Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                     Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. .....                 

Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 09:25 | Çap et

“SSRİ-nin dağılması qanunsuz idi, onun hüquqi statusu nəzərə alınmalıdır və deputatlar bu məsələni qaldırmağa hazırdır”. “Yeni Müsavat” bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina deyib.

Onun sözlərinə görə, 1991-ci ilin martında keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib: “Yəni həm hüquqi, həm siyasi, həm də insani nöqteyi-nəzərdən, mahiyyət etibarı ilə Sovet İttifaqının sonu qeyri-qanuni idi, çünki heç kim Şuşkeviçə, Yeltsinə, Kravçuka qondarma Belovejsk müqaviləsini imzalamaq səlahiyyətini verməmişdi. Və bu günə qədər bu, hüquqi cəhətdən mübahisəli bir sənəddir. Rusiya bu gün də istintaq təşkil etməlidir. Prezidentin müşaviri bu mövqeyi ifadə edibsə, o zaman bu, bizdən asılı olmayacaq. Biz isə siyasi qərar verməyə hazırıq, bu barədə Dövlət Dumasında danışacağıq”, - o bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğunu və bunun SSRİ-nin guya “hələ də var olması” anlamına gəldiyini bildirmişdi.

“Yeni Müsavat” xatırladır ki, bu qəbil iddialar əvvəllər Rusiyanın bəzi siyasiləri tərəfindən də səslənib. Məsələn, Ermənistanı hədələmək üçün bu tezisdən istifadə olunub. Təbii ki, Ermənistan keçmiş 15 müttəfiq respublikadan biri olduğu üçün həmin təhdiddən digər 13 respublikaya da hədə “payı” düşüb.

İndi isə kifayət qədər yüksək rəsmi səviyyədə belə fikirlər səslənməkdədir. Xüsusən də Rusiyanın Ukrayna müharibəsində özünü qalib hiss etməyə başlaması fonunda.

Bu cür hədələr hara kimi inkişaf edə bilər və konkret olaraq Azərbaycan suveren dövlət, BMT üzvü kimi hansı ön tədbirlər görməlidir? SSRİ qanunsuz şəkildə dağılıb nə deməkdir? Məgər o, qanuni şəkildə formalaşmışdı?

Üçüncü yandan, hamı bilir ki, SSRİ-nin saxlanması haqda referendum (1991) digər səsvermələr kimi total saxtakarlıq şəraitində keçib. Təsadüfi deyil ki, həmin “referendum”dan cəmi 5-6 ay sonra əksər müttəfiq respublikalar öz xalqlarının iradəsi ilə bir-bir öz müstəqilliklərini elan edib. Az sonra da BMT-nin üzvü olub.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyadan rəsmi səviyyədə səslənən bəyanatlar Kremlin postsovet məkanına “arxa baxçası” kimi baxmasından irəli gəlir. Bununla belə, hüquq müdafiəçisi SSRİ-nin bərpasını hüquqi baxımdan nonsens sayır. Onun fikrincə, bütün respublikalar, eləcə də Rusiya özünü müstəqil elan edib: “İndi onun bərpası üçün hüquqi mexanizm yoxdur. Rusiya bu ölkələri necə bir ittifaqda birləşməyə dəvət edə bilər? Əvvəla, Gürcüstana təcavüz edib, torpaqlarını işğalda saxlayır, Moldovada separatizm ocağı olan Dnestryanı əraziləri himayə edir, Ukraynada Krım və 4 regionu zəbt edərək özünə birləşdirdiyini açıqlayıb. Bu ölkələr ittifaqda birləşməyə razı olarmı? İkincisi, hüquqi cəhətdən mümkün deyil. Çünki bunu həyata keçirəcək orqan yoxdur”.

Ç.Qənizadə Azərbaycanın bu prosesə qoşulacağını qətiyyən gözləmir: “Bu gün yalnız Rusiya və Belarus İttifaq dövləti yaradıblar. Kreml Ukraynada üç günə məsələni həll edərək Kiyevi də bu ittifaqa daxil etməyi planlaşdırırdı. Rusiya hesablamışdı ki, ardınca digər keçmiş sovet respublikaları da təzyiqə dözməyib ittifaqa qoşulacaqlar və bununla SSRİ-2 yeni modeldə qurulacaq. Lakin Zelenski iqtidarı və Qərbdəki müttəfiqləri bu planları alt-üst etdi. İndi Türk Dövlətləri Təşkilatı platforması da var, yəni Orta Asiyanın keçmiş sovet ölkələri burada təmsil olunur və Rusiyanın hətta bu dövlətləri öz orbitinə yaxınlaşdırması mümkün görünmür”.

Hüquq müdafiəçisinə görə, həm TDT, həm Çin amili, o cümlədən Qərbin bölgədəki addımları Rusiyanın “ikinci SSRİ” planlarını tormozlayır: “Üstəlik, SSRİ ideoloji bir dövlət idi, Rusiyanın sosialist dövrünü qaytarması mümkün deyil. Azərbaycana gəldikdə, biz çoxşaxəli, müstəqil xarici siyasət yürüdürük, Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dostlarımız, müttəfiqlərimiz var. Yəni Rusiyanın Azərbaycanı Belarus kimi görməsi real deyil”.

Siyasi ekspert Mehman İsmayılovun sözlərinə görə, Rusiyanın SSRİ-nin bərpası haqda səsləndirdiyi moizələr psixoloji basqı məqsədi daşıyır: “Yəni siz heç yerə getməmisiniz, biz də burdayıq. Necə ki, Putin bir uşaqdan soruşmuşdu - Rusiyanın sərhədləri harada qurtarır, o da heç yerdə məhdudlaşmadığını demişdi. Sonra Kremli lideri dedi ki, bu ölkələr kvazi dövlətlərdir. Bu da tamamilə səhv və qaba yanaşmadır. Əvvəla SSRİ-ni dağıdan elə Rusiya özü oldu. O zaman əvvəlcə Dövlətlər Şurası yaradıldı və onun vasitəsi ilə ilk növbədə Baltikyanı ölkələrin müstəqilliyi tanındı. Ardınca Rusiya Federasiyası özünün müstəqillik konstitusiyasını qəbul etdi. Üçüncüsü, Mixail Qorbaçov Baltikyanı ölkələrin müstəqilliyini tanımaq üçün onlardan 30 milyard dollar rüşvət almışdı”.

M.İsmayılov hesab edir ki, Rusiya postsovet ölkələrinə vurduğu zərərə görə trilyonlarla təzminat ödəməlidir: “Rusiya bu regiona qayıda bilməyəcək. Onun heç bir mədəni, sivil potensialı yoxdur ki, xalqlara təqdim etsin. Rusiya demokratiya ixracatçısı da deyil. Ona görə də Rusiya SSRİ-ni bərpa adı ilə bölgəyə nə vəd edib nüfuz edə bilər? Ən əsası dünyada yeni geosiyasi reallıqlar var - Çin, Avropa İttifaqı bölgədə təsir imkanlarını artırır. Odur ki, Rusiya mifik ideyalar irəli sürsə də, bunu psixoloji basqı kimi qəbul etmək lazımdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru