Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

"Başqa kişinin əlinin altında oğlumu ürəyim istəyən kimi böyüdə bilməzdim, ona görə də..."
Tarix: 13-09-2021, 09:30 | Çap et
"Başqa kişinin əlinin altında oğlumu ürəyim istəyən kimi böyüdə bilməzdim, ona görə də..."
Bakı Uşaq və Gənclər Teatrının aparıcı aktrisası Sovqat Səmədova Moderator.az-ın suallarını cavablandırıb.

- Sovqat xanım, sizi əksər tamaşaçılar “Buğlama” serialından tanıyıblar. Amma mən bilirəm ki, siz uzun illər Şəki Dövlət Dram Teatrında çalışmısınız. İstərdim söhbətimizə teatr həyatından danışmaqla başlayaq.

- Öncə onu deyim ki, mən bir “Buğlama” serialı ilə tanınmamışam. Mən nə qədər serial və filmlərdə oynamışam. 40 il Şəki Dövlət Dram Teatrında işləmişəm, 9 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Sənətə 1972-ci ilin aprel ayında xalq teatrından başlamışam. 1995-ci ilin may ayında Şəkidə Dövlət Dram Teatrı bərpa olunub, biz xalq teatrının 4 nəfər aktyoru bu teatra imtahan yolu ilə qəbul olunmuşuq. O vaxtdan 2012-ci ilin dekabr ayına qədər bu teatrda aktrisa olaraq çalışmışam, sonra Bakıya gəlmişəm. Şəkidə işlədiyim müddətdə kinostudiyada bir çox filmlərdə çəkilmişəm. “O dünyadan gələn səs”, “Əsgər gəlir”, “Qız yükü”, “Döngələr”, “3 bacı”, “Niyə? 2” “Qızqaçırtma 2”, “Bir qadın” serial və filmlərində müxtəlif rollar oynamışam. 3 ildir ki, “Buğlama”da iştirak edirəm. Mövsüm açılsa da, hələ işə başlamamışıq. 75 yaşımın olmasına baxmayaraq, sənətdən ayrılmağı heç cür ağlıma gətirmirəm. Heç dayanmaq fikrim də yoxdur. Mən yenə də dünyaya gəlsəydim aktrisa olardım, çünki aktrisa olmaq üçün çox çətinliklərdən keçmişəm, ölümdən qayıtmışam, döyülmüşəm, söyülmüşəm, başıma gəlməyən faciə qalmayıb, amma sənətimdən dönməmişəm. Çünki mən sənətimi çox sevirəm. Bilmirəm bundan sonra nə olacaq, amma Allah ömür versə, yenə də rollar oynamaq istəyirəm.

- Dediniz ki, döyülüb, söyülmüşəm. Kim sizi döyüb?

- Məni anam, qardaşım döyüb. Aktrisa olmağımı istəmirdilər. 3 il öz yurdumda, öz yerimdə, Şəki şəhərimdə mənə salam verən olmadı. İnsanlarda belə bir düşüncə var idi, səhnəyə çıxırsa, pozğun qadındır. Araq içirdib arxamca adam göndərmişdilər ki, məni öldürsün. Yadımdadır, teatrda Cəfər Cabbarlının “Aydın” əsərinin tamaşasında Böyükxanım obrazını oynayırdım. Səhnəyə hücum etdilər, nəzarətçi polis çağırıb onları yığışdırdı. Mən çox bəlalar, zülmlər görmüşəm, amma mübarizəmi də sona qədər aparıb qalib olmuşam. Atam avtomobil qəzası keçirmişdi, qardaşım da hərbi xidmətdə idi. Anam məni Şəkidə ipək fabrikinə işə düzəltmişdi. Zavodda nahar fasiləsinə çıxırdıq. Anam mənə evdən əl boyda çörək qoyurdu, bir də 20 qəpik pul verirdi. 15 qəpiyə mən bir porsiya şorba almalı idim, 5 qəpiyə də bir stəkan çay içməli idim. Bu mənim normam idi. Mən 20 qəpikləri xərcləmirdim, yığırdım, 1 manat edib yanımdakı iş yoldaşıma verirdim. Ondan xahiş edirdim ki, mənim yerimə də işi idarə etsin, mən 1 saatlıq məşqə gedim. Anam bilmirdi ki, mən məşqə gedirəm. Xalq teatrının üzvü olduğuma görə bütün konsert proqramlarında iştirak edirdim. Yadımdadır, “Muğana Ceyran” mahnısı yeni populyarlıq qazanmışdı, mən də bu mahnını ansamblla birgə oxuyurdum. Anam hardansa xəbər tutub konsertə gəlmişdi. Birdən gözüm sataşdı anama, gördüm ki, qapının küncündə dayanıb mənə baxır. Nitqim kəsildi! Gəlib səhnəyə çıxdı, o vaxt gözəl hörüklərim var idi, saçımı əlinə dolayıb sürüyə-sürüyə apardı məni. Evə çatana qədər sürüdü. Məni kəndirlə bağlamışdı. Əgər dayım tez çatmasaydı bəlkə də anam başımı kəsəcəkdi. Mən elə əzablı günlər görmüşəm.

- Sonradan həyat üzünüzə güldü?

- Ailəm 3 il məni danışdırmadı. 3 ildən sonra baxıb gördülər ki, səhnəyə çıxan qadınların hamısı pozğun olmur. Bu insanın özündə, canında, xilqətində yoxdursa, sənət bir şey edə bilməz. Ondan sonra başladılar yavaş-yavaş mənə yaxınlaşmağa, salam verməyə. Teatrda “Namus” əsərinin tamaşasında oynadığım Şifanik obrazına görə mənə ev verdilər. Çünki mən yaranmış vəziyyətə görə ailəmdən uzaqlaşmışdım, kirayədə qalırdım. Evim oldu, camaat başladı mənimlə yaxınlaşmağa, hörmət etdilər. Sonradan ailəmin fəxri bir üzvü oldum.

- O vaxt təxminən neçə yaşınız olardı?

- Mən 18 yaşında ailə həyatı qurmuşdum, bir oğlum olmuşdu. Daha sonra həyat yoldaşım qəzada dünyasını dəyişdi. Mən xalq teatrına gedəndə 22 yaşım tamam idi, 23 yaşıma yeni keçmişdim. O yaşımdan həyata tək atılmışam, indiyə qədər də təkəm. Oğlumu böyüdüb oxutdurmuşam, ali təhsil verib, evləndirmişəm, 2 nəvəm var. Hazırda nəvəmlə birlikdə yaşayıram.

- Ömür-gün yoldaşınızı sevib evlənmişdiniz? Onun sənətinizə münasibəti necə idi?

- Həyat yoldaşımla ipək fabrikində işləyəndə tanış olmuşdum. Orada yoldaşımla bir briqadada işləmişik, həm də axşam məktəbində də bir sinifdə oxuyurduq. O məndən 2 yaş böyük idi. O vaxtı mən zavodda işləyəndə də xalq teatrına gedirdim. O bilirdi ki, mən bu sənəti sevirəm. Ailə həyatı qurandan sonra qaynanalı, qaynatalı evdə yaşayırdım, ona görə də özüm sənətdən ayrıldım.

- Həyat yoldaşınız dünyasını dəyişəndən sonra niyə ailə həyatı qurmadınız?

- “Həyat insanın üzünə ilk dəfədən gülmürsə, sonradan buludun altından çıxan günəş də adamı yandırır” deyirlər. Mənim bir oğlum var idi, ömrümü ona verdim. Başqa kişinin əlinin altında oğlumu ürəyim istəyən kimi böyüdə bilməzdim, ona görə də onu heç kimə dəyişmədim. Bunu mənim vicdanım götürmədi. İstəyənlərim də çox idi, amma dedim ki, mən oğul böyüdürəm, sabah onun üzünə şax baxmalıyam.

- Saçınızı hər zaman ağ görmüşük. Niyə onları boyamırsınız? Olmaya bunun xüsusi səbəbi var?

- Saçlarım çox cavan yaşımdan ağarıb. Ağ saç el sözü ilə desək, mənə yaraşır, nuranilik verir. Çox adamlardan özüm haqda belə eşitmişəm. Mənim cavan qardaşım ölüb, 18, 24 yaşında qardaşımın balaları dünyasını dəyişiblər. Başımıa tez-tez müsibətlər gəlib. Bu dərdlərə dözməyib saçlarım çox cavan yaşlarımdan ağarıb. 45 ildir ki, ağ saçlarla gəzirəm. Ürəyimdən gəlmir onları boyayım. Həm də bundan sonra nə mənası var? Mən ana, nənə rolları oynayıram, rejissorların bu saç rəngi xoşlarına gəlir. Özümün də belə çox xoşuma gəlir, təbiiliyi çox sevirəm. Təbii olmaq istəyirəm.

- Sovqat xanım, çox səmimi insansınız. Məncə, bizim sənətçilərdə səmimiyyət çatmır.

- Sadəlik və səmimiyyət həqiqətən də insana baş ucalığı gətirir. Səmimiyyət nədir? Yalan demirsən, özündən artırmırsan, nəyin var odur da. O vaxt fotoqraflar var idi, kimsə şəkilini bəyənməyəndə ona deyirdi ki, “Əşşi, nəsən, osan da. Nə qoyum ora mən?”. Onun sözü olmasın, nəsən, osan da. Mən olduqca sadə insanam, paltarımda da, geyimimdə də, iş yoldaşlarımla rəftarımda da. Sadəliyi, səmimiyyəti, düzgünlüyü sevirəm. Çox xahiş edirəm, bu sözlərimi səmimi qəbul edin, özündən razılıq kimi yox.

- Baxan deməz ki, heç aktrisasız. Adətən, aktrisalar bərli-bəzəkli donlarda gəzir, bahalı həyat yaşayırlar.

- Bərli-bəzəkli də geyinmək olar, kosmetikadan da istifadə etmək olar. Belə olan halda insanın xarakterində nə dəyişir? Mən Hökməli kəndində yaşayıram. Hökməlinin necə bir kənd olduğunu hər kəs bilir. İnanırsınızmı mən burada nə qədər hörmət qazanmışam?! Bütün Hökməli cavanları mənə “bibi”, bəziləri isə “Şəkili xala” deyir. Çox adam elə bilir ki, mən Hökməlidənəm. Mən əvvəl də sadə olmuşam, sadəlik mənim həyat prinsipimdir. Amma insan bir az özünə qadın hörməti qoymalıdır. Həddini aşıb, cızıqdan çıxmaq qəhrəmanlıq, gözəllik demək deyil. Hər zaman onu fikirləşmişəm ki, mən Azərbaycan qadınıyam, 5 adam məni necə tanıyırsa elə də qalmalıyam. Əndazədən çıxıb özümü ağızlara söz edə bilmərəm. Ölənə qədər də belə sadə yaşayacağam.

- Bakı Uşaq Teatrına gəlişiniz necə oldu?

- O vaxt Şəki Dövlət Dram Teatrı təmirə bağlanmışdı, işsiz idim. Bakıya gəlmişdim, mənim dayımın qızı Nahidə xanım Bakı Uşaq və Gənclər Teatrında dərzi işləyirdi. Onunla biz gəldik teatra gəzməyə. Orada İntiqam müəllimlə tanış oldum, o mənə dedi ki, sizin ana obrazlarınızı görüb, bəyənmişəm. Nəsə aramızda belə söhbət oldu. Az müddətdən sonra İntiqam müəllim məni bir tamaşada oynamaq üçün teatra dəvət etdi. Oynadım, mən belə məsləhət görüldü ki, müqavilə ilə teatrda çalışım. Lap düzünü də sizə deyəcəyəm. “Qız yükü” serialının sonuncu çəkilişləri idi, Biləsuvara çəkilişə gedirdim. Yolda olanda Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin katibəsi zəng edib mənə dedi ki, sabah səhər saat 10-da teatrda olun. Gecə ilə çəkiliş bitər-bitməz çıxıb getdim teatra. Mirbala gəldi, dedim ki, Mirbala gəlmişəm, çağırmısan, nə iş var? Dedi ki, yeni ilə tamaşa hazırlayıram, sən küpəgirən qarını oynayacaqsan. Dedim ki, mənim gözüm üstə, ssenarini ver. Ssenarini aldım yazdım, günorta mənə serialdan zəng etdilər ki, sonuncu çəkilişdir, bir gün gəl çəkil get, artıq serialı bağlayırıq. Dedim ay Mirbala, mən ssenarini yazmışam, uşaqlar hələ heç başlamayıb, mənə 2 gün icazə ver. Mirbala da o vaxt çox əsəbi idi, dedi ki, olmaz! Dedim ay Mirbala, bu serialdır, mən mütləq getməliyəm, serial efirə getməlidir. Yenə də dedi ki, olmaz! Truppa müdirinə dedim, direktorla danışdım, yenə də mənə icazə vermədilər. Etmədim tənbəllik, Mirbalanın yanına gəlib yenə də ona yalvardım, dedim ki, iki gün icazə nədir ki, sən onu mənə vermirsən?! Dedi ki, gedirsənsə ərizə yaz get. Mən də ərizəni yazıb, truppa müdirinə verib, çıxıb gəldim. Bakıya gələndə İntiqam müəllim dedi ki, səni işə götürmüşəm, bu gündən etibarən Bakı Uşaq və Gənclər Teatrının işçisisən.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru