"Onunla sanki heç kim bacara bilmir..." - Prezidentə müraciət olundu
Tarix: 9-08-2019, 09:36 | Çap et
 “Mənim mərhum qardaşımdan ailəyə miras qalan 1485 kvadrat metr torpaq sahəsini “Murad MS” MMC tikinti şirkəti qanunsuz zəbt edərək, orada hündürmərtəbəli bina tikir”. Bunu Bakı şəhər sakini Arif Əmirov Prezident İlham Əliyevə yazdığı müraciətində bildirib. Bir nüsxəsi də “Millətinsəsi.info”ya göndərilən müraciətdə deyilir:
“Möhtərəm Prezident! Sizin qanunsuz tikintilər haqqında etdiyiniz çıxışları oxudum və belə qərara gəldim ki, öz hüquqlarımın pozulması və mənə miras qalmış torpaq üzərində (25%) aparılan qanunsuz tikili haqqında Sizə məlumat verim.
Möhtərəm Prezident! Siz bu haqda çoxsaylı çıxışlar edib və sərt tapşırıqlar vermisiniz. Lakin Azərbaycanda elə tikinti şirkəti var ki, onunla sanki heç kim bacara bilmir. Bu “Murad MS” MMC-dir. Mənim mərhum qardaşım Oqtay Əmirovdan ailəyə miras qalan 1485 kvadrat metr (25 faiz) torpaq sahəsini qanunsuz zəbt edib, orada hündürmərtəbəli bina tikir. Həmin ərazi Binəqədi rayonu, 8-ci mikrorayon 3078 məhəllə, 20 N saylı binanın qarşısında yerləşir.
Mənim qardaşım 2012-ci ilin noyabr ayında dünyasını dəyişib. Ancaq bu adamlar 2013-cü ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətindən 2004-cü il 273 saylı Bələdiyyə qərarına əsasən mənim mərhum qardaşımın mülkiyyətinə verilmiş ərazidə aparılacaq tikintinin (37.125.000 manat smeta dəyərində) layihələndirilməsi üçün sərəncam alıblar.
2013-cü ilin iyun ayında isə tikintiyə icazə olmadan bu adamlar qeyri-qanuni yolla tikinti nişanı əldə ediblər. Qeyd edirəm ki, bu adamlarla bizim aramızda heç bir müqavilə yoxdur. Mənim və ailəmin narazılıqlarına isə onlar heç məhəl də qoymayıblar.
Qeyd edim ki, mən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın katibliyinə müraciət edəndən sonra, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ərazidə araşdırma aparıb. Sonra məktubla bizə məlumat veriblər ki, torpaq bu gün də mənim mərhum qardaşımın adınadır. Yəni, torpağın Əmlak Komitəsindən “çıxarış”ı da yoxdur.
Cənab Prezident! Sizin məlum göstərişlərinizdən sonra mən Arxitektura Komitəsinə müraciət etdim. Komitənin sədr nüavini Dövlətxan Dövlətxanovun göstərişi ilə araşdırmalar aparıldı. Məlum oldu ki, bizim torpaq həqiqətən zəbt olunub və tikinti qanunsuzdur.
Arxitektura Komitəsinin FHN-nə göndərdiyi məktub əsasında tikintinin dayandırılması haqqında rəis müavini Təyyar Hüseynli 0563 nömrəli qərar imzalamışdır. Həmin qərarda da göstərilmişdir ki, bu tikinti şirkətinin tikintiyə icazə sənədi yoxdur.
Cənab Prezident! Mən 3 ildir ki, bu adamlarla mübarizə aparıram. Lakin bu qədər qərarlara baxmayaraq, ən əsası Prezidentin qanunsuz tikintilər haqqında çıxışlarına məhəl qoymayaraq, “Murad MS” MMC tərəfindən tikinti hələ də davam etdirilir.
Siz öz çıxışınızda demişdiniz ki, qanunsuz tikintilər haqqında məlumat verilsin. Ancaq məmurlardan heç biri burda aparılan qanunsuz tikinti haqqında Sizə məlumat vermir. Bu kimi haqsızlıqlar da insanda ümidsizlik, sabaha inamsızlıq yaradır.
Lakin biz ümid edirik ki, hüquqi dövlətdə yaşayırıq və bizim İlham Əliyev cənabları kimi ədalətli Prezidentimiz var. Mən inanıram ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Bizə məxsus olan torpağın boşaldılması üçün Sizdən kömək istəyirəm.
Hörmətlə Arif Əmirov (tel:.050 395 23 83)”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|