Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                     Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. .....                     Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya .....                 

Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Tarix: Bu gün, 09:09 | Çap et

“Ölkəyə əcnəbi işçilər gətirən sahibkarlar onların ölkədə qalmasına görə tam maliyyə məsuliyyəti daşımalıdırlar”. Bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bəyan edib.

“Onlar (biznesmenlər - red.) inanırlar ki, miqrantlar olmasa biz məhv olacağıq. Elə isə onların saxlanma xərclərini tam ödəsinlər”, - Bastrıkin qeyd edib. Onun sözlərinə görə, miqrantların Rusiyada qalma müddəti ciddi şəkildə məhdudlaşdırılmalı, qohumlarının gətirilməsi imkanları istisna edilməlidir. “Onlarla müqavilə bağlamaq vacibdir. Sadəcə gəldi, lisenziya aldı, hara getdi bilinmir... yox. Konkret təşkilatla müqavilə imzalanmalı, fəaliyyət növü bilinməli və müddəti də bir ildən artıq olmamalıdır. Müddətin sonunda isə evinə qayıtmalıdır. Ən əsası arvadlar, ərlər, nənələr, babalar və uşaqlar gəlməməlidir. O, bura işləməyə gəlir. Qalan hər şey sahibkarın hesabınadır”, - o vurğulayıb.

Orta Asiya ölkələrində cinayətkarlığın artmasına münasibət bildirən Bastrıkin ardınca iddia edib ki, “gələcək potensial cinayətkarlar Rusiyaya gəlir”. “Onlar bizə lazımdırmı? Əlbəttə, yox”, - deyən İstintaq Komitəsinin rəhbəri əlavə edib ki, “qonşu ölkələrin vətəndaşlarının niyə öz vətənlərində yaşaya bilmədiyini” anlamır.

Bastrıkinin bu qəbil qadağalarla bağlı çağırışları, ksenofobik fikirləri təməl insan haqları ilə nə dərəcədə uzlaşır? Rusiyadakı miqrant soydaşlarımızın “qara günləri” başlayır? Azərbaycan da belə məhdudiyyətlərə gedə bilərmi?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. O deyib ki, Rusiyada miqrantlara qarşı sərt ritorika Rusiyanın Ukraynaya təcavüzündən sonra artım tempi ilə davam edir. Bunun da səbəbləri var. Çünki Rusiya daxilində yaranmış narazılıqların “günahkarı” lazımdır. Hakimiyyət daxildəki problemləri öz bacarıqsız idarəetməsi ilə izah edə bilməz axı. Daxildəki problemlərin məsuliyyəti üzərinə atıla biləcək bir kəsim olmalıdır. Bu da miqrantlardır.

İndi müharibə dayanmağa doğru gedir. Hansısa formada bir neçə aya dayanacaq. Bu zaman Rusiya daxilindəki problemlərin yenidən bir “günahkarı” lazım olacaq. Elə bir obraz lazımdır ki, Rusiya hakimiyyəti onu cəmiyyətə təqdim edə bilsin. Bunun üçün də ən “ideal” namizəd miqrantlardır. Budur əsas səbəb.

Doğrudan da Rusiya iqtisadiyyatı miqrantsız yaşaya bilməz. Bu, aksiomdur. Bunu iqtisadçılar yaxşı bilir. Lakin ksenofobik çıxışlarla miqrantlara qarşı cəmiyyəti kökləyərək daxildəki problemlər artdıqca, onların “günahkarının” miqrantlar olduğu, miqrantların Rusiya vətəndaşlarının iş yerlərini və qazancını əlindən aldığı fikri aşılanır. Bu isə olduqca təhlükəli məqamdır.

Amma Rusiya sistemi belədir - Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz. O sistem elə qurulub. Təəssüf ki, miqrantlara qarşı getdikcə daha sərt addımların atılmasının şahidi ola bilərik. Bu isə bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsirsiz ötüşməyəcək".

Məlumat üçün deyək ki, 2025-ci ilin fevral ayından etibarən Rusiyada miqrantlara qarşı daha sərt tədbirlər tətbiq olunmağa başlanıb. Bu dəyişikliklər qeyri-qanuni yaşayan əcnəbilərə istiqamətlənib və onların hüquq və imkanlarını ciddi şəkildə məhdudlaşdırır. 2025-ci il fevralın 5-dən polis əməkdaşlarına məhkəmə qərarı olmadan miqrantları deportasiya etmə səlahiyyəti verilib. Bu, daha sürətli və sərt tədbirlərin qəbuluna imkan yarıdır. Qeyri-qanuni yaşayan əcnəbilər üçün “nəzarət edilən şəxslər” reyestri yaradılıb. Onlara əmlak alma, nikah bağlamaq, biznes qurmaq, bank hesabı açmaq kimi imkanlar qadağan edilir. Yaşayış yerini dəyişmək də yalnız Daxili İşlər Nazirliyinin icazəsi ilə mümkün olur. Vizasiz qalma müddəti azaldılıb. Əvvəl 180 günlük dövrədə 90 gün olan viza-siz qalma müddəti indi illik 90 günə endirilib. Miqrasiya qeydiyyatının müddəti məhdudlaşdırılıb. Əvvəl kirayə müqaviləsinin müddətinə görə təyin olunan qeydiyyat müddəti indi maksimum bir il olur. Əcnəbilər SIM kart almaq üçün biometrik məlumatlarını təqdim etməlidir. Yeni qaydalardan biri də 2025-ci ilin iyul ayına qədər qeydiyyatdan keçməyən nömrələr bloklanacaq. 2025-ci il aprelin 1-dən daimi yaşayış icazəsi olan əcnəbilər xarici sürücülük vəsiqələrindən istifadə edə bilməyəcək. Onlar Rusiya vəsiqəsi almaq üçün imtahan verməli olacaqlar. Əcnəbi uşaqlar Rusiya məktəblərinə qəbul olunmaq üçün rus dili biliklərini sübut etməlidir. Barmaq izi, sənədlərin tez-tez yoxlanması, zəruri hallarda saxlanma kimi tədbirlər miqrantlar üzərində daha ciddi nəzarəti təmin edir. Bu qaydalar Rusiyada yaşayan və ya ora səfər etməyi planlaşdıran əcnəbilər, o cümlədən azərbaycanlılar üçün ciddi çətinliklər yarada bilər. Hüquqi statusun qorunması və sənədlərin tam qaydasında olması bu dövrdə özəlliklə vacibdir.

2025-ci ilin əvvəlindən Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi nəticəsində miqrantların sayı əhəmiyyətli dərəcədə azalıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonunda ölkədə qanuni əsaslarla yaşamayan təxminən 700 min əcnəbi qeydə alınıb. Bu şəxslərə 2025-ci il aprelin 30-dək sənədlərini qaydaya salmaq və ya ölkəni tərk etmək üçün vaxt verilib. Əks halda, mayın 1-dən etibarən onların deportasiyası prosesi başlanıb. 2024-cü ildə miqrasiya qaydalarını pozduqlarına görə 80 mindən çox miqrant Rusiyadan çıxarılıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım göstərir: 2023-cü ildə 44 min, 2022-ci ildə isə 26,6 min əcnəbi deportasiya edilmişdi. Sərtləşdirilmiş miqrasiya siyasəti nəticəsində Rusiyaya gələn miqrantların sayı da azalıb. Rusiyanın Əmək Miqrantları Həmkarlar İttifaqının sədri Renat Kərimov bildirib ki, Rusiyadan çıxarılan miqrantlar bir daha geri qayıtmır və ümumiyyətlə, ölkəyə indi daha az miqrant gəlir. Bu tendensiya ölkədə işçi qüvvəsi çatışmazlığına səbəb olub.

Rusiya miqrasiya siyasətindəki bu dəyişikliklər, xüsusilə Orta Asiya ölkələrindən olan miqrantlar üçün ciddi çətinliklər yaradıb. Azərbaycan vətəndaşları da bu prosesdən təsirlənib. Ən son rəsmi statistikaya görə, Rusiyada 331 min 727 azərbaycanlı miqrant yaşayır və onlardan 122 min 568 nəfəri miqrasiya qeydiyyatına alınıb. Nəticə etibarilə, 2025-ci ildə Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi miqrantların sayında əhəmiyyətli azalma ilə nəticələnib və bu həm miqrantlara, həm də Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə təsir göstərib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru