İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                 

"Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq" - ETİRAZ
Tarix: 4-12-2021, 08:48 | Çap et
"Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq"
Mətbuat Şurası və Yazıçılar Birliyinin təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda bir neçə gün öncə keçirilmiş toplantının məruzəçisi yazıçı-dramaturq Seyran Səxavət idi. Dəyərli ziyalımızın ana dilimizə həssaslıqla yanaşdığı zatən məlumdur. Bu dəfə isə S.Səxavət 2021-ci ildə cəmi ay yarımlıq müddətdə televiziya kanallarında müşahidə etdiyi dil qüsurları ilə bağlı danışdı. Mövzunun zəruriliyini nəzərə alaraq Seyran müəlimə zəng edib, öz sözləri ilə desək, “reanimasiyada olan dövlət dilimiz”in həyata qayıtması üçün hansı təkliflərlə çıxış etdiyini öyrənmək istədik. Dramaturq “məruzəmdə bütün məsələlərə toxunmuşam. Təkliflər də orda var”, dedi. Ana dilimizin – Dövlət dilimizin qorunmasına çalışan “Şərq” qəzeti də həmin məruzəni qısa ixtisarla oxucularımıza təqdim etməyi vacib bildi. Ümid edirik ki, oxucular arasında teleaparıcılar, telemüxbirlər, teleredaktorlar, tele-prezidentlər də olacaq.
“İki saat danışırsan, amma heç nə demirsən”

Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən, kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:

“Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi yerə tələsdim, orda anama baxış keçirdim, anamın üzərində təcili yardım həyata keçirdəndən sonra o, dirçəlməyə doğru getdi”. Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin dili deyilsə, deməli, Azərbaycan dili də deyil. Bəs onda nədi? Bu, Azərbaycan televiziya məkanının dilidi - evlərimizin ən üzdü qonağı olan televiziyanın. Qəzaya düşmüş anası haqqında müsahibə verən bu kəndli kişi kameranı görəndə kim olduğunu, harda doğulduğunu, hazırda harda yaşadığını tam unudur, televiziya dilində, sığallı-tumarlı, ənlik-kirşanlı, tənginəfəs yarımcan cümlələrlə danışmağa başlayır, o da bizim televiziya məkanı kimi mədəni, təmtəraqlı görünmək istəyir. Kənddən başqa bir müsahibə: “Durduğum yerdə maşınımın arxa nahiyəsindən həmlə edərək maşınımın arxa nahiyəsini əzdi, mən də maddi ziyana düşdüm, maşınımın orası da maddi ziyana düşdü”. Şərhsiz... Uzun sözün qısası: Ölkəmizdə fəaliyyət göstərən televiziyaların “qayğısı və diqqəti” sayəsində Azərbaycan dili elə bir vəziyyətə gəlib çatıb ki, bu dildə ara vermədən iki saat danışarsan və heç nə deməyə bilərsən - bu, əsl dəhşətdir:

Dilimizə kim qarğış edib?

Seyran Səxavət hazırda dövlət dilimizə münasibətdə baş verənlərin İkinci Dünya müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri xatırlatdığını deyir:

- Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin varlığında görünməmiş В«cərrahiyyə əməliyyatlarıВ» aparmaqla onu zəiflədir, nəticədə dilin В«astmasıВ» diaqnozu ilə üzbəüz qalırıq. Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər xalq öz dilini, dərinə getsək, özünü unudub televiziya dilində danışmağa başladısa, bu, başlanğıc deyil, sondur. Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların yeddi qatından keçən qarğışlar da var. Bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir: Dilin qurusun! Dilimizə kim qarğış eləyib - bizə ancaq etiraz eləmək qalır: Ağzından çıxsın qoynuna düşsün! Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq? Ümumiyyətlə, Dövlət dilimizə - ana dilimizlə bağlı münasibətdə ölünü də özbaşına qoymaq olmaz, yoxsa kəfəni yırtıb çıxar və bir də görərik ki, bu ölülər dünyanın hər yerindən boy verib görünən, nəhəng Palıd ağacının - Azərbaycan dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən, ya bilməyərəkdən - fərq etməz. Hər yoldan ötəni gətirib ona ekran etibar eləyəndə, o da özü kimi üzdəniraqları qonaq sifəti ilə (təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan dili ilə mazaqlaşacaqdı da. Onlar hardan bilsin ki, cümlə qurmaq Dövlət qurmaq qədər çətindir?!.

Aldı görək televiziyalarımız nə dedi

Yazıçı-dramaturq məruzəsində qeyd edir: “Ölkəmizdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu (Nəsimidən ayıbdı axı…) və mənim aləmimdə bu işlərə birbaşa cavabdeh olan Milli Teleradio Şurası var. Özü də hər iki təşkilatın adının əvvəlində Milli…Milli… Bu, milli olmadı ki, cənablar. Bəs, siz hara baxırsınız? Sizlərin bu gün hara baxdığını dəqiq bilməsəm də, deyərdim ki, zəhmət olmasa, Dövlət başçısına tərəf baxın… Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Yeri gəlmişkən deyək ki, belə sənədin imzalanması ilk deyil; yəqin ki, axırıncı da olmayacaq. Dilimizin saflığının ən yüksək səviyyədə dəstəklənməsi sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu yaşaya bilirikmi? Cavab xeyli qəlizdir və qəlizləşə-qəlizləşə də gedir. Bizim borcumuz bu gedişatın qarşısını almaqdır. Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar. Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır: Televiziyalar. Radiolar. Saytlar. Mətbuat. İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə olduğuna sizləri inandırmaq üçün keçək faktlara. Aldı görək televiziyalarımız nə dedi:

“Soyğunçuluğa imza atmış oğrular”. Belə çıxır ki, oğrular heç kəsə məlum olmayan qanun-qayda ilə soyğunçuluq eləyəndən sonra bu məsələni sənədləşdirir və altına da imza atırlar ki, bəli, oğru bizik. Heç elə də şey olar?!. Dünyanın heç yerində görünməyən məntiqsizlik zirvəsi. “Səhər yeməyini həyata keçirmək”. Sözüm yoxdu… “Yanğınsöndürənlər alova müdaxilə etdilər”. Sözüm yoxdu… “ Verilişimiz gözəl baş tutdu”. Ümumiyyətlə, В«baş tutduВ» sözündən birdəfəlik imtina etmək lazımdır, çünki bu söz birləşməsi mini təxribatdır, dilimiz bunsuz da yaşaya bilər. ”Güllələrə məruz qalerıx”. Bunu da televiziya dilində danışmaq istəyən xalq deyir. “Messi rəqiblə toqquşub yerə yıxıldı”. Mən bu yaşa gəlmişəm, kiminsə göyə yıxılmağını eşitməmişəm. “Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə isti təşkil edəcək”. “Külək topun hərəkətlənməsinə səbəb olur”. “Tualet təmizləməkdə güclü mütəxəssis (təmizləyici toz nəzərdə tutulur)”. “Jüri finalının biletləri satılacaq”. Jüri finalı nə deməkdi, axı?.. “Sahibsiz it məktəbdən gələn uşağı dişlədi”. İt dişləmir, tutur. “Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı”. İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur. “Camaatı təxliyyə etdilər”. Köçürdülər. “Axtarışı həyata keçirirlər”. Televiziya məkanında В«həyata keçirməkВ» sözünün bəxti açılmaq bilmir ki, bilmir. “Çoxlu izdiham gördük”. İzdiham elə çoxluq deməkdi (adam çoxluğu), əgər belədirsə В«çoxlu izdihamВ» nə deməkdi, hansı dildədi?. “ Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz qiymətə xalqa təqdim edirik”. Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri kənddən yarmarkaya gəlmiş adam deyir. “Balıq dadmayan balıq yağı”. “Üstdad kolbasaları”. Üst, orta və alt dad olmur- dad olur, ya da olmur. “Yaxşı, bərpa olub qurtardın?”. Bir kinofilmdən - demək istəyir ki, özünə gəldin? “Topu (futbol) başla tora yerləşdirdi”. (?) “ Hərarət (istilik) doqquz dərəcə şaxta olacaq”(?) “ Evakuator maşını cərimə meydançasına daşıdı”. Daşıdı yox, apardı. Daşımaq başqa şeydi. “Duş qəbul eləyin”. Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul edək. “Rəqib oyunçunun komanda yoldaşına ötürdüyü topu qarşılaya bilmədi”. Adamı qarşılayarlar, topu alarlar. “Ətləri (əti) basdırma eləmisiniz?” “Apteki fəaliyyətə salacaqlar”. “Kəpəyə qarşı çempion”… və ilaxır və sair. Bu cür misalların sayını nə qədər desən uzatmaq olar, nəticədə çox uzuuun bir yol alınar - lap elə burdan Şuşaya qədər…Bütün bunlar hələ mənim 2011-ci ildə televiziyadan bir ay, ay yarım müddətində ara-sıra götürdüyüm qeydlərdi. Özünüz hesabınızı götürün də… Orasını da deyim ki, dilimizi güvə kimi yeyən bu cür faktların, hansı ayın neçəsində, hansı televiziyanın hansı verilişində, saat neçədə və kim tərəfindən efirə getməsi də məlumdur. Dilimizin xətrinə zərurət yaransa onu da açıqlaya bilərik. Fevralın 21-də В«İdman” kanalında "Saraqoza" - "Real Betis" futbol komandalarının görüşündə şərhçi deyir: Bu hücum öz inkişafını tapa bilmədi. Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı. Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidi, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır - Dilin qısa qapanması.
“Xəstə dildə sağlam düşüncə olnur”

S.Səxavət qeyd edib ki, yuxarıda sadalanan saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürülmüş faktlar hələ açıqlanmayıb.

- Bu cür vəziyyətdə dil doğub-törəməz olur. Doğub-törəməz Dil isə sonsuz qadınlar kimidir, nəsil yavaş-yavaş itir. İnsanın nəsli itdiyi kimi, belə demək mümkündürsə, Dilin də nəsli itir. Çünki Dil insan deməkdir. Çünki İnsan Dil deməkdir. Dildəki bütün xüsusiyyətlər İnsanda, İnsandakı bütün xüsusiyyətlər dildədir. Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər korlamasaq, Dilin özünü qorumaq instinqdi - cəhdi daha da güclənər və gəlib bu vəziyyətə düşməz. Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu həm də demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə Az.TV-dəki В«ÜzbəüzВ» verilişində demişdim ki, В«öz dilini bilməyən azərbaycanlını mən emiqrant hesab edirəmВ». Belə В«emiqrantВ» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur. Sağlam düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir - aralıdan görüntüsü bəs eləyir… İmkan daxilində Azərbaycan dilinin - Dövlət dilimizin ərazisində baş verənlərlə tanış olduq. Vəziyyətin son dərəcə ciddi olduğunu bir daha anladım. Əgər təcili tədbirlər görüb konkret addımlar atılmasa, Ana Dilimiz komaya düşə bilər. Məşhur bir deyim var: Öz ordusunu yedirtməyən xalq, başqasının ordusunu yedirdər. Bu məntiqdən çıxış edərək: Öz dilini qorumayan xalq, başqasının dilində danışmalı olacaq. Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi -şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır. Mənim aləmimdə televiziyada Azərbaycan dili adı ilə dinləyicilərə sırınan cümlələr, cümlələrin içindəki sözlər çox əzilib-büzülür. Deyəsən, o cümlələrin, o sözlərin böyük əksəriyyətini gecələr Tbilisi prospektində adam şəklində görənlər olub... Dilin namusu elin namusudur - O toxunulmazdır! Bu, deputat toxunulmazlığına bənzəməz - Dilin namusuna toxunmaq, Torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır! Əks halda Ulu öndər Heydər Əliyevdən yadigar qalan konstitusiyadakı məlum və məşhur maddəni dəyişib belə yazmalı olacağıq: - Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan televiziya məkanının dilidir.

Təklif...

Seyran Səxavət Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan Televiziya məkanı olduğunu nəzərə alaraq təklif edib ki, birincisi, dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsin. İkincisi, dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar. Üçüncüsü, dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə - 100 manat cərimə olunsun. Dördüncüsü, dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun. Bu da kömək eləməsə həmin televiziyanın lisenziya məsələsinə yenidən baxılsın və lazım gələrsə fəaliyyəti dayandırılsın. Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq. Seçim özümüzündü. S.Səxavət qeyd etdi ki, bu təklifi radiolara, saytlara və yazılı mətbuata da tətbiq etmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru