" "Birmarket"dən online sifarişlə Xiaomi Redmi Note 15 Pro 5G almışam. Amma mənə göndərilən telefon 5G deyil. Yəni sifariş etdiyim məhsuldan fərqli məhsul göndərilib..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bununla bağlı neçə dəfə yazmışam, amma nə mesajlara cavab verirlər, nə də geri qaytarma ilə bağlı həll edirlər. Müştəriyə belə yanaşma çox məsuliyyətsizdir.
Buradan soruşuram: Bu problemi necə həll etməyi düşünürsünüz?
Pul ödəmişəm və sifariş etdiyim məhsulu tələb edirəm. Əgər məsələ qısa zamanda həll olunmasa, rəsmi qaydada şikayət edəcəyəm və bu mövzunu daha geniş şəkildə paylaşacağam..."











