Bakı şəhəri, Nizami rayonu , Azər Manafov küçəsi 41-47 ünvanındakı binanın qarşısında özlərinin qanuni-qanunsuz olduğu bilinməyən maşın qarajlarından əlavə, hələ bir metal dirəklərə zəncir də vurulub.
Dirəklərə zəncir vurulması hərəkətin məhdudlaşdırılması halıdır,bu da qanunvericiliklə qadağandır.Bu kimi hallar vətəndaşlara aid nəqliyyat vastələrinin,eləcə də təcili yardım maşınlarının əraziyə girişini məhdudlaşdırır.Eləcə də, vəziyyət belə davam edərsə dirəklərə vurulan metal zəncir səbəbindən ərazidən keçən vətəndaşların xəsarət alması hadisəsi yaşana bilər.Belə ki,axşam saatlarında zəncirə surətli toxunuş insanın ayaqlarının yerdən üzülməsinə,baş nahiyyəsinin asfalta çırpılmasına səbəb ola bilər.
Aidiyatı təşkilatların,ərazi Mənzil İstismar Sahəsi rəhbərliyinin bu qanunsuzluğu aradan qaldırması zəruridir.
Faktinfo.az