Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən 30 milyard 43 milyon manat kreditin 4%-i və ya 1 milyard 209,2 milyon manatı vaxtında geri qaytarılmayıb.
Yeniavaz.com xəbər verir ki, vaxtında geri qaytarılmayan kreditlərin ümumi kreditlərdəki payına görə İran bankının Bakıdakı filialı – “Bank Melli İran Bakı filialı” ilk sırada dayanır.
Bu bank tərəfindən verilən kreditlərin 29,7%-i vaxtında geri qaytarılmayıb.
Qeyd edək ki, vaxtında geri qaytarılmayan kreditlərin payına görə ilk 7 yerdə qərarlaşan banklardan 5-i xarici kapitallı bankdır. “Bank Melli İran Bakı filialı”ndan sonra ən çox problemli krediti olan bank “Bank Avrasiya” hesab olunur. Bu bankın verdiyi kreditlərin 12,6%-i vaxtında geri qaytarılmayıb. Siyahıda 3-cü sırada Rusiyanın “Bank VTB” bankı, 4-cü və 5-ci sıralarda isə Türkiyənin “Ziraat Bank” və “Yapı Kredi” bankları yer alıb.
Ən az problemli kreditə sahib olan bank isə “Bank Respublika” olub. Bu bank tərəfindən verilən kreditlərin cəmi 1,1%-i vaxtında geri qaytarılmayıb.
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən və vaxtında geri qaytarılmayan kreditlər, həmçinin onların ümumi kreditlərdəki payı belə olub:









