Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                 

“Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”
Tarix: 26-10-2021, 16:52 | Çap et
“Allah hamını bu cür xanımlardan qorusun, ona aid olmayanı əldə etmək istəyir”
““Yuxu kimi” serialı ölkənin ən baxımlı, ən reytinqli serialıdır. Mənim də bir aktrisa kimi çoxdan arzum idi ki, rejissor Rövşən İsaxla çalışım. Çünki o hər zaman tamaşaçının nə istədiyini çox gözəl bilir. Rövşən İsax “Yuxu kimi” serialında Əsmər xarakteri üçün mənə müraciət edəndə təbii ki, çox həyəcanlandım, maraq mənə güc gəldi. Amma eyni zamanda düşündüm ki, öncə sınaq çəkilişi edək və görüm ki, bu obraz məndə öz həllini necə tapır?!. Sınaq çəkilişində Rövşən İsax mənim bu obrazı sona qədər oynamağımı istəmədi və yarıda saxlayaraq dedi ki, “Dilarə, bu dünyada nə içirsən, nə yeyirsən, necə yaşayırsansa hamısı halalın olsun”. O çox-çox bəyəndi, məndən razı qaldı və beləliklə biz birlikdə yola çıxdıq”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva deyib. O daha sonra əlavə edib.

“Təbii ki, tamaşaçılar məni bu cür serialla, belə bir obrazla gözləmirdilər. Yəqin ki, təəccübləniblər, bəziləri bəlkə də məni o serialda heç görmürlər. Hərhalda bu bir yaradıcı prossesdir. İnsanlar bəzən mühafizəkar yanaşırlar bu peşəyə. Düşünürlər ki, komediya aktrisasısansa mütləq komik obrazlarla tamaşaçı qarşısına çıxmalısan. Dramatik aktyorsansa mütləq dramatik obrazlar oynamalısan. Bəzən tamaşaçının qəbul etdiyi o sterotipləri qırıb-sındırmaq, onlara yeni bir dəst-xətt göstərmək lazım gəlir. Mən gedişatda həqiqətən də şahidi oluram ki, Rövşən İsax nəyi görmək istədiyini bilir və biz bu yolda da dəqiq, konkret addımlar atırıq. Hələ mənim yaradıcılığımda Əsmər kimi obraz olmamışdı. Tam yeni bir xəttdir, biz hələ onu ilmə-ilmə toxuyuruq. O ki, qaldı tamaşaçıların bu obrazı necə qəbul etməsinə? Hər bir tamaşaçının öz fikri, yanaşması var. Məni bu obrazla qəbul edənlər də, etməyənlər də var. Əsas odur ki, ortada görülən böyük bir iş, əziyyət, zəhmət və çox uğurlu bir layihə var” deyə Dilarə Əliyeva bildirib.

“Sizcə Əsmər haqlıdır? Həyatda qarşınıza elə qadınlar çıxsa münasibətiniz necə olar?” sualına isə aktrisa belə cavab verib.

“Əslində Əsmər kimi qadınlar çox təhlükəli və öz xoşbəxtliyini digərlərinin xoşbəxtliyi üzərində qurmağa çalışan xanımlardır. Onun xoşbəxt olmaq üçün özünə aid bir həqiqəti olmuş olsa belə. O bu şəkildə münasibət qurub, özünü xoşbəxt etmək istəmir. Belə münasibətlər müvəqqəti münasibətlər olur hər zaman. Çünki sənə aid olmayan bir insan demək ki, sənə aid deyil. Sənə aid olmayan bir şeyi zorla əldə etmək də düzgün deyil. Əsmər xanımı təbii ki, haqlı saymıram, çox təhlükəli insandır. Allah hər bir insanı bu cür hiyləgər xanımlardan uzaq etsin. Çünki qarşıda Əsmərin daha təhlükəli planları var” deyə aktrisa bildirib.

Dilarə Əliyeva sosial şəbəkədə adına açılan instaqram səhifəsindən də danışıb.

“Mənim instaqram hesabım yoxdur, çünki hələ ki, bu işlərlə ciddi məşğul olmağa hazır deyiləm. Bundan əlavə də məni sosial şəbəkələrdə narahat edən məqamlar var ki, onların həllini tapmamışam. İnstaqramda adıma açılan səhifəni məni çox-çox sevən, 11-ci sinif şagirdi olan bir xanım idarə edir. Mən onu şəxsən tanıyıram, arada o mənə zəng edir, mən onunla əlaqə saxlayıram. Mən ona belə bir səhifə açdığı üçün təşəkkür edirəm. Ona xoş olsun deyə və insanlar mənim sənətimdəki yenilikləri izləsinlər deyə mən o xanıma arada-sırada özümdə olan şəkillərdən göndərirəm, o da paylaşır. O məni diqqətdə saxladığı kimi, mən də çalışıram ki, onu diqqətdə saxlayım” deyə aktrisa bildirib.

Sabah doğum günü tamam olan aktrisanı da ilk olaraq biz təbrik etdik.

“Məni doğum günü münasibətimlə ilk təbrik edən siz, Moderator.az- oldu. Bu diqqətə görə sizə öz təşəkkürlərimi bildirirəm. Doğum günlərimi heç vaxt xüsusi qeyd etməyi sevmirəm, etmirəm də. Fikirləşirəm ki, qeyd etsəm həmin gün üçün insanlara böyük əziyyət vermiş olaram. Sözə çevirə bilmədiyim qəribə duyğular yaşayıram. Dəfələrlə olub ki, doğum günüm canlı efirlərə təsadüf edib, amma heç vaxt vurğulamamışam ki, bu gün mənim ad günümdür. Düşünürəm ki, diqqət tək doğum günlərində deyil, hər zaman olmalıdır. Mənə vacib olan odur ki, bütün münasibətlərin kökündə səmimiyyət olsun, ürəkdən istəsinlər bu yetər. Hədiyyə almaqdansa hədiyyə verib qarşı tərəfi sevindirməyi xoşlayıram. Mənə hədiyyə təqdim edəndə o qədər sıxılıram ki. Bu hiss məndən heç vaxt ötüb keçmir” deyə Dilarə Əliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni general yenə Hindistandadır
Bu gün, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Bu gün, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru