Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -Növbəti tender oyunları...
Tarix: 15-01-2026, 17:08 | Çap et

Real bazar dəyəri 48 000 manat olduğu halda, həmin məhsullar üçün dövlət büdcəsindən 3 dəfə şişirdilməklə 166 840 manat silinmişdir(?)

Son dövrlər redaksiyamıza QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı, xüsusilə qrantların bölgüsü və dövlət satınalmaları (tenderlər) sahəsində ciddi pozuntularına dair məlumatlar ardıcıllıqla daxil olmaqdadır. Bu məlumatlarda tender prosedurlarının formal xarakter daşıması, qiymətlərin real bazar dəyərlərindən kəskin şəkildə fərqlənməsi və prosesin əvvəlcədən müəyyən edilmiş şirkətlərin xeyrinə yönləndirilməsi kimi iddialar yer almaqdadır.

Sözsüz ki, bu cür hallar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində ilk dəfə baş vermir. Əvvəlki illərdə də oxşar məzmunlu məlumatlar ictimailəşdirilsə də, təəssüf ki, indiyədək heç bir aidiyyəti dövlət qurumu tərəfindən bu iddialar üzrə prinsipial və açıq nəticə ortaya qoyulmayıb. Nəzarət mexanizmlərinin faktiki olaraq işləməməsi isə bu kimi halların təkrarlanmasına münbit şərait yaradır.

Nəticə etibarilə, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatdan kənar və şişirdilmiş qiymətlərlə xərclənməsi riski artır, bu isə təkcə maliyyə itkisi deyil, eyni zamanda ictimai etimadın sarsılması deməkdir. Məhz bu səbəbdəndə, Yenixeber.org olaraq növbəti - əndrabadi tenderlə bağlı əldə etdiyimiz faktları həm oxucularımızın, həm də məsuliyyətini dərk edən məsul şəxslərin diqqətinə çatdırmağı zəruri hesab edirik.

Xatırlayırsınızsa, 2025-ci ilin avqust ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyi elektron avadanlıqların, xüsusilə kofe aparatlarının alınması ilə bağlı tender elan etmişdi. Amma, Agentliyin kofe aparatları alması bir sıra saytlarda tənqid olunduqdan sonra, sentyabr ayında həmin tender ləğv olundu.

Lakin, noyabr ayında Agentlik ehtimal olunan qiymətləri və məhsulların sayını bir qədər azaldıb həmin tenderi yenidən gündəmə gətirdi.

Nəhayət, dekabr ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyi həmin tender üzrə "CASPİAN SUPPLİES AZE" Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edərək, dəyəri 166 840 manat olan müqavilə imzalayıb.

Açıq mənbələrdəki məlumatlara əsasən 10 manat nizamnamə kapitalı olan həmin MMC-yə Tariyel Vahabov rəhbərlik edir. Mediada bu şirkət “tenderlər kralı” kimi tanınır. Yəqin ki, tender həyata keçirən qurumlar nə demək istədiyimizi yaxşı anlayar.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kofe aparatları, fotoaparat, işıq avadanlıqları və digər məhsullar alacağı bu tenderlə bağlı sadə araşdırma apardıq. Agentliyin təqdim etdiyi bütün göstəricilərə uyğun olan məhsulların qiymətlərini müxtəlif şirkətlərdən öyrəndik. Hətta sizlərin də öyrənməsi üçün həmin siyahını diqqətinizə təqdim edirik.

Belə ki, əldə etdiyimiz qiymətlərə əsasən, məhsulların real bazar qiyməti 48 000 manat, ƏDV ilə birlikdə isə 56 640 manat təşkil etdi.

Diqqət edirsinimi, real bazar dəyəri 48 000 manat olduğu halda, həmin məhsullar üçün dövlət büdcəsindən 3 dəfə şişirdilməklə 166 840 manat silinmişdir.

yenixeber.org” olaraq mövqeyimiz aydındır: təqdim olunan faktlar artıq sadəcə jurnalist araşdırması çərçivəsindən çıxaraq, cinayət xarakterli əməllərə dair ciddi əsaslı şübhələr formalaşdırır. Dövlət büdcəsindən vəsaitlərin açıq-aşkar şişirdilmiş qiymətlərlə xərclənməsi, eyni şirkətin davamlı şəkildə tender qalibi elan edilməsi və nəzarət mexanizmlərinin faktiki olaraq işləməməsi bu prosesdə vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalını gücləndirir.

Bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də digər səlahiyyətli nəzarət və hüquq-mühafizə orqanları təqdim olunan faktlar üzrə təcili və hərtərəfli araşdırma aparmalı, tender prosedurlarının qanunvericiliyə uyğunluğu, qiymət fərqlərinin hansı əsaslarla formalaşdığı və bu prosesdə iştirak edən vəzifəli şəxslərin hüquqi məsuliyyəti məsələsinə aydınlıq gətirməlidir.

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır. Bununla belə bir məqam xüsusilə vurğulanmalıdır ki, dövlət büdcəsindən ayrılan vəsaitlər ictimai vəsaitdir və onların təyinatı üzrə, səmərəli və şəffaf xərclənməsi birbaşa qanunun tələbidir.

Mövcud faktlar belə bir təəssürat yaradır ki, bəzi hallarda büdcə vəsaitləri real bazar dəyərlərindən kəskin fərqlənən qiymətlər əsasında xərclənir və bu da faktiki olaraq büdcə vəsaitlərinin səmərəsiz istifadəsi və talanı riskini ortaya çıxarır. Bu cür halların qarşısı vaxtında alınmadıqda, proses sistemli xarakter alır və pis vərdişə çevrilir.

Hesab edirik ki, məhz bu mərhələdə aidiyyatı nəzarət qurumlarının rolu həlledici olmalıdır. Onlar imkan verməməlidir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi dövlət qurumları şübhəli tender mexanizmləri vasitəsilə bu cür riskli və ictimai narazılıq yaradan addımlar atsınlar. Əks halda cəmiyyətdə belə bir rəy formalaşır ki, bəzi qurumlar özlərini toxunulmaz hesab edir və müəyyən dairələrə arxayın olduqları üçün nəzarət mexanizmləri faktiki olaraq işləmir.

Məhz buna görə də bu yazımızda məqsəd kimisə qəti şəkildə ittiham etmək deyil, ictimai nəzarətin və hüquqi qiymətləndirmənin zəruriliyini gündəmə gətirməkdir. Dövlət büdcəsinin qorunması, şəffaflığın təmin edilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən prinsipial mövqe ortaya qoyulmalıdır.

Yenixeber.org

1

Kofe aparatı

Minimum göstəricilər: Su rezervi 0,6 l / Su səviyyəsinin göstəricisi / Damcılamağın qarşısını alan sistem

2 ədəd

2

Dispenser

Minimum göstəricilər: Dispenser - İsti soyuq rejimləri mövcud olan.

3 ədəd

3

TV altlığı

Minimum göstəricilər: 165 sm ölçüyə qədər / Təkərli kronşteyn olmalıdır

1 ədəd

4

Kamera işıqları

Minimum göstəricilər: Kamera Video İşıqları 3 İşıqlı Dəst - İkirəngli RGB Studio Yumşaq LED Panel 3-İşıqlı Dəst, Litium-İon Batareya ilə dəst, Ağıllı Doldurma Plitəsi, Yandırma nöqtəsi Yəhərli Qum Çantası LED Studio Video İşıq Xüsusiyyətləri Simulyasiya Səhnəsi Rejimləri dəstəkləyən; master və Slave idarəetmə rejimini dəstəkləməli.

1 ədəd

5

Kamera işıqları

Minimum göstəricilər: Davamlı çıxış işıqlandırma dəsti - İşığı,CRI 96 TLCI 98,Rəng Temperatı 2700K~6500K,100% Parlaqlıq (LUX),39 FX Effektləri,2.4G Simsiz, Dəstək APP Control/DMX Control (4PCS)

1 ədəd

6

Foto Kamera

Minimum göstəricilər: Full-Frame Cinema Camera 8K - Stil: Yalnız Kamera Uyğun montajlar E/FE Aspekt nisbəti 1:1, 3:2, 4:3

1 ədəd

7

Lens

Minimum göstəricilər: Orta aralıqlı telefoto prime Yüksek çözünürlük üçün 2 XA ve təbii rənglər üçün 2 ED

1 ədəd

8

Yaddaş kartı

Minimum göstəricilər: Kamera yaddaş kartı 256 GB Professional - Kart Növü: SDXC; Saxlama Tutumu: 256 GB; Bus Növü: UHS-II; Sürət Sinifi: 10; UHS Sürət Sinifi: U3; Video Sürət Sinifi: V90; Oxuma Sürəti: Maksimum: 300 MB/s; Yazma Sürəti: Maksimum: 299 MB/s, Minimum: 90 MB/s.

1 ədəd

9

Notbuk

Minimum göstəricilər: Güclü, yüksək performanslı qrafik kart, Core i9 14-cü nəsil prosessor, 18" 2560 x 1600 IPS 240Hz, 64 GB DDR5, 2 TB SSD, WiFi 7, AI PC, Peşəkar səviyyəli 64-bit əməliyyat sistemi olmalıdır, son nəsil prosessor arxitekturası ilə tam uyğun, təşkilati infrastrukturda istifadə olunan ofis proqram təminatı, RGB arxa işıqlı klaviatura, siçan

1 ədəd

10

Kamera Batareya

Minimum göstəricilər: Yenidən şarj edilə bilən Batareya (7,2V/2280mAh) Ölçülər: 38,7 x 22,7 x 51,7 mmc / 2280 mah

2 ədəd

11

Kondisioner

Minimum göstəricilər: Tövsiyə olunan otaq sahəsi 30-40 m² / Mühərrik növü Sadə / Səmərəlilik 12000 BTU / Növ Split sistemi / Soyutma rejiminin gücü 3.5 kVt / İsitmə rejiminin gücü 3.55 kVt / Freon növü R410A / Enerjiistifadə sinfi A / Əsas rejimlər Soyutma, isitmə / Rəng Ağ / Quraşdırma növü Divardan asılan / Zəmanət 36 ay / Taymer olmalıdır / Komplektasiyaya daxil olmalıdır Daxili blok, xarici blok, pult, istifadəçi təlimatı / Səs səviyyəsi (daxili blok) 34 dB / Səs səviyyəsi (xarici blok) 52 dB/

2 ədəd

12

Kondisioner

Minimum göstəricilər: Tövsiyə olunan otaq sahəsi 90-100 m² / Mühərrik növü Sadə / Səmərəlilik 30000 BTU / Növ Split sistemi / Soyutma rejiminin gücü 8.7 kVt / İsitmə rejiminin gücü 8.9 kVt / Freon növü R410A / Enerjiistifadə sinfi A / Əsas rejimlər Soyutma, isitmə / Rəng Ağ / Quraşdırma növü Divardan asılan / Zəmanət 36 ay / Taymer olmalıdır / Komplektasiyaya

2 ədəd

13

Stablizator

Minimum göstəricilər: Professional Video Stabilizatorlar - Aksessuar Bağlantıları: NATO port, M4 Montaj Deliyi, 1/4”-20 Montaj Deliyi, Cold Shoe Mont; Video Göndərmə/İzləmə Fokus Motor Portu (USB-C); RSS Kamera İdarəetmə Portu (USB-C); Batareya: 7.2 V; Növ: 18650 2S; Tutum: 3400mAh; Enerji: 24.48 Wh; Maksimum Batareya Ömrü: 14 saat; Yükləmə Zamanı: Təxminən 2 saat (18W sürətli yükləmə, PD və QC 2.0 protokolları dəstəklənir); Yükləmə Temperaturu: 5°-dən 40° C-ə (41°-dən 104° F-ə); Bağlantılar: Bluetooth 5.0; USB-C; Maksimum İdarə Olunan Dönmə Sürəti: Pan oxu: 360°/s; Tilt oxu: 360°/s; Roll oxu: 360°/s; Mexaniki Aralıq: Pan oxu: 360° davamlı dövr; Roll oxu: -240°-dan +95°-ə; Tilt oxu: -112°-dən +214°-ə; Mexaniki və Elektrik Xüsusiyyətləri: İşləmə Tezliyi: 2.4000-2.4835 GHz; Göndərmə Gücü: < 8 dBm; İşləmə Temperaturu: -20°-dən 45° C-ə (-4°-dən 113° F-ə).

1 ədəd

14

Simsiz mikrofon sistemi

Minimum göstəricilər: Professional - Pro Audio Simsiz Bağlantı Texnologiyası Xüsusi Bədii Klip Uyğun Cihazlar Kamerası, Daxil edilən komponentlər: mikrofon, Məhsulun çəkisi: 0,25 kiloqrama qədər; Yayım keyfiyyətli: səs üçün yüksək çevikliyə malik simsiz sistem, İstifadəsi asan və sürətli, quraşdırma vaxtı: Aralıq: 100 metr/330 fut-a qədər 8 saata qədər işləmə müddəti. Kristal təmiz səs üçün HDX kompander

1 ədəd

15

Çox yönlü Simsiz Yaxa Mikrofon

Minimum göstəricilər: Mikrofon, Doldurma qutusu, Simsiz Yaxa Mikrofon, 250 m (820 fut) diapazon, 15 saatlıq batareya, səs-küyün ləğvi, PC, mobil cihazlar üçün simsiz mikrofon, Vloqlar Hamısı bir yerdə dizayn onu ultra portativ və əlçatan edir. İki ötürücü və qəbuledici əvvəlcədən əlaqələndirilir, doldurulur və şarj qutusunda etibarlı şəkildə saxlanılır.

1 ədəd

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Dünən, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Dünən, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru