Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifələrində video yayımlayıb və arvadı ilə birlikdə tətildən İrəvana qayıtdıqlarını qeyd edib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb.
QEYD:
Videoda özü başına panama qoymuş erməni baş nazirin yeniyetmələr kimi cırıq şalvar geyinmiş xanımı Anna Akopyanla birgə İrıvan küçələrində sərbəst gəzərək hökumət malikanəsinə doğru getdiyi görünür.
Xatırladılır ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 12-dən 15-ə kimi rəsmən məzuniyyətdə olub.
Qeyd edək ki, son Azərbaycan prezidenti İlham Əliyevlə Sülh bəyannaməsi imzalamaq üçün Vaşinqtona son səfəri zamanı Ermənistan liderinin ABŞ paytaxtında da sərbəst gəzməsinin görüntüləri yayılmışdı.