Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                 

“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” - ETİRAZ
Tarix: 3-09-2016, 08:55 | Çap et
“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə Hurriyyet.org “Yeni rektorun nəzir qutusu” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.

Türmə, yoxsa klinika qapısı?

Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, “şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan “bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, “qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik.
- Həkiminiz kimdir?
- Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz?
- 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər.
- 2 manat nə üçündür?
- Həkimin konsultasiyası üçün.
- Bu, yeni qaydadır? Niyə?
Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək “bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi.
Mühafizə “barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi: “Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi “atüstü” dinlədi, qiymətləri xırdaladı: “Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, “bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər “oxudu”: “Vinir 200, implant 400 manatdan başlayır”.

Yuxarıdakılar işini qapıçılarla qurar

Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. “Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi: “Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”, – deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi: “Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”.
Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, “yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.

Tibb Universitetindən yuxarıdakılar...

ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: “Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz?
Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb .
- Yox, ondan yuxarıda nə yazılmışdı?
- Ondan yuxarıda nə yazıldığına diqqət etmədim.
- Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?

Rəhbərin sualı: 2 manat nədir ki?..

- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir?
- Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir...
Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.

Baş həkimsayağı “hörmət”: “Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”

Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi: “Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...”
Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var: “Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.

Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün

Beləcə baş həkim dilxoşluq edib, “rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı:
- Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir?
Baş həkim nədənsə xoflandı:
- Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz?
- Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir.
- Məgər sizin kondisioner gülməyi də bacarır?
Sonra da yüksək səslə kiməsə çımxırdı:
- Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.

Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat

- Amma klinikanızda bildirdilər ki, “konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur.
- İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür.
- Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər.
- Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.

Cangüdənlər nazir üçün cibgüdənlik edir?

Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan “jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və “Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən “yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir.
Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir.
Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru