Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək fikrinə düşənlər var. Xatırladaq ki, buna qədər də yerli KİV-də anoloji xəbərlər yayılmışdı. Bu dəfə "DİA-AZ"a daxil olan informasiyalardan belə anlaşılır ki, Mirsaleh Seyidov Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən "vurulmayacaq", ona qarşı elə daxildə QİYAM hazırlanır...
Mənbə iddia edir: "Bu gün Mirsaleh Seyidovun əsas rəqiblərindən biri kimi diqqətə gələn Bakı İstintaq Təcridxanasının (Kürdəxanı) rəisi Elnur İsmayılovdur. Adı kifayət qədər qalmaqallarda hallanan Elnur İsmayılov bu gün Mirsaleh Seyidovun yerinə hazırlanır".
Məlumata görə, bu barədə "yuxarılar" narazı görünmürlər: "Zatən ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla münasibətləri ilk günlərdən o qədər də xoş olmayıb. İndi isə Elnur İsmaıylovun ortaya atılması... nazir üçün ciddi fürsətdir".
Əlavə bilgilərimiz olacaq... bizi izləyin...









