Namiq Quliyev adlı sahibkar "Xalq Bank"ın Baş Filialına müraciət edərək, konkret olaraq üzləşdiyi məsələyə aydınlıq gətirilməsini tələb edir. "DİA-AZ" narazı vətəndaşın açıqlamasını təqdim edir: "Bu bankın "OİL xidmətləri"nden istifadə edən varmı? Bank reklamlarında bildirir ki, məsələn bir dəfəyə 100 manatlıq yanacaq vurduranda 7 manatlıq "OİL balans" karta yüklənir. Onu da sonra təkrar yanacağa çevirmək olur.
Mənim sürücüm böyük "tır" maşınına 450 manatlıq yanacaq doldurub və karta 30 manatlıq "oil balans" əvəzinə 15 manatlıq "oil balans" yükləyiblər. Banka gedib müraciət etdim, texniki səhv olduğunu dedilər və bildirdilər ki araşdırılacaq, problem aradan qaldırılacaq.
Artıq avqust ayı bitdi və balansa 30 manat əvəzinə yüklənmiş 15 manatlıq "oil balans" olduğu kimi qaldı. 15 manatı açıq-aşkar OĞURLADILAR..."