Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                     Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub .....                     "Qızımın qeybətini gəlinimə edirəm" .....                     Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... .....                     Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib .....                     Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI .....                     İrəvanda 2 saatlıq TELEFASİLƏ .....                     Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub .....                     Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU .....                     Makron Azərbaycanla düşmənçilikdən çəkilir? .....                     Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... .....                     “Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” .....                     Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? .....                     “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” .....                     Aysun yenidən .....                     Daha bir məktəb direktoru işdən çıxarıldı .....                     Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... .....                     122 min manat vergi borcu olan şirkət kimindir? .....                     Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ .....                     İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: .....                     “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” .....                     Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı .....                     Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... .....                     Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır .....                     "Aş gətirə-gətirə nələr etmişəm" .....                     "“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" .....                     Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb .....                     Tanınmış jurnalist vəfat etdi .....                     Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? .....                     Azərbaycanlıları qeydiyyata saldığı üçün .....                     Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı .....                     Arvadına mütəmadi olaraq işgəncə verən şəxs .....                     Ötən il 1 milyon pul qazanıb .....                 

Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:22 | Çap et


“Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarmalı olacaq”. Xəbər verildiyi kimi, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.

“Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi”, - məlumatda bildirilib. Həmçinin xatırladılıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb...

“Yeni Müsavat” xatırladır ki, razılaşdırılmış sülh sənədi layihəsində Azərbaycan və Ermənistan ərazilərində üçüncü dövlətin hərbi qüvvələrinin olmayacağı haqda qarşılıqlı öhdəlik yoxdur. Söhbət yalnız sərhəddən gedir. Məhz iki ölkə sərhədində üçüncü hərbi qüvvə yerləşə bilməz. Yəni sənəd layihəsinin Gümrü bazasına dəxli ola bilməz. O ayrı məsələ ki, İrəvan Bakı və Ankara ilə münasibətləri normallaşdırandan sonra həmin bazaya ehtiyac qalmaya bilər. Beynəlxalq hüquqa görə də heç kim nə Azərbaycana, nə də Ermənistana öz ərazisində başqa dövlətin hərbi bazasını yaratmağı qadağan edə bilməz. Özü-özünə qadağan eləməsə. Belə çıxır, biz sabah burada Türkiyənin hərbi bazasını yaratmaq istəsək, Ermənistandan icazə almalıyıq? Sənəddə belə şey ola bilməz. İstisna deyil ki, bu cür yazılarla Rusiyanı həm sülh sənədinə, həm də hazırda münasibətləri sərin olduğu Azərbaycan əleyhinə kökləmək istəyirlər. Ola bilsin arxasında da Rusiyaya bağlı radikal-revanşist dairələr dayanır.

Bu arada erməni ekspert Benjamin Poqosyan iddia edib ki, Ukraynada atəşkəsə nail olunarsa, Rusiya öz resurslarını Cənubi Qafqaza yönəldə və regionda öz mövqelərini möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi addımlar ata bilər. Onun fikrincə, böyük ehtimalla yaxın gələcəkdə Rusiya yenə Cənubi Qafqazda geosiyasi dinamikanın hərəkətverici qüvvəsi olaraq qalacaq: “Ukraynada potensial atəşkəs Moskvaya resursları Cənubi Qafqaza qaytarmağa və bununla da öz mövqeyini gücləndirməyə imkan verə bilər”.

“Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil”. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin ölkədən çıxarılması ilə bağlı heç bir müzakirə aparılmır və bu məsələ rəsmi gündəmdə yoxdur.

Belədirmi? Bakı-Moskva münasibətlərində Ukrayna atəşkəsindən dolayı hansı fors-major vəziyyət yarana bilər?

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, üçtərəfli 10 noyabr sənədi imzalandıqdan sonra Ermənistan bütün məsələlərdə sülhə zərər vuran mövqe sərgiləyib: “İndi də fərqli mövzudan yapışıblar. Burada təkcə Ermənistan iqtidarının deyil, revanşist müxalifətin də rolu olmamış deyil. Paşinyan hökuməti heç də proseslərə nəzarət edə bilmir. Bunu orduda, kilsədə və s. istiqamətlərdə görmək olar. Sadəcə, revanşist müxalifət Paşinyan iqtidarı ilə Rusiyanın arasını vurmağa çalışır. Məqsəd odur ki, bu minvalla da hakimiyyətin dəyişməsinə nail olsunlar. Həmin radikal qüvvələrin marağı həm də Rusiya-Azərbaycan əlaqələrini korlamağa hesablanmış ola bilər. Yəni ikibaşlı hədəf görünür”.

Ekspertə görə, erməni iqtidarı bu cəhdlərə hələ ki susur: “İki ölkə razılaşıb ki, sərhəddə kənar qüvvələr olmasın. Yəni bu qərar xüsusən də Avropa Birliyinin mülki missiyasına aiddir. Ermənistan çalışdı ki, bu razılaşma yalnız delimitasiya edilmiş ərazilərə şamil olunsun. Ancaq rəsmi Bakı tələb etdi ki, bütün sərhədboyu üçüncü qüvvə çıxarılmalıdır. İndi isə Azərbaycanla Rusiya arasında həssas dövrü nəzərə alsaq, ermənilər bu soyuqluğun dərinləşməsi üçün bəzi spekulyasiyalara yol verir. Guya Azərbaycan öhdəlik qoyub ki, 102-ci baza çıxarılsın. Bu, Rusiyanı Azərbaycana qarşı qoymaq hiyləsidir. Halbuki Gümrüdə olan rus hərbi bazasının 2044-cü ilədək qalması haqda özləri müqavilə imzalayıblar, Azərbaycana aidiyyəti olmayan məsələdir. Hətta istisna etmirəm ki, rəsmi İrəvan özünün açıq deyə bilmədiyi bu tezisləri müxalifət və media vasitəsilə eşitdirir”.

Siyasi ekspert Züriyə Qarayeva isə Rusiya-Ermənistan münasibətlərində yeni bir istiləşmə müşahidə edildiyini deyib: “Paşinyan Moskva paradına getməklə Putinə bir addım atmış oldu. Eyni zamanda ticarət dövriyyəsində artım var. İnanmıram ki, hazırda rus bazasının bağlanması aktualdır. Paşinyan "öz ayağına sıxmaq" istəmir. Sadəcə, erməni mediası Rusiya ilə Ermənistan arasında əlaqələrin nisbətən istiləşdiyi bir vaxtda Bakı ilə Moskvanı üz-üzə qoymaq üçün körükləyici materiallar dərc edir. Kreml o qədər də aciz və avam deyil ki, bu hiylələrə aldansın".

Ekspertin fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin spesifik xarakteri var: “İki ölkə rəhbərləri arasında etimad yüksək səviyyədədir. Son zamanlar yaranmış soyuqluğun səbəbləri də məlumdur. Azərbaycan haqlı tələblər səsləndirir. Lakin o demək sayılmır ki, Ermənistanın hiyləgər gedişləri bu münasibətlərə təsir edə bilər. Ona görə də sülh mətnini təhrif ediblər. Söhbət üçüncü qüvvənin sərhədimizdə yerləşdirilməməsindən gedir. Ermənistan İran, Gürcüstan, yaxud Türkiyə ilə sərhədində hansı ölkənin bazasını istəsə yerləşdirə bilər”.

Onu da deyək ki, 102-ci bazanın Ermənistandan çıxarılacağı haqda iddialar yeni deyil. Hətta Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh də edib. Məsələn, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda Rusiya hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri “zərərli” adlandırmışdı. Onun müavini Mixail Qaluzin isə “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”, - deyib. Qaluzin xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir”.

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

102-ci hərbi baza və ya 04436 saylı hərbi hissə Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, əsrlər boyu olduğu kimi, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... - GİLEY
Bu gün, 11:48
“Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” - deputat
Bu gün, 11:35
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? - AKTUAL
Bu gün, 11:24
“Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” - “RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU…”
Bu gün, 11:22
Aysun yenidən AİLƏ QURACAQ?
Bu gün, 11:16
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 11:13
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
Bu gün, 10:52
Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı
Bu gün, 10:47
Yenə erməni hiyləsi: Paşinyan özünü sülhpərvər kimi göstərdi, amma... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:45
Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır - Qıraqdan baxanlar desin ki, "TİCARƏT YAPIYORUZ"...
Bu gün, 10:20
"Aş gətirə-gətirə nələr etmişəm" - VİDEO
Bu gün, 10:17
"“Azərbaycan” Nəşriyyatı heç bir dotasiya almır, özü-özünü təmin edir" - Leyla Güləliyeva
Bu gün, 10:13
Rəsmi Bakı İrəvana qarşı yeni tələb irəli sürüb - Erməni mediası
Bu gün, 10:09
Tanınmış jurnalist vəfat etdi
Bu gün, 10:04
Yeni Günəşlidə yolu kim dağıdıb: “Parla Residence”, yoxsa “Golden Rose”? - FOTO
Bu gün, 09:58
Azərbaycanlıları qeydiyyata saldığı üçün belə cəzalandırıldı
Bu gün, 09:50
Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı - VİDEO
Bu gün, 09:47
Arvadına mütəmadi olaraq işgəncə verən şəxs məhkəmə zalından həbs edildi
Bu gün, 09:43
Ötən il 1 milyon pul qazanıb - HESABAT
Bu gün, 09:41
“SON ZƏNG” YIĞIMI... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:39
Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
“Maştağa-Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:31
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Bu gün, 09:28
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:26
DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı - DETALLAR
Bu gün, 09:19
Marukyan baş nazirə “əlcək” atdı - Kreml Köçəryanı “xərcləyir”?
Bu gün, 09:16
"SOCAR-da kadr ehtiyat bazası nədən ötrüdür?" - NARAZILIQ VAR...
Bu gün, 09:12
Arayikin ermənilərin Qarabağda separatçılığa başladığı dövrdəki uşaqlıq şəkli üzə çıxdı... - "Armtimes"
Bu gün, 09:01
Qısqanc ər arvadını döyərək işgəncə verdi: - “Etiraf et ki, pul müqabilində hotelə getmisən...”
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru