm ki, idarə heyətinin qərarına əsasən, Ermənistan Respublikasının Baş nazirinə etimadsızlıq ifadə olunması haqqında qərar layihəsi hazırlanıb. Bundan başqa, deputatlar Akop Aslanyan və Ovik Ağazaryan tərəfindən Ermənistan Respublikasının 5-ci, 6-cı və 7-ci çağırış Milli Məclisinin deputatı olmuş, xüsusi tapşırıqlar üzrə keçmiş səfir, "Aydın Ermənistan" Partiyasının sədri Edmon Marukyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Marukyan iqtidarın Azərbaycanla “sülh strategiyasına” etiraz olaraq, xüsusi səfir vəzifəsini tərk etdiyini bildirib və az sonra yeni partiya yaradıb. O, Azərbaycana münasibətdə yetərincə sərt mövqeyi ilə tanınır. Marukyanın rusiyameylli olması haqda iddialar da var. Qismən “yumşaq müxalifət” təmsilçisi sayılan Marukyanın ölkədə ənənəvi radikal müxalifətin nüfuzu aşağı olması fonunda önə çıxması maraq doğurur. Yeri gəlmişkən, onun Rusiyaya bağlı qüvvələrdən, özəlliklə Köçəryan - Sərkisyan cütlüyündən baş nazirlik üçün dəstək istədiyi də gələn informasiyalar arasındadır.

Marukyanın qarşıdakı seçkilərdə uğur qazanmaq şansı varmı? Rusiya ona dəstək verərmi? Nikol Paşinyan onun atdığı “əlcəyi” götürəcəkmi? Seçkilərədək baş nazir dəyişikliyi necə, mümkünmü?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, Ermənistanda, ümumiyyətlə, maraqlı hadisələr baş verməkdədir: “Müxtəlif siyasi qüvvələr hakimiyyətin devrilməsi üçün hərəkətə keçiblər. Onların arasında Paşinyanın keçmiş partiyadaşları olan siyasətçilər də yer almaqdadır. Onlar seçkiyə hazırlaşdıqlarını və baş nazirliyə namizədlərini elan etsələr də, əslində çevrilişə hazırlaşırlar. Marukyan uzun müddət Ermənistan parlamentində təmsil olunmuş siyasi qüvvənin lideri kimi qəbul olunur. Əsasən yumşaq müxalifətçilik anlayışını mənimsəmiş siyasətçi imicini özü üçün formalaşdırmış Avropaya yaxınlığı ilə seçilən şəxs sayılır. Paşinyandan ayrılmasının isə səbəbi baş nazirin Azərbaycanla sülh sazişi imzalamaq istəyinə qarşı olmasıdır”.

Onun sözlərinə görə, bu hərəkəti onun haqqında yaranmış yumşaq müxalifətçilik imici ilə uyğun gəlmir və daha çox revanşist mövqeyə yaxındır: “Ermənistanda indiyə qədər siyasi meydanda uğur qazanmağın şərtlərindən biri radikal çıxışlar etmək, Azərbaycanla düşmənçiliyi, müharibəni davam etdirmək mövqeyindən çıxış etməkdir. Marukyan da, görünür, bu "ənənəni" davam etdirməyə başlayır. Lakin 2020-ci ildən sonra keçirilən seçkilərdə xalqın böyük hissəsinin revanşist qüvvələrə səs vermədiyi faktı da mövcuddur. Əgər Ermənistan əhalisinin böyük hissəsi bundan sonra dinc, müharibəsiz, itkilərsiz yaşamaq istəyirsə, o zaman yenə də revanşist mövqedə olan siyasi qüvvələrə səs verməyəcək. Belə olduğu halda, Marukyanın da seçki ilə hakimiyyəti qazanması mümkün olmayacaq".

Politoloq qeyd edib ki, Marukyan Robert Köçəryan və Serj Sərkisyandan dəstək almağa çalışa bilər: “Amma onların Marukyana dəstək verəcəyi şübhə altındadır. Marukyan uzun müddət Paşinyan komandasında olmuş bir şəxsdir və müxtəlif dövrlərdə məhz Köçəryan-Sərkisyan hakimiyyətləri haqqında kəskin fikirlər səsləndirib. Bundan başqa, Marukyanın Paşinyana qalib gələ biləcək rəqib ola biləcəyi ciddi sual altındadır. Onun lider kimi xarizmatik keyfiyyətləri çox zəifdir. Bu zəif tərəfləri onun Ermənistanda bütün müxalifətin lideri statusunu qazanmasına maneədir. Bu amil də Xocalı canilərini ona dəstək verməkdən çəkindirə bilər. Odur ki, Marukyanın Paşinyan üçün ciddi başağrısına çevrilib təhlükəli alternativ olacağını düşünmürəm”.

