“Kontakt Home”dan şikayətlər bitmir. Tanınmış ailə sözügedən şəbəkədən aldğı məhsula görə peşman olub.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Elşad Məmmədlinin həyat yoldaşı müəllimə Zülfiyyə Absalamova yazıb. O bildirib ki, 4 aydır “Kontakt Home”dan 1500 manata aldıqları paltaryuyan maşın normal işləmir:
““Kontakt Home”dan 4 ay öncə LG paltaryuyan götürmüşük. O maşını evə gətirənə kimi ağlınıza kim gəlirsə hamısı yaxşı, mehriban, hər kəs öz işini bilən idi. Bircə paltaryuyandan başqa. Paltarı isladıb olduğu kimi verir özümə. 3 aydı o boyda iki şirkətin personalını başa sala bilmədim ki, bu maşın “öz boynuna düşən işi görmür”. A-dan Z-yə hamısı ilə danışıb vəziyyəti izah etmişəm. Nəticədə iki şəbəkə bir-birini qoruyur.
Sağ əllə sol qulaq qaşıyıb müşətirini yola verirlər. Heyif olsun 1500 manatımıza, hələ faizi demirəm.
Al – əlvan nağıl danışmayın müştəriyə!”.
Sözügedən şirkətin mövqeyini öyrənməyə çalışsaq da zənglərimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.











