İran prezidentinin müşaviri Mehdi Sənayi prezident Məsud Pezeşkianın Bakıya səfəri və onun nəticələri barədə açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, həmçinin quru sərhədlərin açılması məsələsinə toxnub.
O qeyd edib ki, Tehran-Bakı razılaşmalarının həyata keçirilməsi prosesi diqqət mərkəzindədir. “İki ölkə arasında insanlar arasında təmaslar əhəmiyyətli məsələdir. Azərbaycan hökumətinin ölkəmizə uçuşların artırılması, həmçinin bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son qərarını bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Tezliklə quru sərhədlərin açılmasını da müşahidə edəcəyik”.