O.Qasımov vurğulayıb ki, Ermənistanda növbəti parlament seçkilərinin necə nəticələnəcəyi və bu seçkilərdə hakimiyyət dəyişikliyinin baş verəcəyi barədə qəti fikir söyləmək bu gün mümkün deyil: “Seçkiyə hələ 1 ildən artıq müddət var. Bu gün keçirilən rəy sorğuları göstərir ki, Paşinyana və onun komandasına etimad əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Amma bu, heç də o demək deyil ki, Paşinyanın reytinqinin aşağı düşməsi onun rəqiblərinin nüfuzunun artmasına gətirib çıxarıb. Rəy sorğuları onu göstərir ki, Ermənistan cəmiyyəti siyasi qüvvələrə inamını, xüsusilə də "Qarabağ klanı" kimi tanınan revanşist qüvvələrə inamını ciddi şəkildə itirib. Seçkilərin nəticələrini hesab edirəm ki, daxili faktorlardan daha çox xarici faktorlar həll edəcək. Bu seçkilərə qədər Ermənistanda Rusiya-Qərb rəqabətinin hansı səviyyədə olacağı da seçkiyə təsirini göstərəcək. Rusiyanın planı Gürcüstanda olduğu kimi, Ermənistanda yumşaq keçidə nail olmaq idi. Məhz buna görə də milyarder Ruben Vardanyan Ermənistana göndərilmişdi. Ancaq nəticəsi olmadı. Ruben Vardanyan Ermənistan cəmiyyətində dəstək qazana bilmədi və Moskvanın planı suya düşdü".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
Bu gün, 10:52
Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı
Bu gün, 10:47
Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:45
Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır - Qıraqdan baxanlar desin ki, "TİCARƏT YAPIYORUZ"...
Bu gün, 10:20
"Aş gətirə-gətirə nələr etmişəm" - VİDEO
Bu gün, 10:17
"“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" - Leyla Güləliyeva
Bu gün, 10:13
Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb - Erməni mediası
Bu gün, 10:09
Tanınmış jurnalist vəfat etdi
Bu gün, 10:04
Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? - FOTO
Bu gün, 09:58
Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı
Bu gün, 09:50
Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - VİDEO
Bu gün, 09:47
Arvadına mütəmadi olaraq işgəncə verən şəxs məhkəmə zalından həbs edildi
Bu gün, 09:43
Ötən il 1 milyon pul qazanıb - HESABAT
Bu gün, 09:41
“SON ZƏNG” YIĞIMI... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:39
Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
“Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:31
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 09:28
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:26
DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı - DETALLAR
Bu gün, 09:19
Marukyan baş nazirə “əlcək” atdı - Kreml Köçəryanı “xərcləyir”?
Bu gün, 09:16
"SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" - NARAZILIQ VAR...
Bu gün, 09:12
Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... - "Armtimes"
Bu gün, 09:01
Qısqanc ər arvadını döyərək işgəncə verdi: - “Etiraf et ki, pul müqabilində hotelə getmisən...”
Bu gün, 08:59
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 08:55
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:50
"Bu MTK-dan ev almağa dəyməz" - ÇAĞIRIŞ
Bu gün, 08:43
MSK üzvünə ağır itki üz verib
Bu gün, 08:34
AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 08:28
Avropanın təhlükəsizliyi dönüş nöqtəsindədir - Rasmussen
Bu gün, 08:25
Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir - GƏLİŞMƏ
Bu gün, 08:22
Həmkarlar İttifaqları əslində işçi üçün... - Ekspert danışır...
Bu gün, 08:10
Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu
Bu gün, 07:04
ABŞ Ukrayna məsələsinə qarışmamalı idi - Tramp
Bu gün, 07:02
Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23
Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20
Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09
Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05
Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57
Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50
Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42
Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34
“Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30
"Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26
Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23
Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru