ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                 

Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Tarix: Bu gün, 06:31 | Çap et

Bu ilin I rübündə Dünya Bankının (DB) gübrə qiymətləri indeksi ötən ilin son rübü ilə müqayisədə 12%-dən çox artıb.

Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir. Hesabata əsasən, cari ilin mart ayında qiymətlər 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edilib ki, sözügedən artım Hörmüz boğazının bağlanmasının gübrə və xammal ixracına təsiri ilə bağlıdır. Qiymət artımları ən çox karbamid (urea) üzrə müşahidə olunub, digər gübrə növlərində isə artım daha mülayim olub.

İndeksin 2026-cı ildə 30%-dən çox artacağı proqnozlaşdırılır ki, bu da xammal xərclərinin, xüsusilə azot və fosfat əsaslı gübrələr üçün yüksəlməsi və dayanıqlı tələblə dəstəklənir. Bununla belə, bu artım 2021 və 2022-ci illərdə müvafiq olaraq 100%-dən və 55%-dən çox olan kəskin sıçrayışlardan xeyli aşağıdır.

Həmin dövrdə artımlar əsasən Rusiya və Belarusda ixrac pozuntuları, eləcə də Avropada təbii qaz və Asiyada mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərinin yüksək olması ilə bağlı idi. 2027-ci ildə ixracın bərpası və əlavə qlobal təkliflərin bazara daxil olması ilə qiymətlərin yumşalacağı gözlənilir.

Bununla belə, qiymət perspektivləri üzrə risklər əsasən yuxarı istiqamətlidir. Bu risklərə enerji qiymətlərinin gözləniləndən daha yüksək olması, Hörmüz boğazı vasitəsilə daşımaların uzunmüddətli məhdudiyyətləri ilə bağlı əlavə istehsal və ticarət pozuntuları, eləcə də bütün əlaqəli materialların istehsal və ixrac obyektlərinə dəymiş zərərin qeyri-müəyyən qalması daxildir. Gübrə qiymətlərindəki bu artım kənd təsərrüfatı məhsullarının daha da bahalaşmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, gübrə qiymətlərindəki 12 faizdən çox artım gec-tez kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edəcək və bu da rəfdə qiymət artımı riski yaradır:

“Amma bu təsir birbaşa və dərhal olmur, bir neçə ay gecikir və bütün məhsullara eyni səviyyədə düşmür. Gübrə taxıl, tərəvəz, meyvə istehsalında əsas xərc maddələrindən biridir. Buğda, qarğıdalı, kartof kimi məhsullarda gübrənin payı ümumi xərcin 25-40 faizinə çata bilir.

Dünya Bankının indeksi 2022-ci ildən bəri ən yüksək səviyyəyə çıxıbsa, deməli, fermer mart-aprel əkinində gübrəni baha alıb. Bu xərc 3-6 ay sonra, yəni yay və payız yığımında məhsulun maya dəyərinə yazılacaq. Ona görə yayda pomidor-xiyar ucuz olsa da, payızlıq buğda, kartof, soğan, günəbaxan kimi məhsullar yeni mövsümdə baha ola bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycan üçün əlavə risk idxaldan asılılıqdır:

“Bizdə azot gübrəsi istehsal olunur, amma fosfor və kalium gübrələri əsasən xaricdən gətirilir. Dünyada qiymət qalxanda, bizə də baha çatır. Daşıma və valyuta xərci də üstünə gələndə fermer keçən illə müqayisədə gübrəyə 20-25 faiz çox pul verir.

Fermer xərci örtmək üçün ya məhsulu baha satmalı, ya da gübrəni az vurmalıdır. Gübrəni az vuranda məhsuldarlıq düşür, təklif azalır. Təklif azalan kimi qiymət yenə qalxır”.

Artımı yumşaldan amillər də var:

“Birincisi, dövlət subsidiyasıdır. Kənd Təsərrüfatı Nazirliyi hər hektara və hər tona görə gübrə subsidiyası verir. Bu il büdcə imkan versə, subsidiya faizi qaldırıla bilər və fermerin xərcinin bir hissəsini dövlət örtər.

İkincisi, dünya ərzaq qiymətləri indeksi son aylarda enir. Buğda, qarğıdalı, yağlı bitkilər ucuzlaşıb. Əgər xaricdən taxıl ucuz gəlsə, yerli un və çörək qiyməti gübrə artımını hiss etməyə bilər.

Üçüncüsü, bazarda rəqabət və alıcılıq qabiliyyətidir. Əhali baha məhsulu almır, satış düşür. Ona görə istehsalçı və marketlər qiyməti kəskin qaldırmaqdan çəkinir, marjanı azaldır.

Nəticədə gübrə qiymətindəki 12 faizlik artım kənd təsərrüfatı məhsullarının hamısında avtomatik 12 faiz bahalaşma demək deyil. Taxıl, kartof, soğan, yağlı bitkilər kimi gübrədən çox asılı məhsullarda payız-qış aylarında 5-10 faiz qiymət təzyiqi ola bilər.

İstixana tərəvəzləri, meyvə, göyərti isə gübrədən az asılı olduğu üçün ciddi təsir görməyəcək. Dövlət subsidiyanı artırsa və dünya bazarında ərzaq ucuzlaşması davam etsə, bu təsir daha da azalacaq. Yəni bahalaşma riski var, amma birbaşa və kəskin olmayacaq, mövsümi və məhsuldan asılı olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru