"SOCAR Müşahidə Şurasının sədri cənab Mikayil Cabbarova cavabı onun üçün çətin, həm də izah edə bilmə gücündə olmayan suallar var..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri bildirir ki, SOCAR-da uzun müddətdir çalışan işçilərdən biri haqlı olaraq aşağıdakı suallara cavab axtarır. M.Qəhrəmanlıya istinadla həmin neftçinin müraciətini olduğu kimi təqdim edirik:
"Hörmətli Mikayil müəllim, Neft-qaz sənayesi işciləri konkret - fəhlə və mühəndis heyəti olaraq sizlərə müraciət edərək bildiririk ki, 5 ildən çox bir müddətdə real bazar qiymətərində davamli artimlarin olmasina baxmayaraq bizim əmək haqqlarimizda heç bir zəruri artim edilmir. Amma məxvi mənbələrdən çatan məlumatlardan bəlli olur ki,
SOCAR Baş Ofisi və ona tabe olan bütün idarə və müəssisələrdə rəis, xidmət və sahə rəislərinə əmək haqqi, bonusdan əlavə "gizlin" olaraq hər ay "peşəkarliq" adi ilə əlavə vəsait ödənilməkdədir. Bunu necə izah etmək olar? Bunlar " gizlin" nə işlər görürlər ki, onlara əlavə pullar ödənilir? Əgər bu ödənişlər işçilərin fərqli göstəricilərinə görədirsə niyə fəhlə və mühəndis heyəti üçün də nəzərdə tutulmayib? Belə çixir ki, vəzifə kateqoriyalari arasinda böyük ayriseçkilik var və bu ayriseçkiliyin gələcəkdə işcilərin qlobal naraziliq etməsi üçün bilərəkdən zəmin yaradilmaqdadir. Əlbəttə, siravi işcilərin həmin maliyyə sənədlərin araşdirilmasina imkanlari olmadiği üçün SOCARrəhbərliyi bizlərə bu məsələni araşdirmaqdan ötrü daha yüksək dövlət instansiyalarina - Hesablama palatasi, Maliyyə nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və s. müraciət etməkdən başqa seçim qoymamişdir.
Cənab Mikayıl Cabbarov, SOCAR Müşahidə Şurasi yaradildi ki, səffafliq təmin olunsun. Elə isə konkret vəzifə sahiblərinə verilən bu gizlin ödənislər nədir bəs?
Xahiş edirik bu məsələyə rəsmi münasibət bildirəsiniz..."











