"Bir şirkət təsəvvür edin ki, həm pulunuzu alır, həm sənədinizi it-bata salır, həm də zənginizə cavab vermir. SöhbətAzeri Express-dən gedir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aytac Z. Cəfərova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "06.01.2026 tarixində onlara bir sənəd etibar etdim. Üstündən 9 gün keçib, amma sənəd hələ də yoxdur!
Şirkətin "müştəri xidməti" strategiyası isə möhtəşəmdir. Mailləri görməzdən gəlirlər, zəng edəndə "nağıl" danışıb yola verirlər, dispetçer nömrəsi verirlər, amma o dispetçer, deyəsən, telefonu sadəcə dekorasiya kimi saxlayır. Açan yoxdur!
Sənədin gecikdiyi hər dəqiqə mənə ziyan vurur.
Azeri Express rəhbərliyinə səslənirəm: Mənim sənədim haradadır? Əgər o sənəd itibdisə və ya vaxtında çatmadığı üçün mənə zərər dəyirsə, məsələni məhkəmə müstəvisinə daşıyacağam.
Dostlar, ehtiyatlı olun. Hüquqi və ya vacib sənədlərinizi bu şirkətə etibar etməzdən əvvəl bir daha düşünün".











