Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                 

Körpələrimizi kimlərə əmanət edirik? - ŞİKAYƏT VAR
Tarix: 3-10-2016, 09:05 | Çap et
Körpələrimizi kimlərə əmanət edirik?
Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar. A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib.

Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu.
Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir. “Biz valideynlər ümid edirdik ki, Aynur Mahmudova ilə Sədaqət Qəribova arasında barışıq olacaq, Aynur xanım yenidən iş yerinə qayıdacaq. Bakı Şəhər İcra Hakimiyyətindən də bizi arxayın etmişdilər. Lakin belə olmadı. Hətta bizim şikayətlərdən sonra işdən çıxarılmış tibb bacısını yenidən ora qaytardılar və dedilər ki, “balıq başdan iylənər”. Yaxşı, onda bu “balığın başı” ilə məsələni niyə həll etmirlər? Bakı Şəhər İcra Hakimiyyətinin gücü çatmır ki, bağçadakı özbaşınalığa, qanunsuzluğa son qoysun? Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi.
Onun sözlərinə görə, Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır.

“Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni döyüb. Öyrəndim ki, vaxtaşırı uşaqları dəmir xətkeşlə də cəzalandırırmışвЂ¦ Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik? Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”. Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq.

Sədaqət Qəribova bağçanı şəxsi mülkü kimi idarə edir, tibbi arayış olmadan uşaq götürür. Biri nəsə deyəndə də Sədaqət Qəribova cavab verir ki, “xoşuna gəlmirsə, uşağı burdan çıxar”.

Mən övladımı dövlətin bağçasına qoymuşam. Kim işini görə bilmirsə, o çıxıb getsin”, – deyə valideyn əlavə etdi. Digər valideynlər Günel Abbasova və Yaqut Abdullayeva da 38 saylı Uşaq Bağçasında uşaqların dəmir xətkeşlə döyülməsi, eləcə də tərbiyəçinin rus bölməsinə uyğunsuzluğa ilə bağlı şikayətlərini Qafqaznews.az-a bildirdilər. Biz adıkeçən tərbiyəçi Elnarə müəllimə (soyadını öyrənə bilmədik – red.) ilə də əlaqə saxladıq.

“Dəmir xətkeşlə uşaqları vurmaq düzgün deyil və mən də bunu etməmişəm. Mən bağçaya uşaq gətirmirəm. Sizin redaksiyaya gəlib, sizinlə görüşəcəyəm”, – deyə tərbiyəçi bildirdi.

“Valideynlər sizin rus dilini yaxşı bilmədiyinizi də deyirlər”, – deyə qeyd etdi. “Dedim axı, sizin redaksiyaya gəlib, sizinlə danışacağam”, – deyən tərbiyəçi dəstəyi asdı. Biz bağça direktoru Sədaqət Qəribovaya da zəng etdik. Özümüzü təqdim etdikdə əlaqə itdi və sonra S.Qəribovaya zəng çatmadı. Yazı sayta gedərkən, S.Qəribova özü bizə zəng edərək, az əvvəl telefonunun enerjisinin bitdiyini bildirdi.

“O qadın məni şərləyir. Aynur Mahmudovadan Apellyasiya şikayəti vermişik deyə, bizə qarşı təxribat aparmağa çalışır. Kamera yazısının yaddaşı beş gündür… Elnarə müəllimə rus dilini də bilir, uşaqlarla da yaxşı davranır. Onun qızını qucaqda gəzdirir ki, anası bir bəhanə eləməsin. Öz qızını bağçaya gətirməsi də yalandır. Mən özüm nəzarət edirəm, heç kim bağçaya uşaq gətirmir. Valideynlərə də bağçaya girmək qadağandır. Haqqımda əsassız iddialar yaymaqdansa, sübut eləsinlər. Araşdırma olub, amma onların dedikləri sübuta yetirilməyib”, – Qafqaznews.az əməkdaşının suallarını cavablayan S.Qəribova vurğuladı.

Məsələ ilə bağlı araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Bu gün, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Bu gün, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Bu gün, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru