Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                 

Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir? – ARAŞDIRMA
Tarix: 10-01-2017, 07:58 | Çap et
Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır edir?
Yanvarın 8-də LEGİON-da vəkil Sevil Hacıyevanın müsahibəsi dərc olunmuşdu. Həmin müsahibədə vəkil müdafiə etdiyi Rahib Hüseynov və Emin Hüseynov qardaşlarının ötən ilin noyabrında Qoşqar Tofiq oğlu Zeynalovun (DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu – red.) şikayəti əsasında həbs olunmasından və istintaq prosesindən danışmış, nəqliyyat nazirinin müavini Arif Əsgərov və ailəsi haqqında sensasion açıqlamalar dilə gətirmişdi. S.Hacıyeva müsahibəsində sözügedən “dələduzluq” ittihamının tarixçəsinə diqqət çəkmişdi: “Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb.

2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalov da onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər. O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür.

Təbii ki, Elnar öz xalasıoğlanlarını qurban verib və bütün məsələlərdən kənarda qalıb. Əslində, bu pul məsələsi Arif Əsgərov, onun həyat yoldaşı Balaxatın Əsgərova və oğlu Elnar Əsgərovun dəmiryolu sistemində həyata keçirdikləri maxinasiyalardan, “otkat” əməliyyatlarından başlayır.

Onlar müxtəlif şirkətlər açaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə şişirdilmiş qiymətlərlə müxtəlif mallar satırdılar. Mal almaq üçün maya lazım olduqda isə müxtəlif şəxslərdən faizlə borc istəyir, yüksək gəlir vəd edir, pul almağa isə Rahib və Emini göndərirdilər. Rahib Hüseynov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri idi. O, Arif Əsgərovun və ailəsinin tapşırıqlarını yerinə yetirirdi.

Müxtəlif şəxslərdən aldığı pulları isə aparıb Elnar Əsgərova vermişdi. Bu və digər nüanslarla bağlı xeyli faktlar var. Hələ 2013-cü ildə də ölkə mətbuatı dəmiryolundakı maxinasiyalardan yazmışdı. Nədənsə, Arif Əsgərov və ailəsi məsuliyyətə cəlb olunmadı. O vaxt olduğu kimi, indi də Rahib və Emin Hüseynovu qabağa verirlər. Sanki özlərinin bu işlərdən heç xəbəri olmayıb. Halbuki, bütün oyunların başında Arif, Balaxatın və Elnar Əsgərovlar üçlüyü durur. Elnar Əsgərovun açdığı şirkətlərə aid müqavilələrin bəzi sənədlərini də sizin redaksiyanıza, habelə istintaqa təqdim etmişəm. Elnar Əsgərovun mənə məlum olan şirkətləri bunlardır: “Apollon”, “Sigma” və “Liman Group”.

Araşdırma başlansa, çox faktlar üzə çıxacaq. Elnar Əsgərov borcları niyə vaxtında qaytarmayıb, bilmirəm… Amma Rahib Hüseynovun sözügedən şirkətlərlə və pulların hara getməsiylə heç bir əlaqəsi olmayıb.

Əsgərovlar ailəsi dəmiryolundakı maxinasiyalarla külli miqdarda sərvət toplayıblar, indi isə müvəkkillərimi qurban verirlər”.

Oxuculara onu da xatırladaq ki, S.Hacıyeva sözügedən qalmaqalla bağlı ilk açıqlamasını LEGİON-a 2016-cı il dekabrın 20-də vermiş, Rahib Hüseynovla bağlı gedən istintaq prosesinə Elnar Arif oğlu Əsgərovun da cəlb olunmasını tələb etmişdi. Biz mövzu ilə bağlı Arif Əsgərova da zəng etmişdik. Lakin telefona cavab verən şəxs (saytımızda səs yazısını dinləyən bir çox oxucumuz həmin şəxsin məhz Arif Əsgərov olduğunu deyir – red.) özümüzü təqdim edərkən bizə bildirmişdi ki, “Arif müəllim yoxdur, bir azdan zəng edin”.

