İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                     Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... .....                     Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı .....                     Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət .....                     Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq .....                     Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub .....                     AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə .....                     Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” .....                     İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı .....                     “Piyadaların cərimələnməsi bərpa olunsun” .....                     İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar .....                     "Avrasiya üçbucağı"nın bir çox bucağı var .....                     Sərkisyan Azərbaycanla sərhəddə .....                     “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? .....                     AMB-nin daha bir tenderi ləğv edildi .....                     Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir .....                     Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi .....                     Paşinyanın deputatı yerli müxalifət barədə: .....                     Ukrayna ordusu İRƏLİLƏYİR .....                     “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi .....                     “Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                 

"Yoldaşım razılıq verdi, soyadını elə yazdırdıq"
Tarix: 25-03-2021, 09:18 | Çap et
"Yoldaşım razılıq verdi, soyadını elə yazdırdıq"
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür.

diaaz.space xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc Turabovadan müsahibə alıb.

Müsahibəni olduğu kimi təqdim edirik:

- Sevinc xanım, Həsən Turabov necə ata idi?

- O, çox yaxşı ata idi. Bir kəlmə ilə böyük mətləbləri başa sala bilirdi. Bəzən nədənsə xoşu gəlməyəndə baxışı ilə bizə izah edirdi ki, bunu etmək olmaz. Geyimimizdə nəsə xoşuna gəlməyəndə demirdi, xoşum gəlmir, yaxşı deyil. Deyirdi, nə bilim, özünüz baxın. Onda bilirdik xoşuna gəlməyib. Mən heç vaxt kosmetikadan istifadə etməmişəm. Bu günə qədər də etmirəm. Xoşu gəlmirdi.

- Müəllim olmağınızı istəyib, siz də onun istəyini yerinə yetirmisiniz. Aktrisa olmaq istəsəydiniz razı olardı?

- Aktyorluq çətin sənətdir. Qardaşlarımın hər ikisi İncəsənət Universitetində oxuyurdular. Məndən fərqli olaraq atam oğlanlarının aktyor olmasını istəyirdi. Amma onlar təhsillərini yarımçıq qoydular. Dedilər, biz atam kimi aktyor ola bilmərik, boş yerə niyə dörd il oxuyaq. Atam həmişə deyirdi ki, qız nədir, aktrisalıq nədir? Xoşu gəlmirdi elə şeylərdən. Düzdür, mən ərköyün olmuşam. Amma qardaşlarım da aktrisa olmağıma imkan verməzdirlər. Üç kişinin içərisində böyümək bir az çətindir. Məktəbə də, universitetə də məni maşınla aparıb gətirirdilər. Səhər qardaşım məktəbə qoyurdu, dərsdən sonra atam götürürdü. Bəzən elə olurdu ki, atam özü arxamca gələ bilmirdi. Mənə deyirdi ki, gəl, teatra burdan birgə gedək. Ömrünün sonlarına yaxın mənə daha çox bağlanmışdı. Evə gəlməzdən əvvəl zəng vurub anama deyirdi ki, qapını mənə Sevinc açsın. Mən evdə olmayanda çox pis olurdu.

- Siz də atanıza çox yaxın olmusunuz. Ailəli olsanız da ona vaxt ayıra bilmisiniz...

- Mən ona atadan çox qardaş kimi münasibət bəsləyirdim. Qardaşımın ölümündən sonra bütün mehrimi atama salmışdım. Çox istəyirdim atamı. O, da hara gedirdisə məni özü ilə aparırdı. Ailədə də bir qız mən olmuşam. Atamgilin nəslində də qız olmayıb. Atam altı uşaqdan sonra sağ qalıb. Ondan qabaq doğulan bacı, qardaşları ölüb.

Rəhmətə gedən qardaşımın adını böyük oğluma qoymuşduq. Atam çox arzulayırdı ki, onu özü birinci sinfə aparsın. Qismət olmadı. Atamla anam oğlumu nəvə kimi yox, oğul kimi çox istəyirdilər. Hiss edirəm ki, anam indi də ona oğlu kimi münasibət göstərir. Elə mən də ona Daşqın kimi baxıram. Hərdən deyir, mama, mən sənin oğlunam. Deyirəm, yox, qardaşımsan. Adını da elə o məqsədlə qoyduq ki, qardaşımın adı yaşasın. Oğlumun soyadı da Turabov gedir. Yoldaşım razılıq verdi, soyadını elə yazdırdıq.

- Atanız yəqin ki, bununla az da olsa təsəlli tapdı?

- Atam qardaşımın adını oğluma qoymağımızı istəmirdi. Dedi, ölmüş adamın adını qoymayın, düşər düşməzi olar. Amma nə qədər onlar etiraz etdilərsə, bir o qədər də mən inad göstərdim. Bu mənim də son təsəllim idi. Oğlum həm atama, həm də qardaşıma oxşayır. Uşaq vaxtı çox dəcəl idi. Onu bir, iki dəfə vurdum, Daşqın yuxuma girdi. Ondan sonra vurmadım. Atam da deyirdi, ki, ona toxunma. Sən ona toxunanda Daşqın yadıma düşür.

- Atanızla bağlı ən çox nəyi xatırlayırsınız?

- Çox şeylər. Hər gün işdən gələndən sonra axşam yeməyini yeyib dəniz kənarına gəzməyə düşürdük. Girirdim atamın qoluna, söhbət edə-edə gəzirdik. Eldar Quliyev də bizimlə qonşuluqda yaşayırdı. Bir neçə dəfə o da bizə qoşulmuşdu. Sonralar atam elə Eldar müəllimlə gəzintiyə çıxırdı. Atamın ürəyi xəstə idi, həkimlər gəzməyi tapşırmışdılar.

- Qardaşınız rəhmətə gedənə qədər ürəyindən şikayəti olmuşdu?

- Yox, heç vaxt ürəyi ağrımazdı. Olurdu ki, arada təzyiqi qalxırdı, amma qardaşımdan sonra ürək xəstəliyi tapdım. Qardaşımın ölüm xəbərini aldığımız günü indi də xatırlayıb təsvir edə bilmirəm. Dəhşətli hadisə idi. Allah heç bir bacıya elə dərd göstərməsin. Onun tabutunu evə gətirəndə məni tabut qoyulan otağa buraxmadılar. Atam üçün həkim gələndə yayınıb otağa girdim, onu qucaqladım, dedim, Daşqın, sən ölmədin, mən öldüm, səninlə mənim həyatım da bitdi. Ertəsi günü onu dəfn etməyə aparanda mən də getmək istəyirdim, qoymurdular. Atam gördü ki, mən çox pis vəziyyətdəyəm. Adamlara dedi ki, qızımla işiniz yoxdur, qoyun, o da getsin. Mən artıq bilirdim ki, onu həmişəlik aparırlar, bir də heç vaxt gəlməyəcək. Qəbiristanlığa çatanda, bir də gözümü açdım ki, qəbrin içərisindəyəm. Ora necə düşdüyümü də xatırlamırdım. Bir o yadıma gəlir ki, qoymurdum Daşqını dəfn etsinlər. Daşqın uca boylu oğlan idi. Deyirdim, axı bu yer onun üçün balacadır, o, bura yerləşməyəcək. Doğrudan da qardaşım məzara yerləşmədi, oranı təzədən qazıb böyütdülər. Mən onda anladım ki, qardaşım ölmək istəmir. Atam elə vəziyyətdə idi ki, mənə heç nə deyə bilmirdi. Onu məzarlıqdan evə güclə gətirdilər. Sonra qohum-əqrəba mənə dedi ki, bir az sakitləş, atana yazığın gəlsin. Atama görə birtəhər özümü ələ aldım. Onun ölüm xəbərini eşidəndə mən çox böyük peşmanlıq keçirdim, özümü qınadım. (ağlayır).

- Peşmançılığınız nə ilə bağlı idi?

- Bu peşmançılıq indiyənə qədər də davam edir. Səkkiz mart günü Daşqın Bakıda idi, bizi təbrik də eləmişdi. Martın on yeddisində isə mənim ad günüm idi. Daşqın Bakıda olanda dedim, sən mənim ad günümə qədər çatdırıb gələ biləcəksən? Onda Daşqın mənə dedi ki, istəyirsən, getməyim qalım. Amma fikirləşdim ki, iş-güc adamıdır, yolundan saxlamayım. Daşqın getdi, ayın 10-da vuruldu. Bu günə qədər də düşünürəm ki, kaş ona deyərdim qal. Bakıda qalsaydı, o hadisə də baş verməzdi.

O, rəhmətə gedəndə mənim otuz yaşım vardı. Qardaşımdan və atamdan sonra həyat mənim üçün öz marağını itirdi. Onlardan sonra mən toylara getmirdim, nə alırdımsa, qara rəngdə alırdım, qara paltardan çıxmırdım. Amma əvvəllər al-əlvan geyinməyi xoşlayardım. Atam da həmişə mənə rəngli paltarlar alardı. Onlar məni əllərinin içərisində saxlamışdılar. Qardaşımla atamın ölümündən sonra uşaqlarıma görə yaşamağa məcburam. Özümə qalsa yetmiş yaşlı adamın ürəyi ilə yaşayıram. Ürəyimdə o qədər böyük ağrılar var ki, bunu sözlə ifadə edə bilmirəm. Bu qədər ağrını, yükü daşımaq çox çətindir (kövrəlir).

- Səhv etmirəmsə, birinci dəfə Həsən müəllimə oğlunun yaralı olduğunu xəbər veriblər?

- Elədir. Daşqın vurulanda ona dedik, inanmadı, donub qaldı. Dedi, necə yəni Daşqını vurublar, axı onunla təzəcə danışmışam. Bizə Siyəzəndən zəng vuranda dedilər, yaralıdı, həkim gətirin. Atam burdakı dostlarına xəbər verib qapıdan çıxmaq istəyəndə zəng gəldi ki, Daşqın artıq keçinib. Atam həmişə insanlara kömək etməyə çalışıb, edib də. Amma öz oğluna kömək edə bilmədi. Atam xeyirxahlıq etməyi xoşlayırdı. O, heç vaxt xadimə ilə xadimə kimi rəftar etməzdi. Deyirdi, elə rəftar onun qəlbinə toxuna bilər. Tələbələrinə qarşı həmişə çox diqqətli olardı. Universitetdə dərs deyəndə Əsgər adlı bir tələbəsi vardı. Hər maaş vaxtı həmin tələbəyə tapşırardı ki, onun maaşını alıb kasıb tələbələrə paylasın. Atam həmişə mənə deyirdi ki, heç vaxt uşaqları imtahandan kəsmə. Qoy, nə bilirlər danışsınlar. Tələbədir bilə də bilər, bilməyə də. Heç bir tələbənin ürəyini qırma.

- Həsən müəllim oğlunun faciəsindən sonra da çox az yaşadı...

- Atam gizli-gizli qardaşımın qəbrinin üstünə gedirdi. Biz bilməmişdik. Bunu o, rəhmətə gedəndən sonra dostları dedilər. Evdə də qardaşımın şəklini divara vurmuşdu. Bəzən işdən gələndən sonra saatlarla əyləşib onun şəklinə baxırdı. Bir dəfə qəfildən anama dedi ki, mən ölsəm, məni Daşqının yanında basdırın, başqa yerə aparmayın. Bu sözlərin üstündən heç bir həftə keçmədi, atam dünyasını dəyişdi. Onda atam üçün Fəxri xiyabanda yer hazırlanmışdı. Nazirlikdən, İcra hakimiyyətindən gələn rəsmilər çox israr etdi ki, atam Fəxri xiyabanda dəfn olunsun. Anam dedi ki, özünün istəyi, vəsiyyəti oğlunun yanıdır. Bir xeyli məsləhətləşmələrdən sonra təzədən atam üçün qardaşımın yanında qəbir qazıldı, orda dəfn olundu.

- Qardaşınız zahirən Həsən müəllimə çox oxşayırdı.

- Elədir. Bizim içimizdə atama ən çox oxşayan o idi. Mən Daşqını həm də atama, onun ifa etdiyi Gəray bəyə çox bənzədiyi üçün çox istəyirdim. O, məndən on altı yaş böyük idi. Mən ona həm də ata kimi baxırdım. O, da mənim üstümdə yarpaq kimi əsirdi, məni hər şeydən qoruyurdu. Daşqın rəhmətə gedəndən sonra atama da deyirdim ki, səni qardaşım kimi çox istəyirəm.

- Həsən müəllimin çox gözəl teatral səsi olub. Onu düşünəndə səsini eşidirsiniz?

- Eşidirəm. Hərdən radioda axşamlar onun ifasında qəzəllər səsləndirilir. Elə bilirəm ki, atam yanımdadır. Yuxuda atamı tez-tez görürəm. Görüşürük, harasa gəzməyə gedirik. Hər şeyi yuxu yox, real həyat kimi yaşayıram. Amma səhər açılanda yuxunun sona çatdığını bilib məyus oluram. Hələ də inana bilmirəm ki, atam dünyadan köçüb. O, mənimlə həm qız, həm bacı, həm də dost kimi ünsiyyət saxlayırdı. Anam deyir ki, sən anadan olanda atan sevincindən hər kəsə şirinlik paylayırdı.

- Atanızla ananız bir-birlərini sevib nişanlanıblar. Amma ananızın valideynləri sonradan onların evlənməsinə razı olmayıblar.

- Atamla anam bir məktəbdə oxuyublar. Atam anamdan iki sinif yuxarı oxuyub. Nənəm elə əvvəldən anamın atamla ailə qurmasına razı olmayıb.

- Səbəb nə idi?

- Atamın həm aktyor, həm də bakılı olması nənəmin xoşuna gəlməyib. Anam əslən Şuşalıdır, Qasım bəy Zakirin nəticəsidir. Həm də evin tək qızı olub. Babamgil də tək qızlarının bakılı ilə ailə qurmasını istəməyiblər. Atamın ailəsi də deyiblər ki, biz bakılıyıq, qarabağlı qız almarıq. Atamla anam bir-birlərini çox seviblər. Anam danışırdı ki, atamla görüşüb evə qayıdandan sonra o, yenə evə getmirmiş, anamın pəncərəsinin altında dayanıb siqaret çəkirmiş. Ailələr məcbur qalıb onların nişanlanmasına razı olublar. Amma sonradan anamın ailəsi fikrini dəyişir, anamı başqasına vermək istəyirlər. Anam da evlərinə heç nə demədən atama qoşulub nikah idarəsinə gəliblər. Özlərinə yüngülvari toy da ediblər. Amma anamın atası ölən günə qədər atama oğlum dedi. Atam da onun bir sözünü iki etmədi.

- Atanızın qadınlara münasibəti necə idi?

- Aktyor dostları sonradan danışırdılar ki, qızlar, qadınlar axşam tərəfi “Azdrama”nın qarşısına yığışarmışlar ki, atam ordan keçəndə onu görsünlər. Ancaq sizə düzünü deyim ki, o, anamdan başqa heç bir qadını sevməyib. Düzdür, səhnədə rollarını elə ifa edirdi ki, tamaşaçı elə bilirdi Həsən Turabov səhnədəki qadını sevir. Amma həyatda ancaq anamı sevibdi. Anam da onu qısqanmayıb. Anam cavan olanda atam onu bütün çəkilişlərinə, tamaşa məşqlərinə özü ilə bərabər aparıb. Anam bir növ atamın yanında böyüyüb, yaşa dolmuşdu. Amma mən atamı çox qısqanırdım. İşdə qızlar atamdan danışanda, onu tərifləyəndə acığıma gəlirdi. Atamın yanında olanda ona başqa qadınlar yaxınlaşanda, xoş söz deyəndə də qısqanırdım.

- Ən çox kimlərlə dostluq edirdi?

- Kamal Abdulla, Eldar Quliyev, Vaqif İbrahimoğlu, Azər Paşa Nemətov bizə gəlib gedən adamlar idilər. Onlarla ailəvi dostluğumuz vardı. Amma siz deyən qədər də məclis adamı deyildi. Hər halda mən evimizdə dost-tanışlı böyük məclislər görməmişdim.

- Atanızın tamaşalarına gedirdiniz?

- Demək olar ki, bütün tamaşalarına gedib baxırdıq. Çox vaxt məni özü ilə tamaşadan əvvəl qrim otağına da aparırdı. Amma tapşırırdı ki, ona mane olmayım. Çünki mən çox nadinc idim. Bəzən aktrisalar məni öz otaqlarına aparırdılar, teatrı gəzdirirdilər ki, atama mane olmayım. Yadıma gəlir “Ölülər” tamaşasının fasilə vaxtı pərdə arxasına keçib aktyorlara tamaşa edirdim. Atam həmin tamaşada Kefli İskəndər rolunu ifa edirdi. Aktyorların çoxunu televizorda görmüşdüm deyə mənə qəribə gəlirdi. Rəhmətlik Yaşar Nuri bir dəfə atama dedi ki, Turabov, bu qız sənin bütün tamaşalarına, məşqlərinə gəlib baxır, deyəsən aktrisa olacaq. Atam da kəskin şəkildə demişdi ki, qoymaram onu aktrisa olsun. O, anası kimi müəllimə olacaq.

- Məşqlərdən yadınızda nələr qalıb?

- O, çox dəqiq aktyor idi. İşi, məşqi yola verməyi sevməzdi. Tərəf müqabili nəsə bilməyəndə, ya çaşanda atam ona mütləq kömək edirdi ki, sözlər onun yadına düşsün, çaşmasın. Atam həmişə deyirdi ki, aktyor rolunu elə ifa etməlidir ki, tamaşaçı elə bilsin ki, onlar bir-birini həqiqətən sevirlər, ya da bir-birlərinin düşmənidirlər. Bir dəfə atam məni kinostudiyaya “Yeddi oğul istərəm” filminin çəkilişlərinə aparmışdı. Səkkiz, doqquz yaşım olardı. Uzaqdan gördüm ki, rəhmətlik Həsən Məmmədov bizə tərəf gəlir. Həsən müəllim bizə yaxınlaşıb görüşmək istəyəndə ona dedim ki, sən mənim atamı öldürmüsən. O da gülə-gülə mənə yaxınlaşıb başımı sığalladı. Dedi, qızım, o kino idi. Biz lazım gəlsə, kinoda dost da olmalıyıq, düşmən də. Amma həyatda mən sənin atanın dostuyam.

- Bildiyimə görə, Gəray bəy roluna da onu çəkmək istəməyiblər, deyiblər ki, bu rol üçün çox gəncdir.

- Atam Mehdi Məmmədovun tələbəsi olub. Diplom tamaşasında Hacı Qara rolunu atam ifa edib. Rəhmətlik Adil İskəndərov atamı həmin rolda görüb və yadında saxlayıb. “Yeddi oğul” filmi çəkiləndə Gəray bəy rolu üçün xeyli aktyor sınaq çəkilişinə dəvət olunub, amma heç kim təsdiq olunmayıb. Adil müəllim deyib ki, mən istəyirəm, Mehdi Məmmədovun tələbəsini, Hacı Qaranı ifa edən oğlanı da yoxlayaq. Atamı qrimləyib sınağa gətirəndə hamı deyib ki, Gəray bəy elə bu oğlandı. Atamın onda otuz yaşı olub. Otuz yaşında oğlan altmış yaşında kişini canlandırıb.

- Həsən müəllimin Qacar rolunu ifa etmək arzusu olub?

- Olub. Atam hazırlaşırdı ki, Qacarı oynasın. Qismət olmadı.

- Özünün ən çox sevdiyi obraz hansı idi?

- Gəray bəy obrazını çox sevirdi. Mən uşaq olanda nənəmgilə gedirdim. Uşaqlar məni görən kimi Humay, Humay, Gəray bəyin qızı, atan sənə görə Cəlalı öldürdü deyib qışqırırdılar. Mən ağlayıb nənəmin yanına qaçırdım.

- Gəray bəy roluna görə Həsən müəllim özünə qarşı aqressiv tamaşaçı münasibəti olmuşdu?

- Yox, mən elə əhvalat xatırlamıram. İsmayıl Osmanlıya qarşı sərt münasibət olmuşdu. “Yeddi oğul istərəm” filminin ssenarisinə uyğun olaraq əslində Cəlala son gülləni də elə Kələntər dayı vurmalıydı. Amma atam çəkiliş vaxtı dözmür, güllə ilə özü Cəlalı vurur. Elə güclü aktyorlar da çəkiliş vaxtı hansısa improvizə, dəyişiklik edəndə rejissorlar onlara heç nə demirdilər, qadağa qoymurdular. Həmin filmin sonluğunda da ssenariyə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Amma atam deyir ki, bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha yaxşı alınar. Çəkiliş heyəti də atamla razılaşır.

- Evdə rolları üzərində işlədiyini xatırlayırsınız?

- Olurdu. “Bizim qəribə taleyimiz” tamaşasının məşqlərinə evdə hazırlaşmasını xatırlayıram. Otağa girib qapını ardınca bağlayırdı. Biz bilirdik ki, həmin otağa girmək olmaz. O, özü nə vaxt otaqdan çıxırdısa, biz onda onun yanına gəlirdik. Səsini isə eşidirdik. Elə bil səsli tamaşaya qulaq asırdıq. Roldan çıxandan sonra evdə Həsən Turabov idi. Bir dəfə atam, Yaşar Nuri və Siyavuş Aslan Bulvarda gəzirmişlər. Yoldan keçənlər onları tanıyıb yaxınlaşıb görüşüblər. Kimsə Yaşar Nuridən və Siyavuş Aslandan xahiş edib ki, tamaşadan bir monoloq söyləsinlər. Atam onları qoymayıb. Deyib, nə olsun, aktyorsunuz, siz teatrda aktyorsunuz, sizi aktyor kimi görmək istəyən gəlib teatrda tamaşalarınıza baxsınlar.

- Həsən müəllimi aktyorlarla münasibətdə bir az ziddiyyətli adam da hesab edirdilər. Fuad Poladovla münasibətlərinin o qədər də yaxşı olmadığı deyilir.

- Aktyorlarla münasibətləri pis deyildi, yaxşıydı. Amma Fuad Poladovla küsülü olduqlarını eşitməmişəm. Mən öz gördüyümü deyə bilərəm. Atamla Fuad Poladovun iştirak elədiyi “Hamlet” tamaşasına gedib baxmışdıq. Tamaşadan sonra atam Fuad Poladovla rastlaşanda da onlar çox mehriban görüşmüşdülər. Atamın onu Hamlet roluna görə təbrik etdiyini də yaxşı xatırlayıram. Ümumiyyətlə, mən onunla nə zaman teatrda olmuşamsa, kiminsə atama soyuq münasibətdə olduğunu görməmişəm. Atam da elə adam olmayıb. Dost olduğu adamlarla həm də qardaş olub. O, öz kitabından gələn qonorarı tanımadığı insan üçün verib ki, uşağını əməliyyat etdirsin. Heç məbləği də bilməyib. Bu kimi əhvalatların şahidləri var.

- Həsən müəllimin son günlərini necə xatırlayırsınız?

- Ürəyinə görə atamın ayaq damarlarında əməliyyat aparmışdılar. Bir gün ayaqlarını açıb mənə göstərdi, dedi, Sevinc bax, ayaqlarım yavaş-yavaş sağalır. Səhəri gün anamla televizora baxdı, xeyli dincəldi. Sonra gəldi otağa məndən soruşdu ki, Daşqın hanı? Bunu deyəndən sonra ürəyi tutdu, elə ayaq üstəcə divara söykəli keçindi. Eyni ilə “Yeddi oğul istərəm” filmindəki Gəray bəy kimi keçindi. Biz bilmədik, o, oğlu Daşqını çağırırdı, yoxsa nəvəsini.

Mən sizə bir söz deyim, atam oğlundan sonra yaşamaq istəmirdi. Dərmanlarını da atmırdı. Yalandan deyirdi ki, özümü yaxşı hiss edirəm. O, nə yaşadısa, bizim sayəmizdə məcburən yaşadı. Amma mən həmişə demişəm, yenə də deyirəm. Nə qədər mən yaşayıram, atam da mənimlə yaşayır. Mən onu ölmüş adam kimi qəbul etmirəm. Hara gedirəmsə də onun nəfəsini, kölgəsini öz üzərimdə hiss edirəm. Özümü heç vaxt tək hesab etmirəm. Onun sənətkarlığı, rolları, adı, soyadı həmişə mənimlədir. Hətta indi sizinlə söhbət edirəm, onun ruhunu öz yanımda hiss edirəm. Bəlkə bu da bir təsəllidir. Amma bu belədir.

- Belə ağır itkilərdən sonra Həsən Turabov kimi böyük sənətkarın qızı olmağınız sizə təskinlik verir?

- Onun adı məni həmişə diri saxlayır. Mən elə bilirəm atam sağdır. Çox adam məni zahirən də ona oxşadır. Küçədə, bayırda görəndə yaxınlaşıb onun qızı olub olmamağımı xəbər alırlar. Onun adına hörmət bu gün də yaşayır. Harasa gedəndə, nəsə lazım olanda, biləndə ki, Həsən Turabovun qızıyam mənə mütləq yuxarı başda yer göstəriblər. Yəni belə şeylər də olub, dana bilmərəm. Atam da həmişə deyirdi ki, mən rəhmətə gedəndən sona da mənim ailəmə həmişə hörmət edəcəklər. Xalq onu sevirdi. O, rəhmətə gedəndə tabutunu səhnəyə qoymuşdular. Aparıcı bildirdi ki, ailə üzvləri gəlib mərhumla vidalaşsınlar. İnanın biz güclə səhnəyə çıxdıq. Adamların qarşısını almaq olmadı, biz ailə üzvləri kənara sıxışdırılmışdıq. İnsanlar əlini onun tabutuna toxundurmaq, onunla son dəfə vidalaşmaq istəyirdilər. “Azdrama”dan “Azad qadın” heykəlinin yanına qədər adamlar onun tabutunu çiyinlərində apardılar. Əmim çiynini tabutun altına vermişdi. Əmimin əlindən belə atamı aldılar. Adamlar bizə deyirdilər ki, o, sizin üçün evdə ata, qardaşdı. Burda Həsən Turabov xalqın adamıdır. Mən ona qədər də bilirdim ki, insanlar atamı sevir, amma onda bir daha əmin oldum.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bu gün, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Bu gün, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52
AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48
Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40
Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35
Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru