Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir .....                     Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır .....                     Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi .....                     "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu .....                     "Nar" şəhid övladlarını sevindirdi .....                     Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR .....                     Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur .....                     Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı .....                     ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                 

“Hər şeyi Akif Çovdarovun əmrinə əsasən etmişik” - Təqsirləndirilən Səlim Məmmədov
Tarix: 5-11-2016, 09:46 | Çap et
“Hər şeyi Akif Çovdarovun əmrinə əsasən etmişik”
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərdən olan Səlim Məmmədovun ibtidai istintaqa verdiyi ifadələr məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, S. Məmmədov ifadəsində bildirib ki, özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilmir. O, törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək ifadələrində göstərib ki, 1992-ci ildən 2015-ci ilin noyabr ayının 2-nə kimi milli təhlükəsizlik orqanlarında xidmət edib, sonuncu göstərilən tarixdə polkovnik rütbəsində ehtiyata buraxılıb, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində sonuncu iş yeri Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsi olub. 2011-ci ilin aprel ayının 7-də xidməti vəzifəsini icra edərkən, aktiv əməliyyat tədbirini yerinə yetirərkən həyatına sui-qəsd edilib. Belə ki, Sərraf Xubayev, Namiq Şamilov və digərlərindən ibarət 9 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirərkən onun və Vüqar Muxtarovun üzərinə avtomobil sürülüb. İki dəfə ard-arda avtomobillə vurulub. Bu hadisə nəticəsində adı çəkdiyi cinayətkar qrup məsuliyyətə cəlb olunub və məhkəmənin 30 aprel 2013-cü il tarixli hökmü ilə ağır cəzalara məhkum ediliblər. Əməliyyat tədbirinin gedişatında aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının 30 iyun 2011-ci il tarixli rəyi ilə burnunun yumşaq toxumalarının əziyi, sol burun pərinin cırılmış yarası, baş beyin silkələnməsi halında kəllə-beyin travması, sol budun və bel nahiyəsinin yumşaq toxumalarının geniş sahədə dərialtı hematoması və sıyrığı aşkar edilmiş və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edildiyi təsbit olunub. Həmin hadisədən sonra aldığı xəsarətlə əlaqədar yaddaşında problemlər yaranıb. Mütəmadi baş ağrılarından əziyyət çəkir. Sağlamlığı ilə əlaqədar Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq xəstəliyi ilə bağlı təqaüdə çıxarılmağını xahiş etsə də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb cırıb atıb.

O bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkələrarası əməliyyat tədbirlərini təşkili və rəhbərliyini həyata keçirib. Həmçinin ABŞ-da, Ekvadorun paytaxtı Kito şəhərində və Rusiya Federasiyasında əməliyyat tədbirləri nəticəsində ümumilikdə tonlarla narkotik vasitələrin dövriyyədən çıxarılmasına nail olub, əməliyyat tədbirlərində fəal iştirak edib.

MTN rəhbərliyi dəyişildikdən sonra 2004-cü ilin dekabr ayında Ağstafa rayon bölməsinin rəisi vəzifəsindən azad edilərək bir ay yarım sərəncamda qaldıqdan sonra 2005-ci ilin yanvar ayında Anti-Terror Mərkəzinə baş əməliyyat müvəkkil vəzifəsinə təyin olunub. Fəaliyyəti müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalıb, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında idarə rəisi vəzifəsinə təyin olunub. Adı səslənən və ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hadisələrdə sırf şahid qismində iştirakı olub. Bütün davranışı, yəni hər hansı bir şəxsin MTN-ə dəvət edilməsi, söhbətlərin aparılması bilavasitə üzərində rəhbərliyi həyata keçirən Akif Çovdarovun əmri ilə olub, bu danışıqlar zamanı pul tələbi edilməyib, hədə-qorxu gəlinməyib. İttihamda adları çəkilən zərərçəkmiş şəxslər bilavasitə Akif Çovdarov tərəfindən qəbul edilib. Akif Çovdarovun qanunsuz danışıqlarının şahidi olmayıb və bu səbəbdən şəxslərin MTN-ə çağırılmasının qeyri-qanuni olmasını bilə bilməyib.

Bildirib ki, bütün davranışı Akif Çovdarovun əmri ilə həyata keçirilib, sonuncu tərəfindən ona verilmiş göstərişləri mübahisələndirmək səlahiyyətinə və vəzifəyə malik olmayıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bədəlov Zakir Dilənçi oğlunun qanunsuzluqlara məruz qalması epizodu üzrə dindirilərkən təqsirləndirilən şəxs Səlim Məmmədov göstərib ki, Zakir Bədəlov onunla qonşuluqda yaşayır. O, Zakir Bədəlovun işlətdiyi “Tamara-Borçalı” kafesində yubiley mərasimində iştirak edərkən dostu Tofiq Əliyev həmin vaxt onu Zakir Bədəlovla tanış edib, Zakir Bədəlovun həmin restoranın sahibi olduğunu bildirib, onun xəbəri olmadan Tofiq Əliyev onun mobil telefon nömrəsini Zakir Bədəlova da verib. Dostu Tofiq Əliyev dəfələrlə ona müraciət edərək Zakir Bədəlovun qohumu Akif Çovdarovla görüşmək istədiyini deyib. O da hər dəfə bu barədə Akif Çovdarova deyib, sonuncu isə vaxtı olanda Zakir Bədəlovla görüşəcəyini söyləyib. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun görüş təklifini qəbul etdiyini və onunla görüşəcəyini deyib. Zakir Bədəlovun onun qonşusu olduğunu bildikdə Akif Çovdarov ona Zakir Bədəlovu tez qəbul edib, tez də yola salacağını deyib. Bir neçə gün sonra o, Zakir Bədəlovu çağırtdırıb, Akif Çovdarovun onunla görüşməyə razılıq verdiyini bildirib.

