Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                 

SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 07:23 | Çap et

SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır.

Bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina məlumat verib.

Ostanina bu fikirləri Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakovun “SSRİ hüquqi baxımdan hələ də mövcuddur, çünki onun dağılma prosesi guya pozulub” sözlərini şərh edərkən deyib.

Qeyd edək ki, Prezidentin müşaviri Anton Kobyakov Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edərək bildirib ki, Sovet İttifaqının dağılması zamanı “hüquqi prosedur pozulub” və bu da guya SSRİ-nin “hüquqi baxımdan hələ də mövcud olduğu” anlamına gəlir.

Kobyakov bildirib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb və buna görə də yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi.

“Əgər hüquqi prosedur pozulubsa, bu halda hüquqi baxımdan SSRİ mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər də deyirlər. Əgər SSRİ ləğv edilməyibsə, bu zaman hüquqi baxımdan Ukrayna böhranı daxili proses sayılır”, – deyə Putin müşaviri bildirib.

Rusiya doğrudanmı keçmiş Sovet respublikalarında baş verənləri öz “daxili məsələsi” kimi görür? Bu mövqe regionda hansı riskləri yaradar? 

Latviyalı hərbi ekspert Einars Graudins "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, keçmiş Sovet İttifaqının ərazilərinə bugünkü Rusiya Federasiyasının "daxili əraziləri" kimi baxmaq həm hüquqi baxımdan, həm də məntiq baxımından gülünc səslənir.

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, tamamilə əsassızdır. Bu yanaşma Rusiya üçün hansısa yeni müdaxilə imkanı yaratmır, çünki Rusiya artıq çoxdan qonşu ölkələrin daxili işlərinə müdaxilə edir.

Məsələn, Ukrayna ilə aparılan müharibə, eləcə də Dnestryanı, “Dağlıq Qarabağ”, Cənubi Osetiya, Abxaziya və digər bölgələrin timsalında biz görürük ki, Rusiya Sovet İttifaqının dağılmasından dərhal sonra keçmiş respublikaların daxili işlərinə - həm de-fakto, həm də de-yure qarışmağa başlayıb".

Hərbi ekspert vurğulayıb ki, bu fikirlər, bu gün yeni bir məna ifadə etmir:

“Onlar daha çox Rusiya ictimaiyyətinə yönəlmiş daxili təbliğat məqsədi daşıyır, eyni zamanda qonşu dövlətləri qorxu altında saxlamaq niyyəti güdür. Bu ölkələr daim Rusiyanın hücumuna məruz qalmaq qorxusu ilə yaşasınlar və üstəlik bu ölkə nüvə dövlətidir və nüvə silahından istifadə edəcəyini də zaman-zaman dilə gətirir. Rusiya Federasiyasının nüvə doktrinası son onilliklərdə dəfələrlə dəyişib və sərtləşib.

SSRİ-nin dağılması “qanunsuz” olub məsələsinə gəlincə, bu gün bu mövzunu bu prizmadan müzakirə etmək olduqca qeyri-ciddi bir yanaşmadır.Çünki Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan bütün ölkələr BMT tərəfindən tanınıb və bu qurumun tamhüquqlu üzvləridir. Bu baxımdan bu cür fikirlər sadəcə olaraq, gülünc görünür.

Əslində daha ciddi məsələ budur: əgər beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə diqqətlə baxsaq, Rusiya Federasiyası heç bir halda BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola bilməz. Çünki "SSRİ-nin hüquqi varisi" anlayışı hüquqi baxımdan olduqca mübahisəlidir və bu əsasla Təhlükəsizlik Şurasında veto hüququna malik yerin Rusiyaya keçməsi ciddi suallar doğurur.

SSRİ-nin özü necə yaranmışdı? Rusiya Sovet Federativ Sosialist Respublikası çevriliş nəticəsində yaranmışdı. Bolşeviklər 1920-ci illərdə heç zaman "Böyük Oktyabr sosialist inqilabı" ifadəsini işlətmirdilər. Onlar çox sadə və açıq şəkildə "Oktyabr çevrilişi" yazırdılar. Əgər Moskvadakı Leninin adını daşıyan kitabxanaya getsəniz, bu ifadəni əks etdirən ədəbiyyatların kifayət qədər olduğunu görərsiniz.

SSRİ əvvəlcədən heç bir ölkə tərəfindən tanınmamışdı. Bu ölkə tamamilə sivilizasiyaya qarşı çıxan, utopik və qeyri-real bir qurum idi. Məhz utopiya olduğu üçün də çökməyə məhkum idi. SSRİ heç zaman nə de-yure, nə də de-fakto həqiqi bir dövlət olmadı. Məsələn, Baltikyanı ölkələr: Estoniya, Latviya və Litva heç zaman SSRİ-nin bir hissəsi kimi tanınmayıb. ABŞ da bu tanımadan imtina etmişdi.

Bu barədə mübahisə aparmaq olar, amma ümumilikdə SSRİ dövlət adı altında yaradılmış ən böyük "feyk" idi. Tarixin ən böyük yalanı idi.Bu gün Rusiya rəsmilərinin "SSRİ hələ də mövcuddur" və "keçmiş respublikalar Rusiya üçün daxili məsələdir" kimi fikirlər səsləndirməsi, sadəcə, Putin rejiminin mənəvi və intellektual səviyyəsini, həmçinin hüquqi cəhətdən nə qədər savadsız olduğunu bir daha sübut edir. Bu fikirlərin hüquqi əsassızlığını istənilən ölkənin hüquq fakültəsinin birinci kurs tələbəsi belə sizə izah edə bilər".

Ekspert qeyd edib ki, mən iki dəfə “Donetsk Xalq Respublikası”da və Dnestryanıda olmuşam:

“Hər iki “respublikada” seçkilərdə müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, Rusiya Federasiyasının açıq dəstəyi olmasaydı, bu separatçı rejimlər nəinki yarana bilərdi, heç mövcudiyyətlərini belə davam etdirə bilməzdilər. Məhz Rusiya bu rejimlərə dəstək verib.

Rusiya bu separatçı qurumlara, həmçinin Azərbaycanın ərazisində yaradılmış separatçı və terrorçu quruma da hərbi yardım göstərib. Bunu anlamaq çox vacibdir. Rusiyanın qonşu ölkələrin daxili işlərinə qarışması 2014-cü ildə başlamayıb. Bu müdaxilələr SSRİ dağılan andan etibarən başlayıb.

Gəlin tarixə nəzər yetirək, “Dnestryanı Moldova Respublikası” nə vaxt yaradılıb və orada hansı qüvvələr döyüşüb? Həmin döyüşlərdə iştirak edən şəxslərin bəzilərini sonradan Ukraynanın şərqindəki separatçı qurumlarda da görürük. Eyni simalar, eyni Moskva izi, eyni silahlar.

Bu separatçı rejimlər içərisində yalnız birinə - Azərbaycan ərazisi olan Qarabağa Moskvadan dəstək alan separatizm və terror ocağını tamamilə aradan qaldırmaq mümkün olub. Buna görə çox sevinir və şəxsi olaraq məmnunluğumu ifadə edirəm ki, Azərbaycan öz milli təhlükəsizliyi üçün olan təhdidi neytrallaşdıra bildi.

Bu gün Azərbaycan vahid və bütöv suveren dövlət kimi tanınır , ərazisi tam inteqrasiya olunmuş şəkildə, heç bir guya “müstəqil respublika” və ya digər qondarma qurumlar olmadan. Bu baxımdan, doğrudan da, böyük məmnunluq hissi keçirirəm".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Bu gün, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Dünən, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru