Ermənistanda həbs edilən arxiyepiskop Mikael Ajapaxyanın vəkilləri ölkənin baş naziri Nikol Paşinyanı istintaqa müdaxilə etməkdə ittiham ediblər.
Teleqraf xəbər verir ki, vəkillər Paşinyanın Yepiskop Mikaelin həbsinə birbaşa göstəriş verdiyini vurğulayıblar.
İyunun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları arxiyepiskop Ajapaxyanı saxlayıblar. Ermənistan hakimiyyəti Ajapaxyanı hökumətin devrilməsinə çağırışda ittiham edir, iyerarxın özü isə bu ittihamları uydurma adlandırır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə Erməni Apostol Kilsəsinin (ÜAK) rəhbəri olan bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinə çağırıb .