Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir .....                     Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ .....                     "Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: .....                     FHN "Azercell"lə anlaşdı .....                     NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... .....                     Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək .....                     Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub .....                     Paşinyan yenə kilsədən yazdı .....                     7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu .....                     Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq .....                     Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək .....                     Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü .....                     “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? .....                     İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər .....                     Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi .....                     Baş prokuror Ləmbəranskini işdən çıxardı .....                     “Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” .....                     Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub .....                     Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı .....                     Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır .....                     “Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib .....                     Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... .....                     Tikinti şirkəti səhmdarlarına .....                     Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır .....                     Xameneyi: Döyüş başlayır .....                     İşəgötürənlər bunu etməyə borcludur... .....                     Araşın oxu İranın özünə girəcək... .....                     Zəngəzur dəhlizi üçün YENİ ŞANS... .....                     İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb .....                     İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib .....                     Nəcəfli də Talıbovun yolu ilə gedir... .....                     İranda Azərbaycanla bağlı qərar verildi .....                     ABŞ hələ də inanır ki... .....                     Çin İrana nəqliyyat təyyarələri göndərib .....                     “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” .....                     KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir .....                     Zabratda qanunsuz tikinti... .....                     Məmurlarımızın diplomu SAXTA İMİŞ .....                     Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! .....                 

Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Tarix: Bu gün, 06:10 | Çap et

Yaxın Şərqdə baş verən son hadisələr, İranla İsrail arasında alovlanan hərbi qarşıdurma regional təhlükəsizlik gündəmini bir daha ön plana çıxarıb. Münaqişənin coğrafi yaxınlığı və enerji yollarına təsir potensialı, o cümlədən Azərbaycanın İranla sərhəddə yerləşməsi, ölkəmizin xarici siyasət və milli təhlükəsizlik baxımından bu proseslərə münasibətini aktuallaşdırır. Geosiyasi gərginliyin artdığı bir vaxtda ictimai rəyin və siyasi institutların yanaşması xüsusilə önəm kəsb edir.
 
Məhz bu məqsədlə “Şərq” qəzeti olaraq ölkədə fəaliyyət göstərən əsas siyasi partiyalar arasında sorğu keçirərək, Azərbaycanın İran–İsrail qarşıdurması fonundakı mövqeyinə dair baxışları öyrənməyə çalışdıq.
 
Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan İsrail və İran arasındakı müharibənin regionda gərginliyi artırdığını və narahatlıq yaratdığını bildirib:
“Təbii ki, İran bizim qonşudur və orada çoxmilyonluq soydaşlarımız var. Eyni zamanda İsraillə də normal münasibətlərə sahibik. Şübhəsiz ki, dövlət siyasətimiz balanslı və uzaqgörənliklə yürüdüldüyü üçün ölkəmizə qarşı heç bir təhdid gözlənilmir. Ümumiyyətlə, biz heç zaman bu məsələnin müharibə həddinə gəlib çatmasında maraqlı olmamışıq və problemlərin danışıqlar və sülh şəraitində həllinin tərəfdarı olmuşuq. Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərin qaydaya salınmasında, istərsə də İranla bağlı yaranmış vəziyyətin danışıqlar və sülh şəraitində nizama salınmasındakı səyləri, vasitəçiliyi labüddür. Çünki regionda keçmiş Qarabağ problemini həll edərək artıq sülh mərhələsinə qədər irəliləyən bir dövlətin təbii ki, təcrübəsindən, siyasətindən bəhrlələnilməlidir.
Artan gərginlik əgər İran-İsrail çərçivəsindən çıxaraq başqa dövlətlərin də müharibəyə əyani şəkildə qarışmasına gətirərsə, bu zaman yeni risklər yarana bilər. Odur ki, Türkiyə və Pakistanın bu savaşa qarışması arzuedilməzdir. Əgər bu baş verərsə, mənfi nəticələrə gətirə bilər. Həmçinin bu müharibənin davam etməsi Azərbaycanla Ermənistan arasındakı sülh prosesini də müəyyən səbəblərdən ləngidə bilər. Hər halda regional sabitliyin qorunması üçün bölgə dövlətləri birlikdə addımlar atmalıdır. Ümumiyyətlə, Azərbaycanın bu məsələdə tutduğu mövqe doğru və ən ədalətli yoldur. Mümkün qədər tərəfləri müharibədən çəkindirmək, regionda sabitliyin bərpa olunmasına səylər göstərmək və problemin nizama salınması üçün vasitəçilik təklif etmək. Hesab edirəm ki, doğru olan da məhz budur!”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözlərinə görə, Azərbaycanın istəyi bölgədə sülh və əminamanlığın bərqərar olunmasıdır. Deputat qeyd edib ki, rəsmi Bakı bütün məsələlərin diplomatik yolla həllində maraqlıdır: “Ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatların nəzarətinə önəm verir. İstəyirik ki, nüvə proqramları məhz nəzarət altında olsun və bölgədə hansısa problemlər yaratmasın. Bununla yanaşı, biz hər şeyi yaddaşımızda saxlayırıq. Bu yaxınlarda Ermənistanla İran hərbi müttəfiqliklə bağlı saziş imzalayıb. 44 günlük müharibədə İran Ermənistana böyük dəstək göstərib, hətta hərbi müdaxilə cəhdi də olmuşdu. Sual yaranır ki, özünü müsəlmanların müdafiəçisi elan edən ölkə nə üçün öz yurd-yuvalarından didərgin düşmüş 100 minlərlə müsəlmanı-azərbaycanlını yox, məhz Ermənistanın tərəfini seçib?! Bu, ciddi məsələdir. Bu mənada İranın siyasətinə inam yoxdur”.
Azərbaycanın hər zaman sülh, əmin-amanlıq və tərəfdaşlıq istəyini vurğulayan A.Mollazadə əlavə edib ki, bu məsələ Azərbaycanın xarici siyasətində prioritet təşkil edir: “Beynəlxalq hüquq işləmələdir. Biz beynəlxalq hüququn normalarında bəyanatlar yox, real nəticələr gözləyirik”.
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini,fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə deyib ki, İran-İsrail müharibəsi fonunda İran daxilində Azərbaycan Respublikasına qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media orqanları dezinformasiya xarakterli əsassız və uydurma iddialar da irəli sürürlər: “Saxtakar şovinist fars rejimi və ona yaxın mənbələr məlumat yayır ki, guya, Azərbaycan İsrailə döyüş təyyarələrinin Xəzər dənizi üzərindən uçaraq İrana aviazərbələr endirməsinə icazə verib.
Azərbaycan dövləti hər zaman rəsmi səviyyədə bəyan edib: "Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil". Azərbaycan hər zaman bu mövqedə qalıb.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Azərbaycan Respublikasına qarşı dezinformasiya xarakterli əsassız və uydurma iddiaları qətiyyətlə qınayırıq. İsrail Dövləti ilə İran İslam Respublikası arasında davam edən hərbi əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq”.
Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndinin sözlərinə görə, uzun müddətdir İran-İsrail arasında davam edən ixtilaf artıq aktiv hərbi münaqişəyə çevrilib: “Bu gün dünya tarixində yeni müharibə növünün şahidi oluruq. Bir-birlərindən minlərlə kilometr məsafədə yerləşən quru və ya dəniz sərhədləri olmayan iki ölkə arasında quru qoşunlarının iştirakı olmadan nöqtə atışı ilə qarşılıqlı zərbələr endirilir. Müharibənin gedişatında tərəflərin professionallıq səviyyəsi də özünü açıq-aydın büruzə verir. İsrail ordusu öncədən vuracaqları hərbi obyektlər və strateji nöqtələri qarşı tərəfə açıqlayaraq dəqiq zərbələr endirir və mümkün qədər az mülki əhaliyə zərər verməməyə çalışır. Təəssüf ki, bu münasibəti İran tərəfindən görmürük. İranın raket zərbələri əsasən mülki binlara və daha dəqiq desək, ünvansız olaraq bir başqa şəhərlərə tuşlanıb. Bu, qərəzli olmasa da, İranın hava qüvvələrinin professionallığının aşağı səviyyədə olması və nöqtə atışı bacarığının olmaması anlamına gəlir ki, bu da çox təhlükəlidir. Ona görə də İsrail mümkün qədər tez İranı təslim etməyə çalışır.
Azərbaycanın regionda sabitliyi qorumaq istiqamətində rolu barədə onu demək olar ki, bu məsələdə biz yalnız öz sərhədlərimizlə bağlı tədbirlər görə bilərik. Artıq az da olsa qaçqınlar ordusu yaranır. Türkiyə və Pakistan istiqamətində bir neçə min qaçqının keçməsi barədə məlumat var. Azərbaycan tərəfi raket zərbələrinin soydaşlarımız yaşayan bölgələrə atılmaması üçün İsraillə razılaşmalar əldə etməlidir və güman edirəm ki, bu istqamətdə addımlar atılıb. Müharibənin masştabı böyüdükcə, İranda iç savaşın çıxması ehtimalı da artır. İsrail Baş naziri Netanyahu İranın ali dini lideri Xameneyinin zərərsizləşdirilməsi barədə sui-qəsd planının hazır olması barədə bəyanatı rejimdən narazı olan kütlənin ayaqlanmasına hesablanıb. Çox güman ki, hərbi əməliyyatlar İranın kapitulyasiya aktını imzalayana qədər davam etdiriləcək və ya ən azından Qərbin (ABŞ-nin) maraqlarına uyğun tələblərə imza etməyə məcbur ediləcək. Lakin hadisələr İran rejiminin yıxılması istiqamətində inkişaf edir. Eyni zamanda soydaşlarımızın qaçqın qismində sərhədlərimizə yaxınlaşması ehtimalını gözə almalıyıq və milyonluq qaçqın kütləsini qəbul etmək və sakitlik yarandıqda geri qaytarılması üçün sərhəd bölgələrində düşərgələrdə yerləşdirmək üçün hazırlıqlarımız olmalıdır”.
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli hesab edir ki, İsrail-İran münaqişəsində bizi narahat edən iki ciddi amil var. İranla ortaq sərhədimizin olması və oradakı tarixi torpaqlarımızda yaşayan milyonlarla soydaşımız olan Azərbaycan türklərinin taleyi: “Azərbaycan nə İsraillə münasibətlərindən vaz keçməli, nə də İranla münasibətləri gərginləşdirməlidir. Əksinə, hər iki istiqamətdə dialoq və şəffaf kommunikasiya ön plana çəkilməlidir. Azərbaycan gərginliyin azaldılması və diplomatik vasitəçiliyin təşviqi baxımından aktiv rol oynamalıdır.
Milli təhlükəsizlik strategiyalarını təkmilləşdirmək, enerji və sərhəd təhlükəsizliyini prioritet kimi saxlamaq yalnız bu yolla mümkündür.
Bununla yanaşı, Türkiyə və Türkmənistanla təcili şəkildə ortaq regional təhlükəsizlik platformalarının yaradılması vacib və təxirəsalınmaz məsələdir.
Azərbaycan üçün ən həssas məsələlərdən biri də İranda yaşayan milyonlarla soydaşımızın – Azərbaycan türklərinin taleyidir. Bu kimi vəziyyətlərdə Tehranın ənənəvi siyasəti – daxili narazılığı və təzyiqləri etnik azlıqlar üzərinə yönəltmək taktikası Güney Azərbaycandakı soydaşlarımız üçün birbaşa təhlükə yarada bilər. Ona görə də, bu proseslərə biganə qalmaq mümkün deyil.
Azərbaycan dövləti bu kontekstdə həm beynəlxalq platformalarda, həm də ikitərəfli diplomatik kanallarda soydaşlarımızın hüquqlarının müdafiəsinə xüsusi önəm verməlidir. İnsan hüquqları kontekstində etnik azlıqların təhlükəsizliyi və mədəni haqları məsələsi prioritet olaraq müdafiə olunmalı və beynəlxalq ictimaiyyət bu məsələyə cəlb edilməlidir. Biz daha həssas və ağıllı bir duruş sərgiləməliyik – dövlət və vətəndaş olaraq. Neytrallığı hər sahədə qorumalıyıq.
Nə İrana qarşı düşmən mövqedə dayanmalı, çünki qonşumuzdur, nə də İsrailə qarşı həddən artıq sevgi eyforiyasına qapılmalıyıq, çünki beynəlxalq hüquq normalarını pozur. Heç bir tərəfə hissi yanaşmamalıyıq. Bütün özünə hörmət edən dövlətlər kimi, maraqlarımıza və strateji mövqeyimizə uyğun hərəkət etməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir - KİV
Bu gün, 11:11
Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ - VİDEO
Bu gün, 11:01
"Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: - kilsənin iştirakı kifayət etmir, odur ki..."
Bu gün, 10:59
FHN "Azercell"lə anlaşdı
Bu gün, 10:58
NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... - NAXÇIVAN YENİDƏN DƏLİXANAYA DÖNÜB!!!
Bu gün, 10:56
Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33
Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00
Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55
İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34
Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30
Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24
“Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16
Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15
“Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11
Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06
Tikinti şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 09:03
Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır - ÇÜNKİ...
Bu gün, 08:54
Xameneyi: Döyüş başlayır - “X”
Bu gün, 08:53
İşəgötürənlər bunu etməyə borcludur... - Ekspert danışır...
Bu gün, 08:49
Araşın oxu İranın özünə girəcək... - BU ŞƏKKSİZDİR...
Bu gün, 08:46
Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Bu gün, 08:42
İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb
Bu gün, 08:40
İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib - "Times of Israel"
Bu gün, 08:39
Nəcəfli də Talıbovun yolu ilə gedir... - BU DA FAKT!
Bu gün, 08:37
İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36
ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26
Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09
“Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06
KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01
Zabratda qanunsuz tikinti... - hansı məmur icazə verib?
Bu gün, 06:55
Məmurlarımızın diplomu SAXTA İMİŞ - Şimali Kipr mediasından ŞOK İDDİA
Bu gün, 06:44
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
Bu gün, 06:35
Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var - “RR Constructions”dan qalmaqallı addım
Bu gün, 06:23
Ağdamın quruculuğuna HARAM QATANLAR - AXI NİYƏ?..
Bu gün, 06:19
Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Bu gün, 06:10
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Bu gün, 06:08
Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər - GƏLİŞMƏ
Bu gün, 06:05
“Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - “Təklifimi bəyəndilər, amma...”
Bu gün, 05:57
Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:54
“Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” - BU NƏDİ BELƏ?
Bu gün, 05:52
Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi - "...mərhəmətli olmayacağıq"
Bu gün, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru