Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                 

Daha bir deputatın adı borc qalmaqalında hallandırılır - İDDİA
Tarix: 15-01-2020, 10:34 | Çap et
Daha bir deputatın adı borc qalmaqalında hallandırılır
Bu günlərdə GundemXeber.Az saytının redaksiyasına Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən neçə illərdir ki, dogma əmim Adil Nuriyevin “toruna düşmüşəm”. Belə ki, 2004-cü ildən əmimlə müəyyən işlər görməyə başlasam da, son anda o, mənə külli miqdarda “pul atdı”. Məsələn, 2004-cü ildə dörd nəfər şərik olmaq şərtilə bir ədəd qeyri-yaşayış sahəsi aldıq və aldığımız qeyri-yaşayış sahəsini əmim öz adına sənədləşdirdi. Bir qədər vaxt keçdikdən sonra o, həmin obyekti satdı və mənə düşən 112 min dollar pulu vermədi. 2008-ci ildə Xətai rayonu ərazisində 142 kvm sahəsi olan obyektim var idi. Əmim Adil Nuriyev obyektimi “Azəriqaz Bank”a girov qoymağa vadar etdi və Milli Məclisin deputatı Musa Quliyevin dəstəyi ilə, adı çəkilən bankdan 400 min manat kreditə pul götürdü. Həmin vaxtlarda o, mənə “Bankdan götürdüyüm 400 min pulun 70 min manatını Musa Quliyevə verdim” dedi. Başqa bir faktı qeyd edim. Əmim Adil Nuriyevin həyat yoldaşının “Kapital Bank”a kredit borcu var idi. Günlərin birində o, mənə dedi ki, “birtəhər et, sən bizim banka olan borcumuzu ödə, mən səninlə sonra hesablaşaram”. Düzdür, ilk əvvəl əmimin belə bir vədinə inandım və az sonra onların əvəzindən “Kapital Bank”a təqribən 10 min manata yaxın məbləğdə pul ödədim. Ödəniş etdiyim pullarla bağlı, bu gün məndə ödəniş qəbzləri də var. Mənim əmimlə olan problemlərimdən biri də, kənar bir şəxsdən 32 min manat pulu alıb ona verməyim oldu. Bəli, o, ilk əvvəl vəd verdi ki, kafemi satıb aldığım pulları özünə qaytaracağam desə də, son anda o, verdiyi vədinə xilaf çıxdı. Bu azmış kimi, mən onun başqa bir “yağlı vəd”inə də inanıb tanıdığım bir şəxsdən də 60 min manat pul alıb ona verdim. Ötən illər ərzində əmim Adil Nuriyev, məndən aldığı pulların bir qəpiyini də özümə qaytarmadı.
Təqribən dörd il bundan əvvəl isə, əmim bir daha məndən 15 min manat pul aldı və bildirdi ki, “oğlum Tural Nuriyev BDU-nun hüquq fakültəsinin rus sektorunda təhsil alır. Onun bir neçə “kəsr”i var, ona görə də diplomunu əldə edə bilmir. Mən bu pulla onun problemini qaydaya salım, sonra pullarını özünə qaytararam” dedi. Qardaşoğlu olaraq onun belə bir danışıqlarına da inandım və həmin vaxtlarda 15 min manat pulu ona verdim. Bu gün də həmin pulu Adil Nuriyevdən ala bilmirəm. Başqa bir faktı da qeyd edim ki, biz 2013-cü ildə də şərikli bir kafe aldıq və kafeni həmin ildə 540 min manata satdıq. Kafenin satışından əldə olunan puldan mənə pay düşsə də, təəssüf ki, əmim Adil Nuriyev mənə bir qəpik də pul vermədi. Bu gün o, Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bir il bundan öncə əmimlə aramızda əmələ gələn problemləri qaydaya salmaq üçün, anamla birlikdə onların yaşadıqları evə getdik. Əmimlə etdiyimiz söhbət zamanı o, anama dedi ki, “Aramızda olan problemləri kimlərəsə deməyin. Mən Eminlə hansı işləri görmüşəmsə, ona nə qədər pul verəcəyim varsa, hamısını onun özünə qaytaracağam” deyə vəd versə də, bugünə kimi o, bu yöndə heç bir addımını atmayıb. Hal-hazırda əmim Adil Nuriyevin üstüstə mənə 587 min manat pul borcu var. Ötən illər ərzində əmim Adil Nuriyevdən pullarımı istəsəm də, o, minbir bəhanələrlə pullarımı qaytarmaqdan imtina etdi. Belə bir səbəb üzündən də, onunla aramızda ciddi narazılıqlar əmələ gəldi. Artıq aramızdakı narazılıq o həddə gəlib çatdı ki, əmimdən aidiyyatı dövlət qurumlarına şikayət etmək məcburiyyətində qaldım. Çünki, artıq dərk edirdim ki, o, mənim etibarımdan sui-istifadə edir. Bu gün isə, məni narahat edən və düşündürən hal odur ki, aidiyyatı orqanlara yazdığım ərizələrim ilk əvvəl Bakı şəhər Baş Polis İdarəsində araşdırılsa da, bir qədər vaxt keçdikdən sonra, toplanmış iş materiallarının bir hissəsi Xətai RPİ-nin 36-cı polis bölməsinə, bir hissəsi isə Nərimanov rayon Prokurorluğuna göndərilir. Baxmayaraq ki, belə bir işlərdə mənim nə Xətai, nə də ki, Nərimanov rayonuna heç bir bağlılığım yoxdur.

Onu da vurğulayım ki, yazmış olduğum şikayət ərizələrimdə Musa Quliyevin də adını hallandırırdım. Günlərin birində Musa Quliyev mənə zəng edib “hansı səbəbdən şikayət ərizələrində mənim adımı hallandırırsan? Axı, mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur. O, mənim adımdan sui-istifadə edib, ona görə də onu məhkəməyə verəcəyəm. Sən də onunla bağlı aidiyyati orqanlara şikayətini göndər” dedi. Hətta, Musa Quliyev onu da vurğuladı ki, “sən əminin həbs olunmasını istəyirsənmi?”. Cavabında bildirdim ki, bəli, mən onun həm həbs olunmasını, həm də pullarımı geri qaytarmasını istəyirəm. Təəssüf doğuran hal o oldu ki, vaxt keçsə də Musa Quliyev onunla bağlı məhkəməyə müraciət etmədi. Bir qədər vaxt keçdikdən sonra isə o, Biləsuvar rayonunda qeydiyyatda olduğum ünvana məktub göndərir və yazmış olduğu məktubunda qeyd edir ki, “mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur”. Belə bir məktubdan sonra Musa Quliyevə zəng edib bildirdim ki, necə olur sən onun oğlunun toy məclisində yaxından iştirak edirsən, bankdan pul götürərkən ona lazımi köməklikləri göstərirsən, sonra da belə bir cavab yazırsan. Bu cür suallarımın qarşılığında o, mənə heç bir cavabı verə bilmədi.
Onu da bildirim ki, əvvəllər şikayətlərimi Milli Məclisə də göndərirdim. Yəni, həmin vaxtlarda Musa Quliyev yazmış olduğum şikayətlərlə bağlı heç bir reaksiya vermirdi. Elə ki, bu yaxınlarda Milli Məclis buraxıldı, o halda Musa Quliyev mənə zəng edib bildirmək istədiyi fikirlərini çatdırdı. Eşitdiyimə görə Musa Quliyev təkrar millət vəkili olmaq üçün, bu gün seçkilərə qatılıb. O halda sual oluna bilər ki, millət vəkili olan hər kəs millətin övladlarının pozulmuş hüquqlarının müdafiəsi ilə məşğul olmalı olduğu halda, bəs səbəb nədir ki, o, əmim Adil Nuriyevə bir növ arxa-dayaq olaraq, mənim hüquqlarımın pozulmasına dəstək verir? Mən üz-üzə qaldığım problemlər səbəbindən, indiyə kimi evimi, avtomobilimi və digər əmlaklarımı satıb borc ödəmişəm. Hansı ki, borc ödədiyim şəxslərdən pulu alıb əmimə vermişdim.”
Mövzunu diqqətdə saxlamağa çalışacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru