Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                 

“Acun media”nı Avropa Məhkəməsinə verəcəyəm” - “O səs Türkiyə”nin azərbaycanlı iştirakçısı
Tarix: 30-01-2017, 09:14 | Çap et
“Acun media”nı Avropa Məhkəməsinə verəcəyəm”
Vokal ifaçısı Gülşən İbadova: Bu adı həm Türkiyə, həm də Azərbaycan “O səs Türkiyə” yarışmasından sonra tanımağa başladı. Qeyri-adi səs imkanlarına, xüsusi istedada malik Gülşənin yarışmadakı iştirakı kimi, oradan uzaqlaşdırılması da səs-küyə, qalmaqala səbəb oldu. İfaçının Türkiyədən geri döndüyünü eşitcək onunla Bakı Musiqi Akademiyasında görüşüb, söhbətləşdik. Gülşən İbadova “Yeni Müsavat”a müsahibəsində professional ifaçı olmasına baxmayaraq, uzun müddətdir ki, Azərbaycanda işsiz qalmasından, “Acun median”nı məhkəməyə verməsindən söz açıb. Maraqlı müsahibəni təqdim edirik:

- Gülşən xanım, öncə oxuculara özünüz haqda qısa məlumat verməyizi istərdim...

- Rusiya Federasiyasında doğulmuşam, ailədə üç uşağıq. Uzun müddət orada yaşamışıq, daha sonra Bakıya köçmüşük. Musiqi ilə 6 yaşımdan məşğulam, amma professional olaraq 14 yaşımdan. Mənim musiqi həyatım demək olar ki, bu sinifdən başlayıb. Rəhmətlik professor Elmira Quliyevanın son tələbəsiyəm.

- Amma “O səs Türkiyə” yarışmasına qədər sizi ictimaiyyət tanımayıb. Səbəb nə idi?

- Bu sirr deyil ki, Azərbaycanda heç bir dayaqsız, maliyyə vəsaiti olmadan tanınmaq çox çətindir. Baxmayaraq mən konsertlərdə, dövlət tədbirlərində iştirak etmişəm, amma hamı məni “O səs Türkiyə” yarışmasından sonra tanıdı.

- Bəs hazırda Azərbaycanda işiniz varmı?

- Hazırda heç bir yerdə işləmirəm. Təəssüflər olsun ki, bəzi səbəblərdən ötən il Opera və Balet Teatrında da mənim üçün problemlər yaratdılar, ora məni yaxın buraxmadılar. Belə ki, mənə rol vermişdilər, Puççininin “Bogema” operasında Müzetta, “Arşın mal alan” operettasında Gülçöhrənin obrazını canlandıracaqdım, amma heç mənim də bilmədiyim səbəblərdən ordan uzaqlaşdırıldım. Onda çox böyük sarsıntı keçirmişdim.

- Teatrdan çıxarılmanıza bir səbəb göstərilmədi?

- Xeyr. Sadəcə, ora gələn gəncləri uzaqlaşdırırlar. Kobud şəkildə desək, monopoliyadır, eyni tərkib, eyni ifaçılar olmalıdır, kənar kadrların ora daxil olması müşkül məsələdir.
Hazırda fərdi olaraq tələbələrim var, onlara vokal dərsləri verirəm. Yəni heç bir dövlət və ya təhsil müəssisəsinə bağlı deyiləm.

- Bəs “O səs Türkiyə”də nə baş verdi? Yarışmadan ayrılmağınız gəlişiniz kimi səs-küylü oldu.

- Orda da demişdim, yarışmada iştirak etməyim mənim üçün sürpriz olmuşdu. Yaxın dostum, həm də duet ortağım Mahmud Akan mənim xəbərim olmadan məni qeydiyyatdan keçirmişdi. Gözlənilmədən iki gün ərzində məni çağırdılar. Mahmud dedi ki, “Gülşən, səni qeydiyyatdan keçiriblər, İstanbula gedirik”. Məni orada çox gözəl qarşıladılar. Hələ çıxışımdan əvvəl mənə deyirdilər ki, ifam böyük ajiotaja səbəb olacaq, çünki mənim ifamla bağlı videomu izləmişdilər. Doğrudan da böyük səs-küyə səbəb oldu, Türkiyə xalqı məni çox sevdi, hətta çoxsaylı mənim pərəstişkarlarım oldu. Bu, çox sevindirici hal idi ki, “O səs Türkiyə”nin sayəsində təkcə Türkiyə deyil, məni Azərbaycan da tanıdı.

- Bəs həmin zaman iş təklifləri gəldimi?

- Mənim xəbərim olmadı. Çünki iştirak etdikdən sonra ordan uzaqlaşırdıq. Ona görə heç bir şeydən xəbərim olmadı. Amma şərhlərdə hansısa reaksiyaları görürdüm. Xüsusən də Azərbaycan dilində danışmağım xalqımızda rəğbətlə qarşılanmışdı. Hətta orda mənə dedilər ki, əgər mümkündürsə müsahibəni türkcə verin. Dedim ki, mən elə türkcə danışıram. İkinci turda artıq bilirdik ki, yarışmanı tərk edəcəyik. Çünki Göhkan və Hakan qardaşlarının qrupunda 85-90-a yaxın iştirakçı var idi. Onlar 6-lığa bölünmüşdülər, ümumi olaraq onların arasında 4 azərbaycanlı var idi, hər biri də fərqli-fərqli tərzlər idi. Bu, qeyri-professionallıq və öncədən planlaşdırılımış bir məsələ idi və bir ay əvvəldən “Acun media” tərəfindən çox baxış alan videolarımız silinəndə artıq biz bilirdik ki, burda nəsə düz getmir. Mənə sual vermişdilər ki, “ən çox hansı performansınız Azərbaycanda sevildi?”, dedim ki, “Sarı gəlin”, çünki bu, Azərbaycanın xalq musiqisinin tacıdır". Amma həmin hissəni təqdimat müsahibəmdə verməmişdilər. Bizə qarşı çox haqsızlıq edildi. Haqsızlıqdan əlavə təhqirə məruz qaldıq. Çünki fərqli-fərqli tərzdə olan azərbaycanlı iştirakçıları bir qrupa salıb onların yarışmadan uzaqlaşdırılmasına şərait yaratdılar. Biz orda öz sözümüzü dedik, lakin həmin hissələri vermədilər.

- Acunun köməkçisi Naz Sütçü bu ittihamlara cavab olaraq bildirmişdi ki, “Azərbaycandan bu il çoxlu sayda opera ifaçısı gəldiyindən onların arasından seçim etməli idik”.

- Bəs sual olunur, Azərbaycanın hansı opera ifaçısını seçdilər? Heç birini. Bu, Naz xanım tərəfindən verilən çox məntiqsiz bir açıqlama idi. Yarışmadan uzaqlaşdırılan azərbaycanlılar arasında İlham Nəzərov da var idi. Sonda ona sual verəndə ki, “siz niyə seçilmədiz?” İlham əli ilə bizim sıramızı göstərib dedi ki, “qonaq olduğumuz üçün”. Bu sözü Naz xanım hörmətsizlik kimi qəbul etdi. Amma bizə qarşı edilən hörmətsizlik o sözün yanında heç nədir.

- Azərbaycanda da sizin etirazlarınıza qarşı fikir səsləndirənlər, iki ölkə arasında narazılıq salmaqda ittiham edənlər oldu.

- Doğru deyil. “Acun media” bütün Türkiyə demək deyil. Türklər bizim qardaşımız, dostumuzdur, biz yalnız “Acun media”ya öz etirazımızı bildirmişik.

- Haqqınızı tələb etməyi düşünürsüzmü?

- Əlbəttə. Ola bilsin ki, mən təzyiqlərə məruz qalım, amma haqqımı tələb edəcəm. Birinci növbədə yarışmanın qanunları pozulub. Heç bir beynəlxalq yarışda gizli seçimlər olmur. Əvvəl bizi yarışa dəvət edib reytinq, maliyyə qazandılar, sonra da öz məqsədləri üçün çıxartdılar. Mənəvi haqqım pozulduğu üçün bu yaxınlarda “Acun medianı” Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəm. Hazırda vəkilim bununla bağlı son hazırlıqları aparır.

- Türkiyədən geri qayıtdıqdan sonra da sizə iş təklifləri olmadı?

- Avropadan təkliflər gəldi. Əvvəldən də mənim Almaniya ilə müqaviləm var idi. İnşallah, çox yaxın zamanlarda bu barədə sevindirici xəbərlərim olacaq.

- Yarışmada iştirak edərkən bildirmişdiz ki, səsinizin gücü ilə ətrafınızdakı hansısa əşyalara təsir edə bilirsiz. Bu barədə danışardız.

- Həqiqətən belə bir şey olub. Məlumatı olanlar bilir ki, stəkana təsir etmək üçün hansısa texnika var. Belə ki, səsin gücünü yoxlamaq üçün müəyyən “frekans” var ki, onu 15 saniyədən artıq saxlayanda nazik bakala təsir edə bilir. Səsimin gücü ilə bağlı isə çox maraqlı hadisə yaşamışam. Bir dəfə konservatoriyanın uşaqları ilə birgə karaokeyə getmişdik. Mənim ifamdan sonra karaokenin müdiri gəlib dedi ki, şikayət olunub. Dedi ki, “qızım, səsin çox yüksək olduğundan qonşular polisə şikayət edib” (gülür).

- İfaçılıqdan başqa hansı bacarığınız var? Bildiyim qədər bütün səhnə paltarlarınızın hamısını özünüz tikirsiz.

- Doğrudur. İlk paltarımı 8-ci sinifdə oxuyarkən tikmişəm. Sonralar bütün həm gündəlik həm də səhnə paltarlarımı özüm tikməyə başladım. Əynimdə hazırda gördüyünüz bu geyimi də özüm tikmişəm.

- Bu bacarığınızdan qazanc üçün istifadə etmisiz?

- Bu vaxta qədər yalnız bacım və özüm üçün paltar tikmişəm. Ola bilər ki, gələcəkdə özümə aid bir marka yaradım.

- Bacınızdan söz düşmüşkən, hərdən bacınız Dilşənlə sizi səhv salırlar. İkiniz də istedadlı ifaçısınız və sizi görkəmcə ayırmaq çətindir.

- Hətta uşaqlıqdan bizi səhv salırlar. Bəzən müəllimlər mənim qiymətimə ona, onunkunu da mənə yazırdılar (gülür).

-Əkizsiz?

- Yox. Bizi yalnız daha yaxından tanıyan fərqləndirə bilir. Amma efirdə həyatdan çox bir-birimizə bənzəyirik. Hətta yarışmadan sonra yerli mətbuatda yazdılar ki, guya mənim adım Gülşən deyil, Dilşəndir. Bu da mənə çox pis təsir etdi ki, mən niyə adımı gizlətməliyəm ki. Bacımın da çox gözəl səsi var. Amma səslərimizdə fərqlilik var, o daha çox estrada musiqisinə üstünlük verir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru