Kirayədə qalan icra başçısı barədə ölçü götürüləcəkmi? - GƏLİŞMƏ
Tarix: 27-01-2020, 09:44 | Çap et
 15 ildən çoxdur icra başçısı olan 62 yaşlı Vilyam Hacıyev 7 ildir İmişli rayonuna rəhbərlik edir. Həbib Müntəzir onun həbsini tələb edib. Onun sözlərinə görə, bunun üçün Ağstafadakı anti-korrupsiya əməliyyatına da ehtiyac yoxdur, biznesinin, varidatının siyahısı kifayət edir ki, deklorasiya istənilsin.
İmişli icra başçısının Bakıda, Həsən Əliyev küçəsində villası,"Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzili, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villası var.
Həmçinin, İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzili, Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzili, Dubayda milyonluq biznesi, Qazaxıstanda tikinti biznesi, İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov rayon prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası da var:
10-PP-369 dövlət nömrə nişanlı "Bentley" Eyni nömrə nişanlı "Land Rover" 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class" Həmçinin son model "Mercedes Gelandewagen"
Vilyam müəllim Samuxda icra başçısı olarkən el arasında "Moşu kişinin çayxanası" kimi tanınan obyekti bir az təmir etdirib prezidentə "Şahmat Evi" kimi təqdim edib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib.
O, getdiyi rayonlarda olan kiçik-böyük sahibkarlara “qan uddurur”, rayon əhalisi bu rüşvətxor başçıdan dad edirlər.
Məsələn, Vilyam Hacıyev ilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun əlbir olaraq sahibkarı müflis edib.
Sahibkar Niyaz Niyazov Millətinsəsi.info-ya göndərdiyi müraciətində Vilyam Hacıyev və Cahangir Əsgərovun qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə şikayət etmişdi.
Sahibkar şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyirdi.
Vilyam Hacıyev o məmurlardandır ki, hətta öz yaxın adamları belə, ona qarşı müxtəlif ittihamlarla çıxış edir. V.Hacıyevin qanunsuz hərəkətlərindən bəhs edən informasiyalar sırasında onun hətta qardaşına da kələk gəldiyindən söz açılıb.
Bildirilir V.Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib.
Onun İmişlidə yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olduğuna dair məlumatlar gəzir. Bildirilir ki, Vilyam Hacıyev Asfalt Zavodunun müdiri qarşısında “rayonun bütün yollarını öz hesabına asfaltlamalısan” şəklində tələb qoyub.
Vilyam Hacıyevin İmişlidəki ağaclara da qənim kəsildiyi iddia olunur. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verməkdə suçlanır.
Sakinlərin mediaya verdiyi məlumata görə, göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qismi kökündən çıxarılıb.
Daha sonra onları elektrik mişarları ilə doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar.
V.Hacıyevin daha bir nəfərə - Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.
İmişlinin mərkəzi otlaq səhəsinə dönüşüb. Bu azmış kimi rayon mərkəzi həm də zibillik poliqonuna çevrilib.
Son zamanlar İmişli rayon mərkəzinin parklarında inəklərin otlaması sosial şəbəkələrin müzakirə mövzusu olub. Sosial şəbəkələrdə paylaşılan şəkillərə baxanda adamda elə təəssurat yaranır ki, İmişli maldar qəbilələrin işğalına məruz qalıb.
Həmçinin şəhərin mərkəzi küçələrinin belə zibil içində itib batması onu göstərir ki, İmişlinin icra baçşısı Vilyam Hacıyev İmişlini Tanrının öhdəsinə buraxıb və rayon mərkəzinin inək fermasına çevrilməsi, həmçinin insanların antisanitar şəraitdə yaşaması icra başçısının maraq dairəsinə aid deyil. //azerinfo.org//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
|