Bundan sonra o, dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomaşını ilə Zakir Bədəlovla birlikdə MTN-nə gedib, Zakir Bədəlovu Akif Çovdarovun xidməti otağına qədər müşayiət edib, otağa daxil olduqdan sonra Akif Çovdarovun baş işarəsi ilə otağı tərk edib. Buna görə də Akif Çovdarovla Zakir Bədəlov arasında olan söhbətlərdən, Zakir Bədəlovun Akif Çovdarovun xidməti otağından nə vaxt və kimin vasitəsi ilə çıxmağından hər hansı məlumatı olmayıb. Bir müddət sonra Akif Çovdarov ona Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlamaq lazım olduğunu bildirib. Buna görə də MTN-in VI Baş idarəsinin əməkdaşlarından biri Akif Çovdarovun adından Dövlət Miqrasiya Xidmətinə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsi ilə bağlı sorğu göndərib. Həmin sorğuya cavab olaraq Zakir Bədəlovun Azərbaycan vətəndaşı olmadığı müəyyən edilib. Bir müddət sonra Tofiq Əliyev Zakir Bədəlovun onunla görüşmək istədiyini bildirsə də, onun görüşə vaxtı olmadığı üçün sonuncu ilə görüşə bilməyib. Tofiq Əliyev bir daha ona zəng edərək Zakir Bədəlovun vəziyyətinin pis olduğunu, restoranının girovda olduğunu deyərək ona köməklik göstərməsini xahiş etdikdə onun Zakir Bədəlova yazığı gəldiyindən və dostu Tofiq Əliyevin xahişini yerə salmaq istəmədiyindən Zakir Bədəlovla Tofiq Əliyevin yaşadığı evin yaxınlığındakı hamamın yanında görüşüb ayaqüstü söhbət edərkən Zakir Bədəlov ona şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyini bildirib. Lakin hansı səbəbdən fəaliyyətsizləşdirildiyini deməyib. Buna görə Zakir Bədəlov ondan kömək istədikdə o, bununla bağlı ona hər hansı köməklik göstərə bilməyəcəyini deyib, qohumu Akif Çovdarova müraciət etməsini məsləhət bilib. Onların bu söhbətində Tofiq Əliyev də iştirak edib. Bundan sonra o, Zakir Bədəlovla bir neçə dəfə yolda rastlaşıb görüşüb. Zakir Bədəlovla onun arasında başqa hər hansı söhbət olmayıb. Həmin söhbətdən 1-2 il sonra Tofiq Əliyev ona Zakir Bədəlovun yeni şəxsiyyət vəsiqəsi aldığını bildirib. Zakir Bədəlovun şəxsiyyət vəsiqəsinin hansı orqan tərəfindən və nə səbəbə fəaliyyətsizləşdirilməsi barədə hər hansı məlumata malik deyil.

Təqsirləndirilən şəxs Məmmədov Səlim İmran oğlu əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, maddi məsul şəxs olmayıb. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində maddi-məsul şəxs baş idarə rəisi Akif Çovdarov olub. Bu nəticəyə gəlməyinə səbəb Akif Çovdarovun vəkalətnamə vermə səlahiyyətinin olması olub. Akif Çovdarov MTN-in Maliyyə İdarəsindən kimə vəkalətnamə veribsə, həmin şəxs də pulu götürə bilib. 02.03.2015-ci il tarixli vəkalətnaməni ona Akif Çovdarov verib. Məhz Çovdarovun göstərişi əsasında vəkalətnaməyə imza edib və eyni səbəbdən MTN-in Maliyyə İdarəsinin kassasından 01.04.2015-ci il tarixli kassa məxaric orderi ilə 50.000 ABŞ dolları məbləğində pul əsginaslarını götürüb Baş İdarə rəisi Akif Çovdarova xidməti otağında verib. Həmin xüsusatların yoxlanılması zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə verdiyi 07.04.2016-cı il tarixli izahatında baş idarə rəisi Akif Çovdarov tərəfindən imzalanmış və sabiq nazir tərəfindən icazə verilmiş raport əsasında Akif Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə idarəsinin kassasından müvəqqəti cəlb olunmuş şəxsin mükafatlandırılması üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitini götürdüyünü, 01.04.2015-ci il tarixdə həmin pul vəsaitini tam məbləğdə Akif Çovdarova verdiyini, bundan sonra həmin pul vəsaitinin aidiyyəti üzrə müvəqqəti cəlb olunmuş şəxsə verilməsindən məlumatının olmadığını, belə ki, həmin şəxsin onun əməliyyat əlaqəsində olmadığını və onu tanımadığını, ona hər hansı məbləğdə pul ödəmədiyini, 50.000 ABŞ dolları məbləğində pul vəsaitini guya müvəqqəti cəlb olunmuş şəxsə verməsi barədə tərəfindən tərtib olunmuş və keçmiş MTN-nin Maliyyə İdarəsinə göndərilmiş avans-hesabatı Akif Çovdarovun tapşırığı əsasında yazdığını göstərib.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı -ŞƏRH
Bu gün, 12:47
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru