Samur bələdiyyəsinin sabiq sədri Albina Muradxanovanın anası Gülnarə Muradxanova məhkəməyə verilib.
Musavat.com xəbər verir ki, buna səbəb Gülnarə Muradxanovanın indiki bələdiyyə sədri Elnarə Ayibova barəsində internet informasya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayaması olub.
Belə ki, Gülnarə Muradxanova çıxışlarında bələdiyyə sədrini rüşvətdə, saxtakarlıqda, dələduzluqda və bir neçə ağır cinayətlərdə ittiham edib.
Gülnarə Məmmədxanova bu cür 17 çıxışında bələdiyyə sədri E.Ayibovanın pul müqabilində saxta sənəd verdiyini, bələdiyyəni borc içində batırdığını, əhalini mitinqlərə təhrik etdiyini, tüfeyli həyat tərzi keçirdiyini, qanunsuz varlandığını, bələdiyyə pullarını mənimsədiyini, gömrük terminalı ərazisində qanunsuz ticarətlə məşğul olduğunu, qanunsuz valyuta dəyikşdirmə əməliyyatları ilə məşğul olduğunu, saxta sənədlərlə torpaq satdığını iddia edib.
Bu çıxışları ilə kifayətlənməyən G.Muradxanova rəsmi qurumlara da çoxsaylı şikayətlər ünvanlayıb.
Gülnarə Muradxanova xüsusi ittiham qaydasında məhkəməyə verilib və barəsində 6 ay islah işlərinə cəlb edilməsi cəzası çıxarılıb.