"Böyük bir rol deyil, amma ordakı qonorarım burada aldığım qonorardan qat-qat çoxdur"
Tarix: 20-09-2021, 08:25 | Çap et
 “Heç gözləmədiyim bir anda “Azerbaijan Actors Agency”-dən Səbuhi Məmmədov mənə zəng etdi ki, Rusiyada çəkiləcək bir film-serial üçün kastinq elan olunur. Qəhrəman da mənim parametrlərimə uyğun bir türk qızıdır. Kastinqdən uğurla keçdim, təsdiqləndim. Xeyli danışıqlardan sonra Moskvaya getdim. Rol aldığım “Diplomat-2” 12 seriyadan ibarət serialdır. Ekran işi Rusiyanın birinci kanalında yayımlanacaq. Baş rollarda isə Aleksandr Lazerev və Aleksandr Andreyenka çəkilir. Rusiyaya iki dəfə, avqust və sentyabr ayının əvvəlində səfər etdim. Mənim üçün çox maraqlı idi, yeni təcrübəm idi. Heç vaxt düşünmürdüm ki, Rusiyada çox məşhur aktyorlarla çəkilib, tərəf müqabili ola bilərəm. Çox peşəkar kollektiv var idi, hər şey çox yüksək səviyyədə keçdi” Bunu Moderator.az-a açıqlamasında bu günlərdə Rusiyada “Diplomat-2” serialına çəkilən Akademik Milli Dram Teatrının aktrisası Ləman İmanova bildirib. O daha sonra əlavə edib.
“Müxtəlif ölkələrdən sənətçilər çəkilişə qatılmışdı. Ekran işini Yevgeniy Esteqnevin şirkəti çəkirdi. Çox böyük bir iş ərsəyə gətiriblər. Rejissorundan tutmuş ən kiçik texniki işçiyə qədər hamı sənətçilərə hörmətlə yanaşırdılar. Mişa obrazını canlandıran mənim tərəf müqabilim Aleksandr Andreyenka türkcə danışmalı idi, türkcə bir kəlmə də bilmirdi. Çalışırdım ki, ona kömək edim ki, yaxşı danışsın. Onda bəzən alınırdı, bəzən isə yox. Bu səhnələr gülməli məqamlarla yadda qaldı (gülür). Amma sonunda yaxşı ki, danışa bildi. Böyük bir rol deyil, amma ordakı qonorarım burada aldığım qonorardan qat-qat çoxdur. Hətta 2-3 çəkiliş günüm olub, amma buna baxmayaraq qonorarım yüksəkdir. Üstəlik gedib-gəlməyimi də qarşıladılar. Elementar bir şeyi deyim sizə. Burada mənim üçün bileti ekonom yox, biznes klasla almışdılar. Bu da sənətçiyə olan münasibətin, hörmətin bir parçasıdır. Təbii ki, burada kastinq direktoru Səbuhi Məmmədovun da böyük rolu var. Çünki hər bir danışığı o aparırdı” deyə aktrisa bildirib. Sənətçi onu da bildirib ki, şansı gətirən aktrisalardandır.
“Hal-hazırda da “Bir qadın” serialında çəkilirəm. Həqiqətən də oradakı kollektivdən, prodakşının rəhbəri Yaşar Əhmədovdan, rejissorumuz Şahin Qəhrəmandan çox razıyam. Bunu söz xatirinə demirəm. Bundan əvvəl də bir serialda rol almışam. Mən heç bir seriala tanışlıqla getməmişəm. Məni son məqamda axtarıb tapıblar, hansı ki, düşünüblər ki, bu rolun öhdəsindən mən gələ bilərəm. Son illərdə seriallarım ardıcıldır. Düzdü, hamımızın arzusudur ki, seriallardan böyük qonorarlar alaq. Amma indiki vəziyyətdə buna da şükür. Bu sənət hər şeydən əlavə şans tələb edir. Elə bir nüanslar var ki, orada tanışlıq keçmir. Mənim Rusiyada çəkilməyim də böyük bir şansın nəticəsidir. Çünki mənimlə paralel bir neçə aktrisanın də həm fotosu, həm də videosu onlara göndərilmişdi. Biri var ki, filmə çəkilirsən, çıxıb gedirsən. Serial isə uzundur, ən azı 8-9 ay sən eyni kollektivlə çalışırsan, uzun yola çıxırsan. Uzun yollar da insandan gözəl münasibət, xasiyyət tələb edir. Bu ən vacib amildir. Çünki xasiyyəti yaxşı olmayan, hər bir mövzuda problem çıxaran insanları uzaq başı bir dəfə çəkə bilərlər. Sonra davamlı olaraq onlar çəkilmir” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|