"Bütün düşündüyüm xəyallarım gerçək olub"
Tarix: 27-09-2021, 11:10 | Çap et
 Xalq artisti, tanınmış virtüoz balaban ifaçısı və ustadı Əlixan Səmədovun Moderator.az-a müsahibəsini təqdim edirik:
- Əlixan müəllim, yaradıcılığınızda nə kimi yeniliklər var?
- Bu aralar Azərbaycan xalq mahnıları üzerində işləyirəm. İnşallah ən qısa zamanda "Azərbaycan xalq mahnıları" adlı bir albomum da işıq üzü görəcək. Bu günə qədər çalışmalarımda elektronik səslərdən çox istifadə etmişdim. Bu albomda isə dinləyicilərimin də istəyini nəzərə alaraq, sadəcə akustik olaraq hazırladım. İstanbulda yaşayan musiqiçi dostlarıma da, Çərkəz Yasəmin Dadaşova (Piano), Günay Məcidova (Aksu) (Nağara) və Alpər Uğurlar'a (Bas gitara) sizin vasitənizlə bir daha təşəkkür edirəm ki, bu çətin günlərdə məni yalnız qoymayaraq, mədəniyyətimizə daha bir musiqi albomu qazandırmaqda kömək etdilər. Bu albomu yaratmağımda məqsədim isə gənclərimizə bizim nə qədər gözəl musiqilərimizin olduğunu göstərməkdir. Bunu da qeyd edim ki, indiki bu çətin zamanda dünyadakı bir çox insanlar, yaşamının çox hissəsini evində keçirir. İnkişaf etmiş ölkələrdə insanlar, dünya musiqilərini dinləmək üçün ən çox istifade etdikləri "Spotify" programından da gördüyüm qədəyilə, xalq musiqilərimizə təlabat çoxdur. Hətda məni dinləyən aylıq dinləyici sayısı da hər gün artmaqdadır. Bu da milli musiqimizin nə qədər sevildiyini bir daha göstərməkdədir.
- Təbii ki, bu il siz də 30 ildən sonra Şuşa torpağına ayaq basdınız. O yurd yerlərimizə qayıtmaq üçün nə qədər narahat idiniz, darıxırdınız?
- Mən daha öncə Şuşamızda heç olmamışdım. Hər kəs kimi internetdən oxuduğum qədər məlumatım var idi. Amma sevənlərim, müharibə öncəsi hər zaman mənə yazırdılar ki, "İnşallah Şuşada da bir gün konsertinizi dinləməyə gələrik". Bu sözləri düşünərək hər zaman xəyal edirdim. Nədən olmasın ki? İnanın günlər, aylar keçir, müharibə başlayır və biz torpağlarımızı düşmən elindən geri alırıq. Heç gözləmədiyim bir gün özümü Şuşada görürəm. Bütün düşündüyüm xəyallarım gerçək olub və Şuşada səhnədəyəm, qarşımda isə Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev başda olmaqla, bir çox ziyalılarımız və mədəniyyət sahəsində əməyi keçən hər kəsi orda görmək, mənim üçün böyük bir sevinc idi.
Sevənlərimin duası ilə Allah mənə də Şuşanı görməyi nəsib etdi. İnanın Cıdır düzünün hər yeri mənə əsgərlərimizi xatırladırdı. Qaldığımız binanın balkonundan baxdığım zaman isə müharibənin izini hər yerdə görmək mümkün idi. Allah şəhidlərimizə bir daha rəhmət eləsin, ailələrinə səbr, gazilərimizə də, şəfa versin. O günlər artıq geridə qaldı, inşallah bir daha müharibə olmaz, Şuşamızdan və bütün ölkəmizdən hər zaman uşaqların gülüş səsləri yüksəlsin.
- 44 günlük Vətən müharibəsindən sonra yaşadığınız qardaş Türkiyədə bu qardaşlığın daha sıx münasibətini nə qədər hiss edirsiniz?
- İnanın Türkiyə xalqı o günlərdə elə bil ki, hamısı azərbaycanlı olaraq yaşayırdı. Hər qarış torpağımız alındığı zaman mənə o qədər təbriklər gəlirdi ki, sevincimdən gözyaşlarımı tuta bilmirdim. Bir daha görürdüm ki, doğurdan da "Bir millət, iki dövlət" olaraq hər kəs yanımızdadır. Mən az çox dünyanı gəzən insanam, inanın bizim millət kimi dünyada tayı, bənzəri olan ikinci bir millət yoxdur. Onun üçün ən böyük arzularımdan da biri odur ki, Allah hər kəsə dünyanı gəzməyi nəsib etsin ki, gerçəkləri görmə imkanları olsun.
- Bu gün 27 sentyabrdı, 44 günlük Vətən müharibəmizdən bir il ötür. Bu haqda nə demək istəyirdiniz?
- İnşallah Şuşamızın, eləcə də Qarabağ bölgəmizin bütün yaraları sarılsın, həyat normala dönsün, hər evdən uşaq səsləri gəlsin, bizlər də sevə-sevə o bölgədə yaşayan insanlarımız üçün konsertlər verək. Bilirəm, müharibədən bir il ötsə də, gecə-gündüz işlər davam edir. İnşallah ən qısa zamanda evindən ayrılmış ailələr, yenə də öz ata yurdlarına dönər və bu 30 il ərzində evindən ayrı yaşayaraq keçirdiyi acı günləri geridə qoyarlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Dünən, 18:15 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Dünən, 17:59 |
|
|
|
• “Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Dünən, 17:49 |
|
|
|
• Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Dünən, 17:46 |
|
|
|
• İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Dünən, 17:30 |
|
|
|
• Tramp Kiyevin hərəkətindən qəzəblənib
Dünən, 17:27 |
|
|
|
• Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Dünən, 17:20 |
|
|
|
• Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Dünən, 17:15 |
|
|
|
• Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Dünən, 16:52 |
|
|
|
• Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Dünən, 16:50 |
|
|
|
• Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Dünən, 16:45 |
|
|
|
• Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Dünən, 16:37 |
|
|
|
• Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Dünən, 16:17 |
|
|
|
• Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
• Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Dünən, 16:08 |
|
|
|
• Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:01 |
|
|
|
• Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Dünən, 15:59 |
|
|
|
• FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Dünən, 15:54 |
|
|
|
• 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Dünən, 15:49 |
|
|
|
• Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Dünən, 15:44 |
|
|
|
• Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Dünən, 15:20 |
|
|
|
• Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Dünən, 15:18 |
|
|
|
• Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Dünən, 15:06 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59 |
|
|
|
• Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 14:48 |
|
|
|
• Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 14:39 |
|
|
|
• Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Dünən, 14:30 |
|
|
|
• “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Dünən, 14:17 |
|
|
|
• Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Dünən, 14:11 |
|
|
|
• “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Dünən, 13:55 |
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Dünən, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Dünən, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Dünən, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Dünən, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Dünən, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 13:01 |
|
|
|
• Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Dünən, 12:48 |
|
|
|
• Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Dünən, 12:31 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21 |
|
|
|
• Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Dünən, 12:20 |
|
|
|
• Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Dünən, 12:15 |
|
|
|
• Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Dünən, 12:10 |
|
|
|
• Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Dünən, 12:01 |
|
|
|
• Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Dünən, 11:57 |
|
|
|
• Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:54 |
|
|
|
• Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Dünən, 11:37 |
|
|
|
• "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Dünən, 11:34 |
|
|
|
• “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Dünən, 11:18 |
|
|
|
• "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Dünən, 11:15 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Dünən, 11:11 |
|
|
|
|