Təəssüf ki, ondan sonra A.Əsgərova dəfələrlə zəng etmişik, lakin nə 2016-cı ildə, nə də 2017-ci ildə A.Əsgərov bizim zənglərimizə cavab vermir. Həmin açıqlamadan bir neçə gün sonra, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov LEGİON əməkdaşıyla söhbətində bildirmişdi ki, “mütləq yeni ildən sonra sözügedən mövzuda açıqlama olacaq”.

Lakin yanvarın 9-da Namiq Həsənov telefon zənglərimizə cavab vermədi. Bizə maraqlı gəldi, əgər Nəqliyyat Nazirliyinin rəsmiləri bu mövzuda açıqlama vermək istəmirsə, bəlkə, “Azərbaycan Dəmir Yolları” QSC-də mətbuatın suallarına cavab verən olar?

Axı Sevil Hacıyevanın müsahibəsində məhz “Azərbaycan Dəmir Yolları” QSC-də aparılan maxinasiyalardan söz açılır… Həmçinin, xatırladaq ki, ötən il oktyabrın 13-də Azərbaycan dəmiryolçularının peşə bayramı münasibəti ilə keçirilmiş tədbirdəki çıxışında Cavid Qurbanov bir çox maraqlı məqamlara toxunmuşdu. “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”, – deyə C.Qurbanov vurğulamışdı.

C.Qurbanov şəffaflığa nail olmaq istədiyini desə də, növbəti gün (oktyabrın 14-də) QSC-nin mətbuat katibi Nadir Əzməmmədov onun açıqlamalarının “seryoznı” olmadığını bildirdi. “Nadir müəllim, bəs ötən gün Cavid Qurbanovun açıqladığı yeyinti faktlarıyla bağlı hər hansı tədbir görülübmü? Hüquq mühafizə orqanlarına məlumat verilibmi?”, – deyə soruşduq. “O da zarafat idi. Mətbuat niyə bunu belə “seryoznı” qəbul edir? Zarafatyana söhbətlər eləyirlər orda, camaat da ciddi qəbul eləyir… Özünüz tekstə qulaq assanız görərsiniz ki, orda deyilənlər hamısı zarafatdır. “Seryoznı” qəbul etməyin”, – deyə N.Əzməmmədov tövsiyə verdi.

“Belə çıxır ki, heç bir “yeyinti” olmayıb?” – deyə dəqiqləşdirmək istədik. “Əlbəttə, “yeyinti” olsaydı, tədbir görülərdi”, – deyə QSC-nin mətbuat katibi cavab verdi (Qafqaznews.az).

Biz yanvarın 9-da “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirovaya zəng etdik. Və ondan “Sigma”, “Apollon” və “Liman Group” şirkətlərinin QSC ilə həyata keçirdiyi alqı-satqı əməliyyatları haqda soruşduq. “Siz o şirkətlərin adını mənə SMS və ya “e-mail”lə göndərin, araşdırıb sizə məlumat verərəm”, – deyə S.Qədirova LEGİON əməkdaşına bildirdi.

Biz sorğumuzu və Sevil Hacıyevanın müsahibəsini S.Qədirovanın elektron poçtuna göndərsək də, nə zənglərimizə, nə də sorğumuza gün ərzində cavab ala bilmədik. Deyirlər ki, zaman ən böyük hakimdir. Beləliklə, zaman C.Qurbanovun heç də “neseryoznı” danışmadığını göstərir. Sadəcə, onun öz açıqlamalarından geri çəkilməsində kimlərinsə müəyyən rol oynaması barədə şübhələr yarana bilər. Əlbəttə, inanırıq ki, gec də olsa, bu və digər suallar öz cavabını tapacaq…. Və ona da inanmaq istərdik ki, hörmətli Cavid Qurbanov sələfi Arif Əsgərovun “şübhəli” əməllərini ört-bastır etmir və etməyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru