İşədüzəltmə adı ilə insanları aldadan dələduzlar təəssüf ki, səngimək bilmir. Vəzifəli şəxsin vəzifəsindən sui-istifadə edərək insanları aldatması isə lap dəhşətlidir. Redaksiyamıza şikayət edən zərərçəkənlərdən biri də jurnalist Yeganə Telmanqızıdır.
Xanım bildirib ki, hüquqşünas – mediator işədüzəltmək adı ilə ona pul atıb və zənglərinə cavab vermir.
Gununsesi.info – ya məsələ ilə bağlı danışan Yeganə Telmanqızı bildirib ki, 10 ildir, tanıdığı ailə onun etibarından sui-istifadə edərək aldadıb:
“Əslində, mən Səmədov Rəşad Abusəməd oğlundan hüquqi yardım istəmişdim. Söhbət əsnasında məndən soruşdu ki, oğlunu işə düzətmisən? Dedim, hələ yox, oxuyur. Dedi, gəl sənə kömək edim, oğlunu “ASAN xidmət” -ə işə düzəldim. Məndən 2 min pul aldı. Sonra dedi ki, pulun qalanını da düzəldəndən sonra verərsən. Arada zəng edib iş barədə soruşurdum. Deyirdi, narahat olmayın, iş artıq həll olub. Ondan 15 gün sonra zəng edib dedi ki, uşağın kostyum ölçülərini verin, artıq işi hazırdır, gedib oturacaq. Mən də inandım. Düşündüm ki, 10 ildi tanıyıram ailəni. Bacısı da Çinarə Səmədova Bakı şəhəri klinikaların birində şöbə müdiri işləyir. Özü də deyirdi, siz mənim bütün ailəmi tanıyırsız, biz neçə illərdi çörək kəsmişik. Mən kasıb adamam. Kirayədə yaşayıram. 3 yetim uşağa baxıram. Hüquqlarımızın müdafiəsini bu cür insanlara etibar edək? Atası Abusəməd Səmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 30 ildir ki, prokuror vəzifəsində çalışıb. Özü isə yaxın günlərdə Vəkillər Kollegiyasının imtahanlarından keçib və vəkil seçiləcək, hal-hazırda mediator kimi fəaliyyət göstərir.
Bu barədə polisə də şikayət etmişəm”.
Yeganə Telmanqızı vurğulayıb ki, onun rəfiqəsi də Rəşad Səmədovdan hüquqi məsləhət almışdır:
“Rəfiqəmə və yoldaşına da qızının işə düzəlməsi ilə bağlı 10 min AZN -ə yaxın pul atıb. İndi telefonlarını söndürüb. Cavab vermirlər”.
Sözügedən hüquqşünasın fotosu:
Atası, prokuror Abusəməd Səmədov: