İşləri kifayət qədər yaş olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun rəhbəri olduğu istiqamətdə işlər olduqca acınacaqlıdır. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda bildirilir ki, "yuxarı" instansiyaların bunca çabalarına rəğmən hələ də penitensiar xidmət BAZARI xatırladır.
"DİA-AZ" danışan mötəbər mənbə konkret ad və ünvanı göstərərək ağır ittihamlar səsləndirib. Biz iddia olunanların ciddiliyini nəzərə alaraq ad və ünvan açıqlamadan məlumatı təqdim edirik:
"İstintaq Təcridxanalarından birində olan keçmiş məhkumlardan biri mesaj bölümümüzə yazır ki, onun olduğu həbsxanada günü bu gün də aşkar şəkildə narkotik satılır. Belə ki, həmin satışın həyata keçirildiyi kamera isə məhkum geylərin, sanitarların, üzdəniraqların kamerasıdır. Narkotik həmin kameraya verilir, digər kameralardakı məhkumlara lazım olduqda növbəyə çıxan nəzarətçilərə deyirlər. Nəzarətçi isə həmin kameradan götürərək digər kameralara dağıdır.










