Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

Azər Süleymanovun baytarlıq korrupsiyası: - rüşvət qiymətləri, vaksin maxinasiyaları…
Tarix: 1-02-2017, 09:00 | Çap et
Azər Süleymanovun baytarlıq korrupsiyası:
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik.İndi isə sözügedən qurum və onun rəhbəri haqda cumhuriyyet.az-a yeni ilginc məlumatlar daxil olub. Bu məlumatlarda Azərbaycanın ərzaq təhlükəsizliyinə açıq sabotaj hesabına formalaşan böyük korrupsiya şəbəkəsindən söhbət gedir.
Tarif cədvəlinin gerçək üzü: dövlətə qəpik, məmura milyonlar…
Özəl mənbələrdən cumhuriyyet.az-a təqdim edilən “Tarif cədvəli”ni dərc edirik. Qoy ölkədə rüşvətə və korrupsiyaya qarşı mübarizə aparmaq istəyən dövlət qurumları özləri üçün nəticə çıxarsın. Azər Süleymanovun rəhbərliyi altında Baytarlıq və baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının xidmətləri:
1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat at, yəni 3 dəfə çox.
2. Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox.
3. Diri quş və quş əti ( 1 baş ) – müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.
4. Hazır ət məhsulları- müayinə 2 manat, bazardakı qiymət-10 manat.
5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat.
6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat.
7. Yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat.
8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat.
9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.
10. Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat….
Yuxarıda qeyd etdiyimiz qiymətlərdən göründüyü kimi, 10 qəpik dövlətin cibinə-büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar ayrı-ayrı şəxslərin cibinə gedir. Bu, çox dəhşətli korrupsiya şəbəkəsidir. Biz hələ dövlətin təyin etdiyi tarifə əlavələrdən bəhs edirik. Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər. Bizə daxil olan məlumata görə, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır. Mötəbər mənbənin bildirdiyinə görə, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də Bakı Şəhər Baytarlıq İdarəsinə verir. Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur. Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər “toçka”lardan hansı miqdarda rüşvət yığılır.
Vaksin korrupsiyası…
Rəsmi statistikadan da məlumdur ki, son 10-15 ildə Azərbaycanda sonsuzluq xəstəlyi geniş yayılmaqdadır. Yeni evlənmiş cütlüklər bir qayda olaraq uzun müddət müalicə olunduqdan sonra övlad sahibi olaraq həyatlarına sevinc qata bilirlər. Hamilə qadınlarımızın 70-80 faizinin qanında isə zərəli mikroblar aşkarlanır. Bəs bu bəlanın səbəbi nədir? Mütəxəssislərin verdiyi məlumata əsaslanaraq bilgi veririk ki, tərkibində sağlamlığımız üçün ciddi fəsadlar törədən xəstəlik viruslarının süfrəmizə və mədəmizə yol tampasının qarşısının alınmasının iki yolu var.
1. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən heyvanlara vaxtlı-vaxtında müxtəlif xəstəliklərə qarşı vaksinlər vurulmalı və proflaktik tədbirlər həyata keçirilməlidi.
2. Qüvvədə olan qanunvericiliyə əsasən mağazlarda, köşklərdə və s. yerlərdə satılan heyvan əti, ancaq kəsim yerlərində (məntəqələrdə) mərkəzləşdirilmiş qaydada kəsilməli, kəsim məntəqəsinin baytar həkimi tərəfindən ekspertizadan keçirilib cəmdəyin üzərinə “baytarlıq baxışı” nişanı vurulduqdan sonra satışa göndərilməlidir.
Lakin çox təəssüflə qeyd etməliyk ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti üzərinə düşən vəzifəni yerinə yetirmir və nəticədə insanlarıiızda müxtəlif xəstəliklər, o cümlədən sonsuzluq xəstəliyi yaranır. Bu gün heç kimə sirr deyil ki, ölkəmizin sosial bəlalarından birinə çevrilən sonsuzluğa qarşı ciddi tədbirlər alınmazsa, bu sosial bəla mili təhlükəsizlik məsələsinə çevrilə bilər. Problemin həll yolu isə təbii ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin üzərinə düşən vəzifəni icra etməsindən ibarətdir.
Bizim apardığımız araşdırma və bir sıra mütəxəssislə söhbətimizdən sonra ortaya çıxan qənaət belədir ki, hər şeydən əvvəl mal-qara vaxtlı vaxtında peyvənd olunmalıdı. Çox təəssüf ki, dövlət hər il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kifayət qədər vaksin dərmanları almaq üçün vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir iş görülmür. Qeyd edək ki, həmin vaksinlər xaricdən alınır və baytar həkimlər yerlərdə həmin vaksinləri pulsuz olaraq kəndli və fermer təsərrüfatlarında olan heyvanlara vurmaqla vəzifəlidirlər. Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir. Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda peyvənd olunur. Heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu.
Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın Рђ / IRN / 2005, Рђ / TUR / 2006, Рђ / TUR / 2011, Рђ / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilmişdir.
Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə “MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır. Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da “MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini, heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan, nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının “sığallaması” başadüşülən deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru