“Gedib Laçında yaşamaq istəyirəm”
Tarix: 15-09-2023, 09:34 | Çap et
 “Çox adam soruşur ki, Laçına tez-tez getməyinin səbəbi nədir? Mən Laçında doğulmuşam, Vağazin kəndində. Laçında mədəniyyətlə bağlı bütün tədbirləri Bakı Abadlıq Xidmətinin adından mən həyata keçirirəm. Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva ilə birlikdə çalışıram. Çox sağ olsunlar ki, mənə güvənib, etimad göstəriblər. Laçın mənə çox doğmadır. Havası da, yerləşdiyi ərazi də əladır. Laçına gedəndə heç bir yerim ağrımır. Özümü orada gümrah hiss edirəm. Özüm getsəm də valideynlərimi hələ aparmamışam. Artıq yaşlaşıblar, atam zəif görür, yaxşı eşitmir. Anamın ayaqlarında problemlər var. İnşallah ki, səhhətləri yaxşılaşar, onları da apararam. Böyük oğlumu aparmışam ki, gedib nənəsinin, babasının yurdunu görsün. O da çox bəyəndi Laçını. Oranı bəyənməmək olar? ” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Mətanət Eres deyib. O daha sonra əlavə edib. “Dövlət teatrlarından Laçına ilk dəfə Şuşa Dövlət Musiqili Dram teatrı səfər edib. Bunu da mən təşkil etdim. Ondan 2 ay sonra Laçında təntənəli şəkildə şəhər günü qeyd edildi. Teatrımız yenə də gəlmişdi. Laçından Bakıya gələn kimi elə bilirəm ki, orada nəyimsə qalıb. Ora üçün darıxıram. İnşallah ki, yenidən gedəcəyəm. Köçüb Laçında yaşamaq istəyirəm, niyə də yox?” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, yaxınları Birinci Qarabağ müharibəsində şəhid olub. “1992-ci ildə qardaşım müharibəyə yollandı, idman ustası idi. Döyüşlərdə kontuziya aldı. 31 ildir ki, xəstəxanalarda, əsəb dispanserindədir. Bəzən evə gətiririk. Müharibə bizdən çox şeyləri aldı. Dayımı itirdim. Hansı ki, mənim ad günümdə dəfn etdilər. 1993-cü ildə universitetə daxil olmuşdum. O hər ad günümü bizə gəlirdi. Onsuz biz ad günü qeyd etmirdik. Mənə çox bağlı idi, uşaqları gec olmuşdu. Bibim oğlunu da itirdik. Məni Laçından o gətirdi. Xankəndinə getdik, ordan qatarla birbaşa gəldik. Əmilərim, anamın xalası uşaqları şəhid oldu. Onları elə kənddə ermənilər öldürmüşdü. 31 ildən sonra əzizlərimin qəbrini ziyarət etdim. Bibim 31 ildən sonra oğlunun məzarını tapdı. Dəfn edən bilirdi ki, əzizini harada basdırıb. Amma mən xalamın məzarını axtardım tapmadım. Qəbirlərin çoxu yox idi. Babam, nənəm, əmim, dayım Laçın deyə-deyə öldülər. Kaş onlar da bu günü görəydilər. Onların ruhu kəndimizdədir. Ruhları agah olub. Müharibə məndən çox şey aldı” deyə aktrisa bildirib. Aktrisa insanlar arasında yayılan “artistlik edir” sözünə də münasibət bildirib.
“Əzizim Lalə Azərtaşın verilişində bir qadın öz qohumu haqda “artistlik edir” ifadəsini işlətdi. Həqiqətən də özümdən çıxdım. Artistlərin adı çıxıb, adi insanlar artistlərdən betərdir. Biz yazıq aktyorlar illərdir universitetə ayaq döyürük ki, o diplomu alaq. Çəkilişlərdə gecəyə qədər oluruq. Mən verilişlərdə elə şeylər görürəm ki, vallah biz onu seriallarda istəsək də elə inandırıcı oynaya bilmərik. Sənətimizi ucuzlaşdırıb, asan ad qoymasınlar. Aktyorluq ən çətin sənətdir. Artistlik ayrıdır, afiristlik ayrı” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20 |
|
|
|
|